Zambiyada Fil əhvalatı
Yusif Sadıqlı tərəfindən "Digər yazılar" bolməsinə 11:35 11 sentyabr 2014 tarixində əlavə olunmuşdur

Zambiyanın Launqa çayı sahilində qoruqda belə bir hadisə (1983-cü il) olmuşdur.

Qoruğun mərkəzinə idarə binasının qarşısına bir fil gəlir və bərkdən qışqırır. Fili qovurlar. Ertəsi gün maşın gedərkən həmin fil onun yolunu kəsir, maşına göstərdiyi istiqamətə getməyini işarə edir. Sürücü maşını filin təkid etdiyi istiqamətə sürür. Bir qədər getdikdən sonra kolluqda fil sürüsünə rast gəlirlər. Fillər maşını görən kimi dağılışırlar. Bir dişi fil balaları ilə birlikdə getmir. Sən demə o güllə ilə yaralanıbmış. Yoldaşları onların köməyinə gəlib və insandan kömək istəyiblər. Bioloqlar üç gün filə xidmət edib onun yarasını sağaltmışlar. Sağalıb meşəyə buraxılmış fil öz balaları ilə birlikdə qoruyucu idarəsinin qarşısına gəlib öz minnətdarlığını bildirmişdir.


... dəfə oxunub
Qiymət: 7/10(2 səs)
[qiymət ver ]
Şərh yaz
10+7=
Hesaba giriş
Müəllif

Yusif Sadıqlı
Haqqında
Hekayə oxumaqdan zövq alıram. Bloquma da bir hekayə bloqu kimi baxa bilərsiniz. Vaxtaşırı sizi oxuduğum maraqlı hekayələrlə tanış edəcəm.
Əlaqə
E-mail:
yusifsadiqli@box.az
Sosial şəbəkə:
YouTube-da izlə
Facebook
0.0313 saniye