PROLOQ
Biz doguluruq və ölürük,sevirik və unuduruq,tapırıq və itiririk,səhvlərimizi düzəldə düzəldə öyrənirik,sadə bir insan sevincindən bəzən qəlbimizə xoşbəxtik hissi dolur,yaxşı nə ediriksə bizim xeyrimizə olur.Ən əsası odur ki,rastlaşdığın adam yaxşı olsun.
ZƏNG
-Alo.
-Salam...sən niyə susursan?
-salam?!
-Səsini duymağıma sevindim...çoxdandır ki,danışmırıq
-Hə...sənlə danışmaq mümkündür ki?
-İstəsən lap aya da uçarsan! Mən sənə zəng etməyə qərar verdim.
-Yəqin mənimlə maraqlanırsan ki,mən necəyəm ,hə? Ironiya ilə onun sözünü kəsdi.
-Mizildandi...Belə deyək də,sabaha havanın necə olacağını maraq etmişdim...
-......
-Zarafat edirəm,biz ki çox şeylər haqqına danışa bilərik,biz ki,bir birimizi lap yaxından tanıyırıq...
-Kaş ki,tanımayaydıq ...zarafat üçün əl yeri qalmadı.
-Ən az sənin bizim əlaqələrimizdən heyfsilənəcəyini söyləməni eşitmək istəyirdim...
-Mən doğurdanda səninlə birgə yaşadiqlarımız üçün heyfsilənirəm və başa düşmürəm ki,hansı üzlə 2 aydan sonra peyda olursan və dostcasına söhbətə başlayırsan?
-Düzünü bilmək istəyirsən...səsində bir titrəklik hiss olunur...bax,sözün düzü mən sənin kefini qaldırmaq üçün zəng etmişəm,istəyirəm biləm ki,necəsən,əslində bu da düz deyil...mən səndən üzr diləmək üçün ...biləsən ki, bu an mənim üçün necə önəmlidir? bütün həyatımın gələcək mənası bu dəqiqə sənin verəcəyin cavabdan asılıdır...
-Nə , sən istəyirsən ki,bu etdiklərinə görə mən səni bağışlayım?
-Bilirsən...mən istəməzdim...istəməzdim ki,bu baş versin...Çox peşmanam inan,istəyirəm ki,məni bağışlayasan...
-Sən mənim qəlbimə dəydin,məni ittihamlarınla təngə gətirdin,sən üzrünü də götür və çıx mənim həyatımdan,anladın? Bir daha mənə zəng etmə...
-Necə istəyirsən...bəlkə..
-Əlvida ...düt – düt – düt...
EPİLOQ
-Mən sənə dedim axı bir də mənə zəng eləmə,səninlə daha danışmaq istəmirəm...
-Alo,qızım?!
-Anacan,bağışla , bu günə qədər kimsə mənə aramsız olaraq zəng edirdi.
-Nə,”o kimsə” o dur?
-Hə...heç özü də bilmir nə istəyir,mən onu göndərdim...Bilirsən,ana mən şox sevinirəm ki,biz ayrıldıq.
-qızım...
-Ana , nəsə demək istəyirsən?
-Sən heç nə eşitməmisənki?
-Nə?
-Bu gün metroda onun qonşusu Solmazı gördüm,o dedi ki,dünən gecə onu maşin vurub,təcili yardım gəlsədə xilas etmək mümkün olmayıb..
-.....