Hər şey əldə edə bilmək üçün, ilk əvvəl itirməlisən...
Ən yüksəyə qalxa bilmək üçün, ən dərinə düşməlisən...
Qalib ola bilmək üçün məğlubiyyəti öyrənməlisən...
Ən böyük xoşbəxtliyi dadmaq üçün, ən böyük kədərlə qarşılaşmalısan...
Ölümsüz olmaq üçün ölümü qəbul etməlisən...
Sevgini hiss etmək üçün ayrılığı dadmalısan...
Xeyirxahlığı anlamaq üçün qəddarlıqla qarşılaşmalısan...
Allahı dərk etmək üçün, şeytanı da dərk etməyi bacarmalısan...
Həyatımızda hər şey ziddiyyətlər üzərində qurulub!