ZƏMANƏ MƏNZƏRƏSİ
SEYMUR SÖNMƏZ tərəfindən "Şeir" bolməsinə 22:18 22 may 2025 tarixində əlavə olunmuşdur

 

 

Zəmanəmiz çox dəyişib,
Pişik indi iti minir.
Tülkü dərs deyir meşədə,
Ayı dodaq büzüb gülür.


Taxtdan düşüb meşə şahı,
Şir, nərildəməyir daha.
Eşşək quyruğun bulayır,
At oynadır, ta qurbağa.


Bayquş ağıl dərsi verir,
Dəvə gəzər dəbli geyim.
Pələng gözdə qalmaz artıq,
Dövran həmin dövran deyil.


Qartal uça bilmir göyə,
Sərçə, gündəmdə dildədi.
Nə fərqi var deyə-deyə,
Şəhər də kənd günündədi.


Zaman güzgü tək göstərir,
Kim nə isə – odur, görün.
Dəyər itibsə bir yerdə,
Sükut da fəryaddır, bilin.

 

SEYMUR SÖNMƏZ PAŞAYEV©


... dəfə oxunub
Qiymət verilməyib...
[qiymət ver ]
Şərh yaz
9+15=
Hesaba giriş
Müəllif

SEYMUR SÖNMƏZ
Haqqında
Sanma məni, sən avara mən eşqimin dəlisiyəm Düşünməki hər, baxışı görüb onu sevəsiyəm Xumar gözdə cilvələnib, gülümsəyib ötəsiyəm Adətim bu, hər yetənə könül verməm…! Hər yetəndən, könül almam , Neyləyim ki , məndə buyam.
Əlaqə
E-mail:
seymur551@list.ru
Sosial şəbəkə:
Facebook
YouTube-da izlə
Facebook
0.0516 saniye