Zeytunun faydaları
Vəfa Teymurova tərəfindən "Digər yazılar" bolməsinə 13:56 12 sentyabr 2014 tarixində əlavə olunmuşdur

ZEYTUN. Zeytun yağı xalq təbabətində işlədici, mədə sancmasında ağrıkəsən və zəhərlənmədə zəhər əleyhinə (bir qədər isti südlə və isti su ilə qataraq növbə ilə içmək) vasitə kimi istifadə edilir. Bədənin xaricinə əzilmədə, arı və cır arı sancmasında sürtülür. Bəzi ölkələrdə yarpqlarının ekstraktı ilə hipertoniya xəstəliyi müalicə edilir. Zeytun yağının ən yaxşı növləri daxilə qəbul edilən dərmanlarda işlədilir. Emulsiya şəklində öd daşı xəstəliyində yumuşaldıcı və işlədici kimi tətbiq edilir.

Yüksək qan təzyiqində və aterosklerozda zeytun yarpaqlarının arağı içilir. 20%-li arağından 40 damcı gündə 3 dəfə qəbul edilir. Səmərə, müalicəyə başlayandan1 həftə sonra hiss olunur.

Qulaqlar ağır eşidəndə!

1:3 nisbətində sarımsaq və zeytun yağı kömək edir. 1 hissə sarımsağın suyu və 3 hissə zeytun yağından ibarət qarışıqdan hər qulağa 1-2 damcı damızdırmaq. Bunu 15-20 gün etmək, sonra 1 həftə fasilə edib kursu davam etdirmək.

tibb.az


... dəfə oxunub
Qiymət verilməyib...
[qiymət ver ]
Şərh yaz
10+7=
Hesaba giriş
Müəllif

Vəfa Teymurova
Haqqında
İnternetdən həyata dair əldə etdiyim maraqlı məlumatları sizlərlə bölüşəcəyəm.
Əlaqə
E-mail:
beetvrosso@gmail.com
Sosial şəbəkə:
YouTube-da izlə
Facebook
0.0238 saniye