Zülmət
Çinarə Əlişli tərəfindən "Hekayə" bolməsinə 14:16 22 iyul 2018 tarixində əlavə olunmuşdur

                                                                              Zülmət

     Qara rənglərə boyanmış bir otaqda uzanmışdım. Hamı öz əsrarəngiz gözəlliyə malik olan və ya sadəcə oyanmaq üçün yaranmış yuxularında idilər. Mənim həmişə olduğu kimi burnum axırdı.  Masanın üzərində isə solfet durmuşdu. Mən sadəcə olaraq qalxıb solfeti əlimə almalıyam. Bu çox mənasız,həm də yüngül bir işə bənzədiyini etiraf edə bilərəm. Amma daxilindəki qorxu yenədə məni qızışdırmaq üçün vaxt tapdı. Lakin içimdən cəsurluq hissi onunla mübarizə aparmağa başladı. Mübarizədə cəsurluğun üstüngəlməsi məni inandırdı. Cəld yorğanı üstümdən atıb, masanın üstündəkisolfeti qapdım. Tez uzanıb yorğanı başıma kimi qaldırdım. Bir gözüm otağı seyr edirdi. Birdən daxilimdən çığırtı səsini eşitdim: ”Onlar səni gördülər.”,- bu həqiqət idi,çünki bədheybətlər mənim oyaq olduğumu anladılar. İrəlidəki şkafın üzərinə mənim arxamda duran pəncərədən ayın işığı düşürdü. Əvvəl elə fikirləşirdim ki, ay mənimlədi və kömək əlini uzadar. Amma o bunun iqtidarında deyildi. Şkafın üzərində əks olunmuşbu ağ işıq silkələnməyə başladı. Silkələnmə əcaib hərəkətlərlə mənim gözlərimi qamaşdırırdı. Öz qeyri-adi şəfəqləri ilə bəbəklərimi cəlb etdi. Nur sadəcə möcüzəvi şəkildə formasını dəyişdirirdi. Mən daha da qorxuya düşdüm. Onlar mənimlə nə etmək gücündədirlər? Mənətoxunmadan məhv etmək onların əllərindən asanlıqla gələcək. Çünkimən ləng tərpənən ürəyimin sürətini eşidirəm. Bu qəribə işıq dəyişməkdədi. Ani olaraq mən orada rişxənd gülüşü sezdim. Gec-tez anladım ki, bu onların parlaq əksidir. Sonra ağ rəng yaxınlaşmağa başladı. Ağlıma gələn ilk fikir çığırmaq idi. Amma elə bil kim isə mənim ağzımı tutdu.Danışmağa və tərpənməyə imkan vermirdi. Mən isə zəifləmiş hətta iflic olmuş əzələlərimi hiss etdim. Soyuq hava məni öz əllərinə aldı. Ayın işığı öz adi formasına gəldi. Amma daha qəribə dəyişilik, mənə dəlicəsinə soyuq olması idi. Birdən xışıldayan səs pıçıldadı:

-Sakitləş...Sakitləş...Hər şey yaxşı olacaq...

Mənim saçlarımı kim isə oxşayır. Düzdü arxadan soyuq hava saçlarımı yüngülcə tərpədə bilər. Amma bu toxunuşu külək eləmək gücündə deyildi. O, sanki, məni sərxoş edirdi. Sanki xatirələrimdə güllü sahəni, qəlbimdə qayğını, sevgi gücünü və xilas olunmuş ümidimi artırırdı. Üzümdə ki, dərim soyuq nəfəsi süngər kimi özünə çəkirdi. Getdikcə göz qapaqlarım özündən asılı olmayaraq örtülüb, açılırdı. Gördüyüm son bir mənzərə zülmət, hiss etdiyim son duyğu rahatlanmağım idi.

                                                       Başlanğıc

                Günlər keçdikcə zülmət cəsus rolunu daha az oynamağa başlayır. Çünki bu xışıltılı səs inanılmaz eşidilsədə, mənə sanki, laylay oxuyub yuxuya yola salırdı. Get-gedə mən gecəni ürəydən sevməyə başladım. Cəld yatağıma uzanıb, yorğanı boğazıma kimi uzadıb,  gülərüz sima ilə bu zəif və daha sonra məni qorxutmayan avazı gözləyirdim. Birdən səs qulağıma çatanda gülə-gülə gözlərimi bağlayır və həyacan qəlbimdə dolurdu.

               Yoldaşlarımızla dincimizi almaq üçün meşədə qalmaq yaxşı təklif deyildi. Baxmayaraq ki, mən ora daxil olanda sanki, yaşıl məşəni əynimə geyinirəm. Onun hər səsini, nəfəsini, üzərinə qonan hər quşun və həşaratlərın hərəkətini özümə çəkirdim. Sözün əsil mənasında mən bütün bunlarla yaşamağa qorxuram. Çünki gecələr bura bir dəhşət olur.

     Səma gümüşü rənglərə çalırdı. Günəşin şüası artıq getdikcə gizlənir və bunun sayəsində meşənin işığı sönür. Son şəfəqlər ağacın yarpaqlarından keçib, hər yerə səpələnmişdi. Amma bu narıncı rəng sanki, torpağın bir hissəsinə çevrilib görünməz olurdu. Orada sürünən, yaşayan canlılar öz evlərində bu  qaranlığa çevrilən məkandan gizlənirdilər. Bəs mən nə edim? Bəs mənə yadım edən olacaq? Mən bir insan varlığıyam, qorxaq və zəif. Özünü idarə edən bilməyən, suyun içində çapalayan qarışqayam. Elə zülmətdə bir azdan məni kəndirə salıb, ayağımın altındaki kətili götürəcək. Buda möhtəşəm bir sonluq olacaq...

       Ay sanki qara kağızın üzərindəki ağ nöytəyə bənzəyirdi. Çadırın içində yarı yumulu gözlərimlə parçanı deşib keçən bu işığa baxırdım. Yenədə kolluq silkələndi. Yarpaqlar danışıb, qışqırdı, həşaratlar sürətlərini artırıb vızıldadı, yer laxtalandı, torpaq qorxudan titrədi, zülmət məkana buyurdu.

            Məni oyadan soyuq havanın toxunuşu oldu. Yorğanı daha özümə tərəf çəkib, röyalarıma qoyulmuş pauza düyməsini yığışdırmaq istədim. Amma birdən çadırı titrədən hava məni incitdi. Gözlərimə dəyən ilk şey çadırın kiçik qapısının açıq olması oldu.

-Gəl bura...qorxma...sənə kömək edərəm.

Yuxulu vəziyyətdə başımı qaldırıb oturdum. Bunun yuxu və ya həqiqətən olması məni maraqlandırmırdı. O, mənim yanıma gəldi. Bütün bunlar ona maneə törətmirdi. O, sanki göydə azad, tufandan, şimşəkdən, yağışın vəhşiyə bənzər damcılarından qorxuya düşməyən bir quşdu.

-Gəl mənimlə...

Dumanlı gözlərimlə soyuq havanın özü ilə gətirən əli gördüm. Mən heykəl kimi durub onun nə edəcəyinə baxırdım. O, isə üzəmə düşmüş saçımı qulağımın arxasına saldı.

-Sən gəlirsən?...Əgər yox...onda mən getdim...-Deyə əlini yavaş-yavaş arxaya çadırdan çıxarırdı. Özümdən aslı olmayaraq əlini sıxdım. Sanki, buzu əlimdə tuturdum. Onun kimi sərt, bərk və soyuq  idi.

-Zarafat edirəm...Qorxma sənsiz heç yerə getmərəm. Gəl...

Məni özünə tərəf dartdı. Mən çadırdan çıxan kimi zülmət qisasını məndən almaq üçün gözlərimi kor elədi. Mənim qəlbimə zərbələr endirdi. Özümü yalnız, aldanmış hiss etdim. Cəld dönüb qorunmaq üçün çadıra sarı qaçdım. Lakin məni soyuq külək sanki sıxıb özünə tərəf çəkdi. O mənim əlimi tutdu. Məni qorxaq və axmaq qız kimi ələ salmamışdı. Əvvəl dediyim kimi elə bil mənim gözlərimi qara rəngdə sarıqla bağlamışdılar.

-Sakitləş Mən səni burda atıb getmərəm. Qoymaram ki səni kimsə...-Deyə Mən onun əllərini öz çiynimdə hiss etdim. 

-Gəl mənimlə...Xahiş edirəm mənə güvən. 

Mən həqiqətən ona ürəyim qədər inanmağa başladım. Çünki yalnız o məni bu qaranlıq çaladan çıxara bilmişdi. Hər gecə saçlarımı sığalayan mənim röyamı daha sakit və gözəlləşdirən bu varlıq indi mənimlə üz-üzə durmuşdu. Səsimi çıxarmırdım, lakin qəlbim var gücü ilə çığırır ki, səninlə getməyə hazıra. Ancaq birdən mən duydum ki, o mənim əlimi tutub gəzməyə başladı. Yarpaqların xırıldaması onların narazı olmasını göstərirdi. Sanki qara kağızın üzərinə gümüşü rəngə çalan bir neçə nöqtə də sıçradı. Kainatın dərinliklərində olan və bizə tərəf nurunu görsədən ulduzlar məni izləyirdilər. Mən isə onları görməyə çalışırdım. Ağacların iri budaqları bu işığı örtmüşdü. Kürəyini mənə tərəf döndərmiş bu canlının yanında tanımadığım bir hiss məni basdı. Sanki, sərbəstlik daxilimdə oyandı. Gecəni həmişə gözlərimin qabağında bir faciə kimi görən mən, indi heç narahat olmadan ağ ciyərlərimə havanı alıb, gülümsəyirdim. Çünki özümü bu qədər gözəl hiss etməmişdim. Zülmətin mənim qollarıma bağladığı bu zəncirləri o asanlıqla çıxartdı. Düzdü, ondan dəhşət dərəcə soyuq hava məni silkələyirdi. Amma zülmətin bir hissəsinə çevrilmək və daimi onun yanında olmaq üçün hər şeyə hazır idim. Təki o, mənimlə olsun. Ağ, dairəvi ay, yer kürənin ətrafında hərəkət etdiyi kimi biz də dayanmadan irələyirdik. Sərin meh üzümə vurub özü ilə gətirdiyi qoxunu mənə verirdi. Onun sıxdığı sol əlimi demək olar ki heç hiss etmirdim və ən önəmlisi qara rənglər gözü örtmüşdü. Mən sadəcə ona sarı dartılırdım. Zaman keçdikcə mənim ona qarşı olan inamım daha da artırdı və şübhələrim dərinliklərdə itib batırdı. Birdən özümdən asılı olmayaraq  onun ovcunda ora bura silkələnən sol əlimlə onu sıxdım. Biz dayandıq, sükut davam etməkdə idi. Yenidən qorxu məni öz əhatəsinə aldı. Zülmətin yaratdığı deyil, canlının yaratdığı qorxu idi. Mən səhvə yol verdim? Axı nədən onun əlini sıxdım? Bəbəklərim həm ətrafı, həm də onu görmürdü. Məni öldürmək istəsə sadəcə əlimi buraxmaqla hər şeyə son qoya bilər. Çünki yenicə zülmətlə yaratdığımız dostluq pozular və o öz rişxənd gülüşlərini hər yerə yayıb məni dəli edər. Axı indi mənimlə mülayim danışan yuxuma aparan bu canlı belə bir şey etməyə qadir deyil. Qəflətən qollarımı və bədənimi sıxdılar. Sanki, məni qar örtüyü ilə bağladılar. Mən isə hələ də onun içində qalmışdım. O məni özünə tərəf çəkib bərk-bərk qucaqlamışdı. Hiss etdim ki, qəlbim pıçıldadı: 

«Kaş ki daimi bu buzun içində qalardım. Hətta Ölsəm belə bu xoşbəxt hisslə ölüm.»

-Bağışla məni. -Soyuq hava qulağıma daxil oldu.-Mən sadəcə səni dəlicəsinə qucaqlamaq istəyirdim. Fikirləşdim ki,...

 Onun sözü yarımşıq qaldı. Çünki mən əllərimi göyə qaldırıb onun boynuna sarıdım. Canlını qucaqlayıb arxadan barmaqlarım ilə ehtiyatla saçlarını burub, sığalayırdım. Fikirimcə onun ağac parçasına çevirən məhs bu hərəkət oldu. Sakitcə bütün bunlardan həzz almaq, həyatımın bir sevinci idi. Hiss etdim ki, o əyildi elə mən onun dalınca yerə oturdum. Amma həşaratlara qarşı nifrət görə sıçradım:  

-Orda hörümçək ola bilər.

İlk ifadəmin  bundan ibarət olmasını istəməzdim. Həmçinin daha bir dəyişiklik baş verdi. Məni sıxan bu soyuq hava məndən ayrıldı. Lakin ona ehtiyacım var idi. Yenidən onu qucaqlamaq istəyimi daxilimdə boğmağa çalışırdım. Ancaq bu baş tutmurdu. 

-Yox, qorxma! Burda heç nə yoxdur!  Mən iri, qalın budağın üstündə oturmuşam. Gözlə... Hə indi bura təmizdir...

Orda onun nə etdiyini görməsəmdə avazdan belə nəticəyə gəlirdim ki o mənim üçün yer hazırlayırdı. Mən əllərimi irəli tutub hara getdiyimi hiss etmək istəyirdim. Sonra o barmaqlarımı tutdu və yenidən məni bu iyrənc üşütmə bürüdü. Mən onun yanına yaxınlaşıb oturdum. Artıq dəlicəsinə onu görmək diləyində idim. Amma ki, mən sadəcə gözlərimi yumdum. Soyuq havanın hansı səmdən gəldiyini müəyyən etməyə başladım. Sonra hiss etdim ki, saçlarım sanki, qar dənəcikləri ilə örtüldü. Çənəm yavaşca silkələnirdi. Sonra yaddaşımdaki bütün bəd xatirələri unudub, bu hisslərə daxil olmağa başladım. O, saçımı daimi barmağlarına keçirib, buraxır, onlarla oynayırdı. Mən isə sadəcə yarasanın qanadları altında qalan bu meşədə oturub, gözlərimi yumdum. Kaş ki, səhərə kimi yanımda olsaydı. Heyif ki, yuxum gəlir və məni özünə cəzb edir. Mən tez başımı ora bura yırğalayır və gözlərimi bərəldib açdım. Artıq tellərimə dəyən soyuq havanı uzaqlara apardım.

-Sənə narahatdırsa...

-Yox...yox...Mən sadəcə yatmaq istəmirəm. Ona görə cəld hərəkətlər edib özümü oyadıram.

O, deyəsən incə şəkildə güldü.

-Niyə yatmaq istəmirsən?

Daxilən çəkindiyimi və üzümdə pörtməyi hiss etdirən qızartıların sayəsində o yenədə güldü. Amma mənim duymamağım üçün səssizcə gülümsündü.

-Hə səni başa düşürəm...-Deyə əli ilə saçımı sığaladı.-Mən getməyəcəm...Narahat olma...Nə vaxtsa sən özün zülməti dost kimi qəbul edəcəksən. Görürsən heç də qorxulu deyil...

-Sənin sayəndə qorxulu deyil...

-Düzdü...Mən sənin belə əzab çəkdiyinə baxa bilmirdim. Ona görə yanına gəldim...Əslində mən həmişə səninlə idim...-Deyə mənim çiyinlərimdən tutdu. Sonra özünə tərəf bərk-bərk sıxdı. Mən isə soyuğu dözüb ağ rəngə boyanmış qar topasına daxil oldum.-Səni həqiqətən qucaqlamağa ehtiyacım var idi. Sən həmişə qorxudan gözlərini sıxırdın, yorğanın içində özünü boğurdun. Sonda əzabdan qurtulub yatırdın. Amma buna ehtiyac yox idi. Gördüyün kimi zülmət heç də pis xatirələr bağışlamır.

Mən ondan ehtiyatla ayrıldım. Əllərimi qaldırıb onun buz parçasını xatırladan üzünü tutdum:

-Sən mənim yanımdasan mən buna görə qorxmuram. Mənim yanımda insan duranda mən qorxmuram.

-Əzizim! Mən insan deyiləm.

Mənim qəlbimi həyəcan tutdu.

-Mən sadəcə...Sən hal-hazırda bu meşədə yalnızsan. Mən...Mən.-Onun səsində həyacan doldu. Üzümdəki əcaib ifadədən belə anlamaq olar ki, mən heç qorxmuram sadacə qüssənin içində batıram.

-Yox, yox üzülmə...-Deyə əllərimi sıxdı.-Mən həmişə sənin yanında olacam. Heç vaxt səni tək buraxmaram...

Bunu eşidən kimi rahatlıq tezliklə məni tapmadı. Mən onu axtarmaq üçün ona sarı çəkildim və başımı çəkinərək çininə uzandırdım. Soyuq dodaqları ilə saçlarımı öpdü. Sonra qollarını mənə sarıyıb, qucaqladı. Mən isə dərimi buz şüşəsinə çevirən soyuq havaya dözürdüm. Hətta ondan ayrılıb isti meşənin nəfəsinə daxil olub, bu ağrıdan qurtula bilərdim. Amma mən bu nəfis hissdən məhrum olmaq iqtidarında deyildim.

-Bəs sənin adın nədi?-Deyə başımı qaldırdım. Sərin havanın üzümə dəyməsindən belə anlayıram ki, o başını mənə sarı aşağı saldı.

-Mən elə bilirdim ki, sən mənə ad vermisən.

Başımı onun çiynindən qaldırdım və üzünü görməsəmdə gülümsümdüm.

-Mən sənə nə ad verim...Axı səni tanımıram.-Deyə bir anlıq məni dəhşət bürüdü. Gözlərimi bərəldib ona baxdım. Bəbəklərim qorxudan tir-tir əsdi. Həqiqətəndə onu tanımıram. Qaranlıq meşənin içində onun qollarının əhatəsində aciz qalmışam. Bəlkə uydurulmuş nağıl danışıb başımı aldadır. Mən də sərxoş kimi onun dalınca yürüyüb, hələ ona dəli kimi vurulmuşam. Cəld ayağa qalxdım. Tezliklə havanın nə dərəcədə isti və sərin mehini özümə çəkdim. Bizim aramızdaki məsafəni dəqiq bilmirdim. Amma get-gedə daha da ayağımı arxaya doğru itələyirdim. Yerdə olan budaqlar, yarpaqlar isə sadəcə olaraq məni gözəl şəkildə satdılar.

-Nə olub? Sənə pisdi.

Belə axmaq olmağıma təəccüblənirəm. Ən azından mən sanki, qaranlığa aparan çalanın üzündə idim. İndi isə onun dərinliyindəyəm və əziyyətlə də olsa, oradan çıxmalıyam. Qaranlığa qapanmış meşədə bir seçimim var. Gözlərim qara məkana örəşmişdi və halqaya bənzər ayın nuru nəyisə ayırmağda kömək etmişdi. Mənim seçimim qaçmaq idi. Çadıra sarı irələmək. Boğulsamda ora çatmalı idim.

-Sən nəyə görəsə narahatsan?-Onun səsində həyəcanı hiss etmək olurdu. Çünki o mənim üz cizgilərimi görmüşdü. Qaşların naməlum tərzə çatması, dodaqların tir-tir əsdiyi, gözlərin su ilə dolması və sanki ilanın narazı fısıldamağına bənzər nəfəsimi eşidib, məni izləyirdi. Lakin mən, onun ayın işığından yaranmış və  kölgəsindən başqa heç nə görmürdüm. Axır ki, arxaya yetərincə gedib ağaca toxundum.

-Xahiş edirəm cavab ver! Sən niyə arxaya gedirsən?-Həqiqətən səsi çox narahat eşidilirdi. Bəlkədə vəhşi heyvanlar kimi anlamağa başlayır ki, ovu onun əlindən gedəcək. Çünki səsi artıq yaxında eşidirdim.

            Ağaca çırpıldım. Budaqlar mənə salam vermiş kimi əllərini uzadırdılar. Sanki, sərin külək üzümü yalayırdı. Yerdə yuxuya getmiş yarpaqlar narazı tərzdə cırıldayırdılar. Üzümdəki tərdən saçım sifətimə yapışırdı. Həşəratlar qulağıma söz deyir, lakin mənim qaçış sürətim onları çox-çox uzaqda qoyurdu. Mən artıq daha iri addımlar atır hətta hoppanırdım. Buraqlar üzümü cırmaqlayır pis günə qoyurdular. Bir anlıq özümü şax-şaxəli məkanda hiss etdim. Necə oldusa çuxur qarşıma çıxdı. Amma mən özümü itirməyib tələsik, vəhşi tək oradan çapalayıb çıxdım. Qarşımda ki, mənzərəni yarı qaranlıq görürdüm. Bəzi yerlər gözümə tez dəyir və mən diksinib baqşa yerə dönürəm. Beləliklə çadıra aparan yolu itirib, azıram. Buda məni daha çox müəmmalı qorxuya aparır. Demək olar ki, ağlımı itirmişəm. Qaranlıq meşədə hara gəldi, necə gəldi qaçıram. Sanki mən bic və quduz çaqalın bu gün ki, yeməyiyəm. Bu çaqal elə bil sürətli qurğu idi. Budaqları dağıda-dağıda qaçırdı. Yapaqları pəncələri ilə yer üzündən yox edirdi və ən önəmlisi qışqırırdı:

-Dayan, dayan...sənə nə olub...Mən sənə pis bir şey etmərəm.

Bu çox gərgin tələ idi. Həqiqətən mənim axrım çatmışdı. Zülmət, bu anları, günləri hətta saniyələri hesablayıb səbrlə gözləyirdi. Bəlkə indi dediylərim sizə dəlini xatırlatacaq. Çünki mən indi-indi anlayıram ki, mənim dalımca qaçan elə zülmətin özü ola bilər. Axı bu nədi? O, niyə məndən əl çəkmir?

-Gözlə...Qaçma...Azacaqsan...

Gözümün altından budaq bir kəsik çəkir. Hava ora vurduqca yetərincə yandırırdı. Necə oldusa köynəyimi kim isə tutur. Mən yerimdən dik atılır, arxaya dönürəm. Xoşbəxtlikdən bu budaqlar məni tutmuşdu. Deməli bütün təbiət canlıları mənə qarşıdırlar.  Artıq onun səsi daha da aydın çəkildə qulağıma çatır. Mən özümü ora-bura silkələyib köyəyimin qolunu cırıram. Arxa tərəfdən yenədə saçımı dartışdırırlar. İrəli hoppanıb meşənin dərinliyinə cumuram. Bu dəfə mənə heç nə maneə törətmir. Çünki mən talada idim. Ağac orada-burda dururdu. Daxilimdən təsis edən hadisələrdən söz demək olmur. Nəfəsimi belə, hiss etməyə çalışıram. Özümü lal duymaq və danışıq bacarığımı itirməyim məhs bundan yaranmışdı. Dayanmaq və onu vurmaq belə mənim ağlımdan keçə bilməz. Qəlbimin digər tərəfi həqiqəti üzümə deyir: “Səni aldadıb meşənin dərinliyinə gətirib. Bilərəkdən səninlə yaxşı davranır ki, ona vurularsan. Yəni gözlərini iri aç. İlk dəfə eşitdiyin və duyduğun soyuq hava sadəcə yuxudur, amma indi baş verənlər həqiqətdir. Sən meşədəsən...Zülmətin yanındasan...O, isə sənin üçün əla bir sevgi rolunu oynayır...

            İrəli daban alanda hiss edirəm ki, nəyəsə toqquşacam və tez qollarımı qaldırıb, üzümü tuturam. Həqiqətən qollarıma və üzümə nə isə yapışır. Elə bil ensiz, yağlı iplər məni əhatəyə aldı. Sifətimə naziq uclar toxunur. Göz qabaqlarımı yavaş-yavaş açdım. Gözümə iri, enli hörümçəyin kölgəsi düşdü. Ucadan bağırıb, axraya çəkilirəm. Lakin bu qeyri-adi sap nə qopur, nə də çıxır.  Elə qışqırıram ki, ağacın üstünə qonmuş yarasalar oradan uzaqlaşır. Mən dayanmadan hoppanır, çığırıram. Artıq bu qorxu, iyrənclik məni ağlamağa vadan edir. Boğazım cırılsada, ağrasada mən, var gücümlə bağırırdım ki, kim isə məni bu qarışıq, qorxunc vəziyyətdən xilas etsin.

-Hə dayan...İndi...-Deyə əlləri ilə saçımı bir-birinə qatdı. Əlini çiynibdən dirsəyimə kimi sürtü. Mən isə elə göz yaşı töküb qışqırırdım.

-Götür onu...-Hıçqırtı sözümü kəsdi. Sanki bu dəqiqə boğazımın telləri qopacaq və mən göz yaşlarımın içində boğulacam.-Götür tez...-Daha ucadan bağırdım. Yerimdə dayanmadan fırlanır, hoppanırdım.

-Az qaldı.-Deyə soyuq əlləri sifətimə dəydi.

Axır ki, gözümə düşən kölgə yox oldu, bu saplar məndən əl çəkdi. Lakin mən hələ də qapandığım ümidsizliyə, köməksiz axmağa bənzədiyimə görə ağlayırdım. Əllərimi üzümə alıb, ucadan öskürərək gözümün yaşını silirdim. Qəflətən şaxtalı hava məni düyünlədi. Özünə sıxıb kürəyimi sığalayırdı:

-Sakitləş! Hər şey yaxşıdır. Mənim səhvimdir...Axı niyə...

-Yo...x...S...ə...nin...Deyil.-Mən hıçqıraraq danışırdım.

-Sakitləş...Sakitləş

Sifətini mənim saçlarıma sürtdü. Onları oxşamağa çalışırdı. Qollarımdan tutub özünü məndən ayırdı. Barmaqları ilə yanağımı sildi. Ani olaraq əqlimdə bir səhnə canlandı: Şaxtalı havada və pambığa bənzər, lakin daha sərt olan qarda durub, üstümə soyuq suyu tökürlər. Yanaqlarımı siləndə sanki, bu isti damcılar buza çevrildilər və düşündüyüm elə bil həqiqət idi.

-Mən özümü qəribə aparırdım. Səndə məndən şübhələndin...Hər şey mənə görədir...Vaxtında səni tutmalı idim ki, qaçmayasan... Səndəki elə tez qaçırsan...-O, güldü. Elə məndə ağlamağımı kəsib gülməyə başladım. O, bunu duyub, mənim saçımı öpdü.-Mən sənə güclə çatdım...Sən hələ ağacları ayırıb görə bilmirdin...Mən onları görə-görə çalaya yıxıldım.

İkimizdə ucadan güldük. Sonra mən axır ki, qollarımı açıb gözəl hisslərə qərq olmaq üçün onun boynundan tutub qucaqladım. Bu mənim yatağıma yaxınlaşan şaxtalı külək, məlahətli hissləri mənə bağışlayan, zülməti dostuma çevirən canlıdır. Axı mən nədən axmağa çevrilib ondan uzaqlaşırdım. Necədə mənasız və anlaşılmaz bir hərəkətdir.

-Bağışla məni! Mən səndən qorxdum, inanmadım. Elə bildim məni aldadırsan.

-Yox...Bağışla demə...Yenədə mən günahkaram. Səni inandırmalı idim. Gəl hər şeyi unudaq.

Mən səssiz vəziyyətdə başımı yellədim. Artıq bu soyuq havaya dözə bilməyib, bütün sümüklərimi sərbəst buraxdım. Onlar da sanki küləyin yüngül toxunuşundan tir-tir əsən alov kimi idilər.

-Sənə nə olub?-Deyə mənə diqqətlə baxdı.-Sən əsirsən.

Mən sadəcə gülümsədim. Çünki əgər danışsam, onun dediylərini etiraf edərəm.

-Çadıra qayıtmaq lazımdı.

-Yox.-Ucadan dedim.-Mən...istəmirəm...

-Sənin dişlərin hətta bir-birinə dəyir.

-Yaxşı, gözlə! Əgər qayıtsam. Sonra nə baş verəcək.

-Bilmirəm. Daha isti şeyi əyninə geyinərsən.

-Bəs sən?

-Yox, əzizim mənə soyuq deyil. Sadəcə...

O, susdu. Amma ki, mən, onu huşsuz edən toxunuşu həyata keçirməmişdim.

-Hə! Sənin nəyə görə narahat olduğunu başa düşdüm.- Onun yanaqları göyə qalxdı. Artıq mən canlının üz cizgilərini çətin olsada ayırırdım.-Sadəcə bu barədə sənə sual vermək istəyirəm və inanıram ki, sən hər şeyi anlayıb, sakitləşərsən. Yaşıllıq torpaqsız mövcud olar?

Özümdən aslı olmayaraq ucadan güldüm. Lakin onu ələ salmaq üçün deyil, sadəcə onun nə demək istədiyini anladım.

-Yaxşı, gəl gedək.-Səsində çəkindiyi sezilirdi.  

Biz meşə boyunca gedəndə axır ki, qana bulaşmış hər yerimi hiss edirəm. Qorxu, çaşqınlıq, labüdlük hissləri keçib gedəndən sonra iztirabı dərindən çəkirəm. Yanağımın biri dəlicəsinə məni incidir. Qollarımın bəzi hissələri sanki, gecələr canavarların uladığı kimi səs salırdı. Mən bunu çalışırdım ki, gözə vurmayım. Buna görə səssiz-səmirsiz yolumu davam edirdim. Lakin bir dəhşəti duydum. Dizimin qatlandığı yer yaralı idi. Buna görə hər addım uzun sürən faciədir. O, mənim əlimdən tutmuşdu. Məndə onun əlini yetərincə sıxırdım ki, yerə ölü milçək kimi yapışmayım.

-Sənə nəsə olub, amma mənə demirsən.

Axmağa oxşasamda yenə dişlərimi ağartım. Sonra hiss etdim ki, biz dayandıq. Bu da məni narahat elədi. Əlim aşağıya doğru uzandı.

-Sən niyə...əyildin?

-Çox pis! Səndə mənə heç nə deməyib, əzabı dözürsən?

-Bağışla, mən bilirdim ki, sən yenə özünü günahkar hiss edəcəksən. Buna görə səsimi çıxartmamağı üstün saydım.

-Axı sən bütün yolu belə getməyə hazırlaşmırdın?

Mən sakit durub ona baxırdım. Bənövşəyi çiçəkləri və qara rəngi xatırlayan buludlar samada toplaşmışdı. Ay isə onların arxasına keçmək fikrindədir. Lakin onun işığı gülümsəyən simanı görməkdə kömək etdi.

-Amma sən yalnız mənə görə bu ağrını çəkməyə hazır idin?

Mən başımı inamla yelləyirəm:

-Hə, axı sən yenədə özünü boş yerə günahlandırmağa başlayacaqsan. Mən...isə bunu istəmirəm...Çünki...bu mənim səhvimdi.

-Yox axı...Mən...

Əzab məni boğaza yırtsada və məni qışqırmağa vadan etsədə, əyilib onu bərkdən qucaqlayıram. Sonda gözlərimi turşuyub qalxıram. Dişlərimi sıxıram ki, ufuldamayım. Sonra dizimin arxasına üfürməyə başlayıram. Lakin üfürdüyüm ora sadəcə çatmır.

-Sən...

Onun sərxoş avazı mənə çatır. Sonra o birdən ayağa qalxır.

-Gözlə indi baxaram orda nə olub...Hə qan axır.

-Nə!-Məni dəhşət bürüdü.-Qan...Qan axır?

-Bir az, artıq quruyub

-Quruyub!- Ucadan dedim.

-Əzizim, sadəcə balaca bir yarıq açılıb. Əgər çadıra tez çatsaq daha yaxşı olar. Ona görə burda vaxt itirməməliyik.

Mən irəli baxıb, ayağımı qaldırıram və cəld aşağı salıram.

-Çox ağrıdır?

-Axrıncı dəfə 9 yaşımda belə ağrını dözməli idim. Amma bacaracam.

Mən yeriməyi yenicə başlayan körpə uşaqlara bənzəyirdim. Onun əlini sıxaraq yaralı ayağımı yarpaqların üzünə sürtərəq gedirdim. Çadıra cəld çatıb, infeksiyanın düşməməsi üçün biz çox ləng tərpənirdik. Hər iki addımdan sonra fasilə, vəziyyəti daha da mürəkkəbləşdirirdi. Axır ki, dörd qədən qoyan kimi ufuldadım.

-Yox belə olmaz.-Deyə qollarımı tutdu.-İcazə ver mən bir şey edim. İcazə verirsən?

-İcazə verirəm.-Gülümsədim.

Onun nə etdiyini təsəvvür etməsəmdə, önəmlisi budur ki, bu zərərli olmayacaq. Çünki nə etsədə elə bil məni hər kiçik çaladan çıxarır. Hiss etdim ki, onun əli mənim belimdədir. Elə bil qolu ilə məni qucaqlayır, amma hələ ki, soyuq bədəninə sıxmayıb. Sonra digər əli ayağıma tərəf gedir. Qəflətən necə oldusa məni qucağına qaldırır.

-Gözlə sən nə edirsən. Mən çox ağıram. Qoy məni aşağı.-Bərkdən dedim.

-Xeyir vaxt yoxdu...-Deyə irəli gedir. Onun sürəti getdikcə daha da artır.-Nə danışırsan. Pambıq kimi yüngülsən.

-Xeyir qoy məni yerə.

O, qəflətən dayandı.

-Bağışla, amma yox! Mən öz kefim üçün səni qaldırmadım. Sənə belə daha rahat olar. Həm də biz tez gedirik. Yaxşı?

Sükutun uzanmağı mənim sayəmdə idi. Onun həqiqətən mənim üçün elədiyi bu hərəkətə görə minnətdaram. Həm də əgər o bunu asandlıqla bacarırsa. Onun qucağında olmaq, özünü dilbər mələyin əhatəsində olmağa bənzəyirdi.

-Yaxşı!-Deyə onun gözlərinin içinə baxdım. Orada qəribə bir sevinc hissni sezdim. Gözlər sanki aya bənzəyirdilər. Onun kimi bərq vuran, ağ və boz rənglərin qarışığı. Ayın buludlara verdiyi işıq kimi canlı da məni işıqlandırırdı. Lakin qəlbindəki nur isə artıq partlayıb, xoşbəxt bir alova çevrilmişdi.

-Onda əgər istəyirsənsə başını qoy çiynimə və dərindən nəfəs al, sakitləş. Bir azdan çatacağıq.

Mən əllərimi onun boynuna burdum. Aydındır ki, onun əlləri boş deyildi, bunun sayəsində öz saçları və üzü ilə mənim başımı oxşadı. Mən cəld qalxıb güldüm və onun saçlarını bərk-bərk dartdım. Çünki içimi döyücləyən səsə son qoymaq istəyirdim.

-Bilirəm səni çox ağrıdır. Bağışla!

O, ucandan güldü.

-Yox, yox...Bu möhtəşəm idi.

Mən axır ki, onun çiyninə başımı qoydum. O da silkələnərək getməyə başladı. Başım onun çiynini döyücləsədə buna fikir vermirdim. Yuxu məni tutub özü ilə aparmaq istəyir. Lakin mən nə qədər çalışsamda qalib gələ bilmədim və sanki, əsir düşdüm. Bəs canlı? Mən yatandan sonra o gedəcək? Mənim yanımda durmayacaq? Bəs məni qucaqlamayacaq? Göz qabaqların getdikcə soyuyurdu və bağlanırdı.

-Mən…yatandan...Sonra...Sən...Gedəcəksən…

-Mən həmişə sənin yanındayam...Həmişə....       

            Gözlərimi açan kimi ilk hiss etdiyim ayağımdaki yaralar idi. Qalxıb onları gözdən keçirdim. Dizlərinin qatlandığı yer bintlə bağlanmışdır. Yöd izini görmək olurdu. Çünki ağ rəngdə bintə narıncı boya yayılmışdı. Yanağımdaki yara adi vəziyyətdə idi. Qurumuş qan və torpağın qarışı deyildi. Lakin indi duyuram ki, mənim yaralarım heç də məni incitmir. Məni incidən, sıxan, zəiflədən qəlbimin ağrısıdı. Çünki indi çadırın parçasından ayın işığı deyil, günəşin şəfəqləri gəlirdi. Güclə çadırdan çıxıb, ətrafa dəli tək baxdım. Yenidən həşaratlar qulağımın altında vızıldayır, ağaclar sanki, yarpaq dilləri ilə gecənin hadisələrini öz aralarında danışırdılar. Zülməti pisliyir, hörümçəyi zavallı hesab edirdilər. Ağacların üstünə qonmuş quşlar gecə, yarasaların qorxusunu özündən razı tərzdə və maraqla cəh-cəh vuraraq deyirdilər. Mən bunları qulaq ardına verərək, dilimdə duzdu suyu hiss etdim.  Göz yaşlarımı sanki, bir stəkan su kimi içirdim. Onlarda qəlbimdəki sonsuz ağrı kimi bitmirdilər. O dedi ki, həmişə yanımda olacaq. Axı onun üçün darıxıram, onunla danışmaq istəyirəm. Daha dərindən kim olduğunu bilmək diləyindəyəm. Mən ona ad vermədim... 

-Niyə məni atdın? -Deyə hıçqırtı sözümü kəsdi. -Axı sənə inanırdım, bilirdim ki gecə mənimlə qalacaqsan. Səhər isə yenidən meşəni gəzərdik. Lakin sən getdin. Mən... 

Mən suyun içində boğulurdum... Sanki, göz yaşlarım mənim boğazımdan tutub sıxırdılar ki, danışmayım. Lakin mən elə bil tək qanadı ilə uçmağa çalışan quş kimi, göydə çapalayırdım. 

-Amma Mən sənə ad verəcəm... Verəcəm...

Dilim tir-tir əsirdi. Bərkdən bağıraraq ağlayırdım. Axı sən həqiqət deyilsən. Sən yoxsan...yoxsan və həqiqətdə mövcud ola bilmərsən. Sadəcə yalnız mənim gözümə görünürsən. Həmişə kiminsə və fərqli insanın yanımda olmasını arzulayırdım. Mənim çətinliklərimi işıq sürətində yox etməsini istəyirdim və yalnız... Yalnız sən bunu bacardın. Lakin sən nə insan, nə də həqiqətsən. Keçmişdə mənim  daxilində yanan xəyallarım artıq dözə bilməyib xaricə çıxartdım. Elə səni öz yanıma gətirdiyim kimi.... Mən bağırıb, ağlayırdım. Çünki onu artıq itirmişdim.

      Hər kəsin daxilində qorxu mövcuddur və hər kəs özlüyündə onunla mübarizə aparır. Lakin bəziləri onu xəyal gücü ilə məhv edir. Elə mənimdə qorxum canımdan çıxandan sonra o artıq qayıtmayacaq. Başımı aşağı salıb, özümü sakitləşdirməyə çalışırdım. Duzdu su damcısı yanağımdaki yaranın üzərindən keçib, onu yandırırdı. Birdən saçıma soyuq hava toxundu.

 

                                                                              Zülmət

     Qara rənglərə boyanmış bir otaqda uzanmışdım. Hamı öz əsrarəngiz gözəlliyə malik olan və ya sadəcə oyanmaq üçün yaranmış yuxularında idilər. Mənim həmişə olduğu kimi burnum axırdı.  Masanın üzərində isə solfet durmuşdu. Mən sadəcə olaraq qalxıb solfeti əlimə almalıyam. Bu çox mənasız,həm də yüngül bir işə bənzədiyini etiraf edə bilərəm. Amma daxilindəki qorxu yenədə məni qızışdırmaq üçün vaxt tapdı. Lakin içimdən cəsurluq hissi onunla mübarizə aparmağa başladı. Mübarizədə cəsurluğun üstüngəlməsi məni inandırdı. Cəld yorğanı üstümdən atıb, masanın üstündəkisolfeti qapdım. Tez uzanıb yorğanı başıma kimi qaldırdım. Bir gözüm otağı seyr edirdi. Birdən daxilimdən çığırtı səsini eşitdim: ”Onlar səni gördülər.”,- bu həqiqət idi,çünki bədheybətlər mənim oyaq olduğumu anladılar. İrəlidəki şkafın üzərinə mənim arxamda duran pəncərədən ayın işığı düşürdü. Əvvəl elə fikirləşirdim ki, ay mənimlədi və kömək əlini uzadar. Amma o bunun iqtidarında deyildi. Şkafın üzərində əks olunmuşbu ağ işıq silkələnməyə başladı. Silkələnmə əcaib hərəkətlərlə mənim gözlərimi qamaşdırırdı. Öz qeyri-adi şəfəqləri ilə bəbəklərimi cəlb etdi. Nur sadəcə möcüzəvi şəkildə formasını dəyişdirirdi. Mən daha da qorxuya düşdüm. Onlar mənimlə nə etmək gücündədirlər? Mənətoxunmadan məhv etmək onların əllərindən asanlıqla gələcək. Çünkimən ləng tərpənən ürəyimin sürətini eşidirəm. Bu qəribə işıq dəyişməkdədi. Ani olaraq mən orada rişxənd gülüşü sezdim. Gec-tez anladım ki, bu onların parlaq əksidir. Sonra ağ rəng yaxınlaşmağa başladı. Ağlıma gələn ilk fikir çığırmaq idi. Amma elə bil kim isə mənim ağzımı tutdu.Danışmağa və tərpənməyə imkan vermirdi. Mən isə zəifləmiş hətta iflic olmuş əzələlərimi hiss etdim. Soyuq hava məni öz əllərinə aldı. Ayın işığı öz adi formasına gəldi. Amma daha qəribə dəyişilik, mənə dəlicəsinə soyuq olması idi. Birdən xışıldayan səs pıçıldadı:

-Sakitləş...Sakitləş...Hər şey yaxşı olacaq...

Mənim saçlarımı kim isə oxşayır. Düzdü arxadan soyuq hava saçlarımı yüngülcə tərpədə bilər. Amma bu toxunuşu külək eləmək gücündə deyildi. O, sanki, məni sərxoş edirdi. Sanki xatirələrimdə güllü sahəni, qəlbimdə qayğını, sevgi gücünü və xilas olunmuş ümidimi artırırdı. Üzümdə ki, dərim soyuq nəfəsi süngər kimi özünə çəkirdi. Getdikcə göz qapaqlarım özündən asılı olmayaraq örtülüb, açılırdı. Gördüyüm son bir mənzərə zülmət, hiss etdiyim son duyğu rahatlanmağım idi.

                Göz qapaqlarımın sayəsində narıncıdan sarıya kimi olan əlvan-rənglər gözümə görünür. Günəş şüası pəncərənin şüşəsini görünməz yaratmışdı. Bu şəfəqlər mənim düşmənim hesab edilən, zülməti qovmuşdu. Baş verən hadisə üzərində dənizin dərin məsafəsi qədər düşüncəyə dalmışdım. Bu əsrarəngiz toxunuş, xışıltılı səsin kimə aid olduğu məni narahat edirdi. Lakin bunu unudub, yuxu olduğuna əmin olmalı idi.  Gecə baş verən bu hadisə mənə rahatlıq versədə onu xatirələrimdən silməliyəm.

                Günlər keçdikcə zülmət cəsus rolunu daha az oynamağa başlayır. Çünki bu xışıltılı səs inanılmaz eşidilsədə, mənə sanki, laylay oxuyub yuxuya yola salırdı. Get-gedə mən gecəni ürəydən sevməyə başladım. Cəld yatağıma uzanıb, yorğanı boğazıma kimi uzadıb,  gülərüz sima ilə bu zəif və daha sonra məni qorxutmayan avazı gözləyirdim. Birdən səs qulağıma çatanda gülə-gülə gözlərimi bağlayır və həyacan qəlbimdə dolurdu.

                Dincimizi almaq üçün meşədə qalmaq yaxşı təklif deyildi. Baxmayaraq ki, mən ora daxil olanda sanki, yaşıl məşəni əynimə geyinirəm. Onun hər səsini, nəfəsini, üzərinə qonan hər quşun və həşaratlərın hərəkətini özümə çəkirdim. Sözün əsil mənasında mən bütün bunlarla yaşamağa qorxuram. Çünki gecələr bura bir dəhşət olur. Səma gümüşü rənglərə çalırdı. Günəşin şüası artıq getdikcə gizlənir və bunun sayəsində meşənin işığı sönür. Son şəfəqlər ağacın yarpaqlarından keçib, hər yerə səpələnmişdi. Amma bu narıncı rəng sanki, torpağın bir hissəsinə çevrilib görünməz olurdu. Orada sürünən, yaşayan canlılar öz evlərində bu  qaranlığa çevrilən məkandan gizlənirdilər. Bəs mən nə edim? Bəs mənə yadım edən olacaq? Mən bir insan varlığıyam, qorxaq və zəif. Özünü idarə edən bilməyən, suyun içində çapalayan qarışqayam. Elə zülmətdə bir azdan məni kəndirə salıb, ayağımın altındaki kətili götürəcək. Buda möhtəşəm bir sonluq olacaq...

       Ay sanki qara kağızın üzərindəki ağ nöytəyə bənzəyirdi. Çadırın içində yarı yumulu gözlərimlə parçanı deşib keçən bu işığa baxırdım. Yenədə kolluq silkələndi. Yarpaqlar danışıb, qışqırdı, həşaratlar sürətlərini artırıb vızıldadı, yer laxtalandı, torpaq qorxudan titrədi, zülmət məkana buyurdu.

            Məni oyadan soyuq havanın toxunuşu oldu. Yorğanı daha özümə tərəf çəkib, röyalarıma qoyulmuş pauza düyməsini yığışdırmaq istədim. Amma birdən çadırı titrədən hava məni incitdi. Gözlərimə dəyən ilk şey çadırın kiçik qapısının açıq olması oldu.

-Gəl bura...qorxma...sənə kömək edərəm.

Yuxulu vəziyyətdə başımı qaldırıb oturdum. Bunun yuxu və ya həqiqətən olması məni maraqlandırmırdı. O, mənim yanıma gəldi. Bütün bunlar ona maneə törətmirdi. O, sanki göydə azad, tufandan, şimşəkdən, yağışın vəhşiyə bənzər damcılarından qorxuya düşməyən bir quşdu.

-Gəl mənimlə...

Dumanlı gözlərimlə soyuq havanın özü ilə gətirən əli gördüm. Mən heykəl kimi durub onun nə edəcəyinə baxırdım. O, isə üzəmə düşmüş saçımı qulağımın arxasına saldı.

-Sən gəlirsən?...Əgər yox...onda mən getdim...-Deyə əlini yavaş-yavaş arxaya çadırdan çıxarırdı. Özümdən aslı olmayaraq əlini sıxdım. Sanki, buzu əlimdə tuturdum. Onun kimi sərt, bərk və soyuq  idi.

-Zarafat edirəm...Qorxma sənsiz heç yerə getmərəm. Gəl...

Məni özünə tərəf dartdı. Mən çadırdan çıxan kimi zülmət qisasını məndən almaq üçün gözlərimi kor elədi. Mənim qəlbimə zərbələr endirdi. Özümü yalnız, aldanmış hiss etdim. Cəld dönüb qorunmaq üçün çadıra sarı qaçdım. Lakin məni soyuq külək sanki sıxıb özünə tərəf çəkdi. O mənim əlimi tutdu. Məni qorxaq və axmaq qız kimi ələ salmamışdı. Əvvəl dediyim kimi elə bil mənim gözlərimi qara rəngdə sarıqla bağlamışdılar.

-Sakitləş Mən səni burda atıb getmərəm. Qoymaram ki səni kimsə...-Deyə Mən onun əllərini öz çiynimdə hiss etdim. 

-Gəl mənimlə...Xahiş edirəm mənə güvən. 

Mən həqiqətən ona ürəyim qədər inanmağa başladım. Çünki yalnız o məni bu qaranlıq çaladan çıxara bilmişdi. Hər gecə saçlarımı sığalayan mənim röyamı daha sakit və gözəlləşdirən bu varlıq indi mənimlə üz-üzə durmuşdu. Səsimi çıxarmırdım, lakin qəlbim var gücü ilə çığırır ki, səninlə getməyə hazıra. Ancaq birdən mən duydum ki, o mənim əlimi tutub gəzməyə başladı. Yarpaqların xırıldaması onların narazı olmasını göstərirdi. Sanki qara kağızın üzərinə gümüşü rəngə çalan bir neçə nöqtə də sıçradı. Kainatın dərinliklərində olan və bizə tərəf nurunu görsədən ulduzlar məni izləyirdilər. Mən isə onları görməyə çalışırdım. Ağacların iri budaqları bu işığı örtmüşdü. Kürəyini mənə tərəf döndərmiş bu canlının yanında tanımadığım bir hiss məni basdı. Sanki, sərbəstlik daxilimdə oyandı. Gecəni həmişə gözlərimin qabağında bir faciə kimi görən mən, indi heç narahat olmadan ağ ciyərlərimə havanı alıb, gülümsəyirdim. Çünki özümü bu qədər gözəl hiss etməmişdim. Zülmətin mənim qollarıma bağladığı bu zəncirləri o asanlıqla çıxartdı. Düzdü, ondan dəhşət dərəcə soyuq hava məni silkələyirdi. Amma zülmətin bir hissəsinə çevrilmək və daimi onun yanında olmaq üçün hər şeyə hazır idim. Təki o, mənimlə olsun. Ağ, dairəvi ay, yer kürənin ətrafında hərəkət etdiyi kimi biz də dayanmadan irələyirdik. Sərin meh üzümə vurub özü ilə gətirdiyi qoxunu mənə verirdi. Onun sıxdığı sol əlimi demək olar ki heç hiss etmirdim və ən önəmlisi qara rənglər gözü örtmüşdü. Mən sadəcə ona sarı dartılırdım. Zaman keçdikcə mənim ona qarşı olan inamım daha da artırdı və şübhələrim dərinliklərdə itib batırdı. Birdən özümdən asılı olmayaraq  onun ovcunda ora bura silkələnən sol əlimlə onu sıxdım. Biz dayandıq, sükut davam etməkdə idi. Yenidən qorxu məni öz əhatəsinə aldı. Zülmətin yaratdığı deyil, canlının yaratdığı qorxu idi. Mən səhvə yol verdim? Axı nədən onun əlini sıxdım? Bəbəklərim həm ətrafı, həm də onu görmürdü. Məni öldürmək istəsə sadəcə əlimi buraxmaqla hər şeyə son qoya bilər. Çünki yenicə zülmətlə yaratdığımız dostluq pozular və o öz rişxənd gülüşlərini hər yerə yayıb məni dəli edər. Axı indi mənimlə mülayim danışan yuxuma aparan bu canlı belə bir şey etməyə qadir deyil. Qəflətən qollarımı və bədənimi sıxdılar. Sanki, məni qar örtüyü ilə bağladılar. Mən isə hələ də onun içində qalmışdım. O məni özünə tərəf çəkib bərk-bərk qucaqlamışdı. Hiss etdim ki, qəlbim pıçıldadı: 

«Kaş ki daimi bu buzun içində qalardım. Hətta Ölsəm belə bu xoşbəxt hisslə ölüm.»

-Bağışla məni. -Soyuq hava qulağıma daxil oldu.-Mən sadəcə səni dəlicəsinə qucaqlamaq istəyirdim. Fikirləşdim ki,...

 Onun sözü yarımşıq qaldı. Çünki mən əllərimi göyə qaldırıb onun boynuna sarıdım. Canlını qucaqlayıb arxadan barmaqlarım ilə ehtiyatla saçlarını burub, sığalayırdım. Fikirimcə onun ağac parçasına çevirən məhs bu hərəkət oldu. Sakitcə bütün bunlardan həzz almaq, həyatımın bir sevinci idi. Hiss etdim ki, o əyildi elə mən onun dalınca yerə oturdum. Amma həşaratlara qarşı nifrət görə sıçradım:  

-Orda hörümçək ola bilər.

İlk ifadəmin  bundan ibarət olmasını istəməzdim. Həmçinin daha bir dəyişiklik baş verdi. Məni sıxan bu soyuq hava məndən ayrıldı. Lakin ona ehtiyacım var idi. Yenidən onu qucaqlamaq istəyimi daxilimdə boğmağa çalışırdım. Ancaq bu baş tutmurdu. 

-Yox, qorxma! Burda heç nə yoxdur!  Mən iri, qalın budağın üstündə oturmuşam. Gözlə... Hə indi bura təmizdir...

Orda onun nə etdiyini görməsəmdə avazdan belə nəticəyə gəlirdim ki o mənim üçün yer hazırlayırdı. Mən əllərimi irəli tutub hara getdiyimi hiss etmək istəyirdim. Sonra o barmaqlarımı tutdu və yenidən məni bu iyrənc üşütmə bürüdü. Mən onun yanına yaxınlaşıb oturdum. Artıq dəlicəsinə onu görmək diləyində idim. Amma ki, mən sadəcə gözlərimi yumdum. Soyuq havanın hansı səmdən gəldiyini müəyyən etməyə başladım. Sonra hiss etdim ki, saçlarım sanki, qar dənəcikləri ilə örtüldü. Çənəm yavaşca silkələnirdi. Sonra yaddaşımdaki bütün bəd xatirələri unudub, bu hisslərə daxil olmağa başladım. O, saçımı daimi barmağlarına keçirib, buraxır, onlarla oynayırdı. Mən isə sadəcə yarasanın qanadları altında qalan bu meşədə oturub, gözlərimi yumdum. Kaş ki, səhərə kimi yanımda olsaydı. Heyif ki, yuxum gəlir və məni özünə cəzb edir. Mən tez başımı ora bura yırğalayır və gözlərimi bərəldib açdım. Artıq tellərimə dəyən soyuq havanı uzaqlara apardım.

-Sənə narahatdırsa...

-Yox...yox...Mən sadəcə yatmaq istəmirəm. Ona görə cəld hərəkətlər edib özümü oyadıram.

O, deyəsən incə şəkildə güldü.

-Niyə yatmaq istəmirsən?

Daxilən çəkindiyimi və üzümdə pörtməyi hiss etdirən qızartıların sayəsində o yenədə güldü. Amma mənim duymamağım üçün səssizcə gülümsündü.

-Hə səni başa düşürəm...-Deyə əli ilə saçımı sığaladı.-Mən getməyəcəm...Narahat olma...Nə vaxtsa sən özün zülməti dost kimi qəbul edəcəksən. Görürsən heç də qorxulu deyil...

-Sənin sayəndə qorxulu deyil...

-Düzdü...Mən sənin belə əzab çəkdiyinə baxa bilmirdim. Ona görə yanına gəldim...Əslində mən həmişə səninlə idim...-Deyə mənim çiyinlərimdən tutdu. Sonra özünə tərəf bərk-bərk sıxdı. Mən isə soyuğu dözüb ağ rəngə boyanmış qar topasına daxil oldum.-Səni həqiqətən qucaqlamağa ehtiyacım var idi. Sən həmişə qorxudan gözlərini sıxırdın, yorğanın içində özünü boğurdun. Sonda əzabdan qurtulub yatırdın. Amma buna ehtiyac yox idi. Gördüyün kimi zülmət heç də pis xatirələr bağışlamır.

Mən ondan ehtiyatla ayrıldım. Əllərimi qaldırıb onun buz parçasını xatırladan üzünü tutdum:

-Sən mənim yanımdasan mən buna görə qorxmuram. Mənim yanımda insan duranda mən qorxmuram.

-Əzizim! Mən insan deyiləm.

Mənim qəlbimi həyəcan tutdu.

-Mən sadəcə...Sən hal-hazırda bu meşədə yalnızsan. Mən...Mən.-Onun səsində həyacan doldu. Üzümdəki əcaib ifadədən belə anlamaq olar ki, mən heç qorxmuram sadacə qüssənin içində batıram.

-Yox, yox üzülmə...-Deyə əllərimi sıxdı.-Mən həmişə sənin yanında olacam. Heç vaxt səni tək buraxmaram...

Bunu eşidən kimi rahatlıq tezliklə məni tapmadı. Mən onu axtarmaq üçün ona sarı çəkildim və başımı çəkinərək çininə uzandırdım. Soyuq dodaqları ilə saçlarımı öpdü. Sonra qollarını mənə sarıyıb, qucaqladı. Mən isə dərimi buz şüşəsinə çevirən soyuq havaya dözürdüm. Hətta ondan ayrılıb isti meşənin nəfəsinə daxil olub, bu ağrıdan qurtula bilərdim. Amma mən bu nəfis hissdən məhrum olmaq iqtidarında deyildim.

-Bəs sənin adın nədi?-Deyə başımı qaldırdım. Sərin havanın üzümə dəyməsindən belə anlayıram ki, o başını mənə sarı aşağı saldı.

-Mən elə bilirdim ki, sən mənə ad vermisən.

Başımı onun çiynindən qaldırdım və üzünü görməsəmdə gülümsümdüm.

-Mən sənə nə ad verim...Axı səni tanımıram.-Deyə bir anlıq məni dəhşət bürüdü. Gözlərimi bərəldib ona baxdım. Bəbəklərim qorxudan tir-tir əsdi. Həqiqətəndə onu tanımıram. Qaranlıq meşənin içində onun qollarının əhatəsində aciz qalmışam. Bəlkə uydurulmuş nağıl danışıb başımı aldadır. Mən də sərxoş kimi onun dalınca yürüyüb, hələ ona dəli kimi vurulmuşam. Cəld ayağa qalxdım. Tezliklə havanın nə dərəcədə isti və sərin mehini özümə çəkdim. Bizim aramızdaki məsafəni dəqiq bilmirdim. Amma get-gedə daha da ayağımı arxaya doğru itələyirdim. Yerdə olan budaqlar, yarpaqlar isə sadəcə olaraq məni gözəl şəkildə satdılar.

-Nə olub? Sənə pisdi.

Belə axmaq olmağıma təəccüblənirəm. Ən azından mən sanki, qaranlığa aparan çalanın üzündə idim. İndi isə onun dərinliyindəyəm və əziyyətlə də olsa, oradan çıxmalıyam. Qaranlığa qapanmış meşədə bir seçimim var. Gözlərim qara məkana örəşmişdi və halqaya bənzər ayın nuru nəyisə ayırmağda kömək etmişdi. Mənim seçimim qaçmaq idi. Çadıra sarı irələmək. Boğulsamda ora çatmalı idim.

-Sən nəyə görəsə narahatsan?-Onun səsində həyəcanı hiss etmək olurdu. Çünki o mənim üz cizgilərimi görmüşdü. Qaşların naməlum tərzə çatması, dodaqların tir-tir əsdiyi, gözlərin su ilə dolması və sanki ilanın narazı fısıldamağına bənzər nəfəsimi eşidib, məni izləyirdi. Lakin mən, onun ayın işığından yaranmış və  kölgəsindən başqa heç nə görmürdüm. Axır ki, arxaya yetərincə gedib ağaca toxundum.

-Xahiş edirəm cavab ver! Sən niyə arxaya gedirsən?-Həqiqətən səsi çox narahat eşidilirdi. Bəlkədə vəhşi heyvanlar kimi anlamağa başlayır ki, ovu onun əlindən gedəcək. Çünki səsi artıq yaxında eşidirdim.

            Ağaca çırpıldım. Budaqlar mənə salam vermiş kimi əllərini uzadırdılar. Sanki, sərin külək üzümü yalayırdı. Yerdə yuxuya getmiş yarpaqlar narazı tərzdə cırıldayırdılar. Üzümdəki tərdən saçım sifətimə yapışırdı. Həşəratlar qulağıma söz deyir, lakin mənim qaçış sürətim onları çox-çox uzaqda qoyurdu. Mən artıq daha iri addımlar atır hətta hoppanırdım. Buraqlar üzümü cırmaqlayır pis günə qoyurdular. Bir anlıq özümü şax-şaxəli məkanda hiss etdim. Necə oldusa çuxur qarşıma çıxdı. Amma mən özümü itirməyib tələsik, vəhşi tək oradan çapalayıb çıxdım. Qarşımda ki, mənzərəni yarı qaranlıq görürdüm. Bəzi yerlər gözümə tez dəyir və mən diksinib baqşa yerə dönürəm. Beləliklə çadıra aparan yolu itirib, azıram. Buda məni daha çox müəmmalı qorxuya aparır. Demək olar ki, ağlımı itirmişəm. Qaranlıq meşədə hara gəldi, necə gəldi qaçıram. Sanki mən bic və quduz çaqalın bu gün ki, yeməyiyəm. Bu çaqal elə bil sürətli qurğu idi. Budaqları dağıda-dağıda qaçırdı. Yapaqları pəncələri ilə yer üzündən yox edirdi və ən önəmlisi qışqırırdı:

-Dayan, dayan...sənə nə olub...Mən sənə pis bir şey etmərəm.

Bu çox gərgin tələ idi. Həqiqətən mənim axrım çatmışdı. Zülmət, bu anları, günləri hətta saniyələri hesablayıb səbrlə gözləyirdi. Bəlkə indi dediylərim sizə dəlini xatırlatacaq. Çünki mən indi-indi anlayıram ki, mənim dalımca qaçan elə zülmətin özü ola bilər. Axı bu nədi? O, niyə məndən əl çəkmir?

-Gözlə...Qaçma...Azacaqsan...

Gözümün altından budaq bir kəsik çəkir. Hava ora vurduqca yetərincə yandırırdı. Necə oldusa köynəyimi kim isə tutur. Mən yerimdən dik atılır, arxaya dönürəm. Xoşbəxtlikdən bu budaqlar məni tutmuşdu. Deməli bütün təbiət canlıları mənə qarşıdırlar.  Artıq onun səsi daha da aydın çəkildə qulağıma çatır. Mən özümü ora-bura silkələyib köyəyimin qolunu cırıram. Arxa tərəfdən yenədə saçımı dartışdırırlar. İrəli hoppanıb meşənin dərinliyinə cumuram. Bu dəfə mənə heç nə maneə törətmir. Çünki mən talada idim. Ağac orada-burda dururdu. Daxilimdən təsis edən hadisələrdən söz demək olmur. Nəfəsimi belə, hiss etməyə çalışıram. Özümü lal duymaq və danışıq bacarığımı itirməyim məhs bundan yaranmışdı. Dayanmaq və onu vurmaq belə mənim ağlımdan keçə bilməz. Qəlbimin digər tərəfi həqiqəti üzümə deyir: “Səni aldadıb meşənin dərinliyinə gətirib. Bilərəkdən səninlə yaxşı davranır ki, ona vurularsan. Yəni gözlərini iri aç. İlk dəfə eşitdiyin və duyduğun soyuq hava sadəcə yuxudur, amma indi baş verənlər həqiqətdir. Sən meşədəsən...Zülmətin yanındasan...O, isə sənin üçün əla bir sevgi rolunu oynayır...

            İrəli daban alanda hiss edirəm ki, nəyəsə toqquşacam və tez qollarımı qaldırıb, üzümü tuturam. Həqiqətən qollarıma və üzümə nə isə yapışır. Elə bil ensiz, yağlı iplər məni əhatəyə aldı. Sifətimə naziq uclar toxunur. Göz qabaqlarımı yavaş-yavaş açdım. Gözümə iri, enli hörümçəyin kölgəsi düşdü. Ucadan bağırıb, axraya çəkilirəm. Lakin bu qeyri-adi sap nə qopur, nə də çıxır.  Elə qışqırıram ki, ağacın üstünə qonmuş yarasalar oradan uzaqlaşır. Mən dayanmadan hoppanır, çığırıram. Artıq bu qorxu, iyrənclik məni ağlamağa vadan edir. Boğazım cırılsada, ağrasada mən, var gücümlə bağırırdım ki, kim isə məni bu qarışıq, qorxunc vəziyyətdən xilas etsin.

-Hə dayan...İndi...-Deyə əlləri ilə saçımı bir-birinə qatdı. Əlini çiynibdən dirsəyimə kimi sürtü. Mən isə elə göz yaşı töküb qışqırırdım.

-Götür onu...-Hıçqırtı sözümü kəsdi. Sanki bu dəqiqə boğazımın telləri qopacaq və mən göz yaşlarımın içində boğulacam.-Götür tez...-Daha ucadan bağırdım. Yerimdə dayanmadan fırlanır, hoppanırdım.

-Az qaldı.-Deyə soyuq əlləri sifətimə dəydi.

Axır ki, gözümə düşən kölgə yox oldu, bu saplar məndən əl çəkdi. Lakin mən hələ də qapandığım ümidsizliyə, köməksiz axmağa bənzədiyimə görə ağlayırdım. Əllərimi üzümə alıb, ucadan öskürərək gözümün yaşımı silirdim. Qəflətən şaxtalı hava məni düyünlədi. Özünə sıxıb kürəyimi sığalayırdı:

-Sakitləş! Hər şey yaxşıdır. Mənim səhvimdir...Axı niyə...

-Yo...x...S...ə...nin...Deyil.-Mən hıçqıraraq danışırdım.

-Sakitləş...Sakitləş

Sifətini mənim saçlarıma sürtdü. Onları oxşamağa çalışırdı. Qollarımdan tutub özünü məndən ayırdı. Barmaqları ilə yanağımı sildi. Ani olaraq əqlimdə bir səhnə canlandı: Şaxtalı havada və pambığa bənzər, lakin daha sərt olan qarda durub, üstümə soyuq suyu tökürlər. Yanaqlarımı siləndə sanki, bu isti damcılar buza çevrildilər və düşündüyüm elə bil həqiqət idi.

-Mən özümü qəribə aparırdım. Səndə məndən şübhələndin...Hər şey mənə görədir...Vaxtında səni tutmalı idim ki, qaçmayasan... Səndəki elə tez qaçırsan...-O, güldü. Elə məndə ağlamağımı kəsib gülməyə başladım. O, bunu duyub, mənim saçımı öpdü.-Mən sənə güclə çatdım...Sən hələ ağacları ayırıb görə bilmirdin...Mən onları görə-görə çalaya yıxıldım.

İkimizdə ucadan güldük. Sonra mən axır ki, qollarımı açıb gözəl hisslərə qərq olmaq üçün onun boynundan tutub qucaqladım. Bu mənim yatağıma yaxınlaşan şaxtalı külək, məlahətli hissləri mənə bağışlayan, zülməti dostuma çevirən canlıdır. Axı mən nədən axmağa çevrilib ondan uzaqlaşırdım. Necədə mənasız və anlaşılmaz bir hərəkətdir.

-Bağışla məni! Mən səndən qorxdum, inanmadım. Elə bildim məni aldadırsan.

-Yox...Bağışla demə...Yenədə mən günahkaram. Səni inandırmalı idim. Gəl hər şeyi unudaq.

Mən səssiz vəziyyətdə başımı yellədim. Artıq bu soyuq havaya dözə bilməyib, bütün sümüklərimi sərbəst buraxdım. Onlar da sanki küləyin yüngül toxunuşundan tir-tir əsən alov kimi idilər.

-Sənə nə olub?-Deyə mənə diqqətlə baxdı.-Sən əsirsən.

Mən sadəcə gülümsədim. Çünki əgər danışsam, onun dediylərini etiraf edərəm.

-Çadıra qayıtmaq lazımdı.

-Yox.-Ucadan dedim.-Mən...istəmirəm...

-Sənin dişlərin hətta bir-birinə dəyir.

-Yaxşı, gözlə! Əgər qayıtsam. Sonra nə baş verəcək.

-Bilmirəm. Daha isti şeyi əyninə geyinərsən.

-Bəs sən?

-Yox, əzizim mənə soyuq deyil. Sadəcə...

O, susdu. Amma ki, mən, onu huşsuz edən toxunuşu həyata keçirməmişdim.

-Hə! Sənin nəyə görə narahat olduğunu başa düşdüm.- Onun yanaqları göyə qalxdı. Artıq mən canlının üz cizgilərini çətin olsada ayırırdım.-Sadəcə bu barədə sənə sual vermək istəyirəm və inanıram ki, sən hər şeyi anlayıb, sakitləşərsən. Sən havasız yaşaya bilərsən?

Özümdən aslı olmayaraq ucadan güldüm. Lakin onu ələ salmaq üçün deyil, sadəcə onun nə demək istədiyini anladım.

-Yaxşı, gəl gedək.-Səsində çəkindiyi sezilirdi.  

Biz meşə boyunca gedəndə axır ki, qana bulaşmış hər yerimi hiss edirəm. Qorxu, çaşqınlıq, labüdlük hissləri keçib gedəndən sonra iztirabı dərindən çəkirəm. Yanağımın biri dəlicəsinə məni incidir. Qollarımın bəzi hissələri sanki, gecələr canavarların uladığı kimi səs salırdı. Mən bunu çalışırdım ki, gözə vurmayım. Buna görə səssiz-səmirsiz yolumu davam edirdim. Lakin bir dəhşəti duydum. Dizimin qatlandığı yer yaralı idi. Buna görə hər addım uzun sürən faciədir. O, mənim əlimdən tutmuşdu. Məndə onun əlini yetərincə sıxırdım ki, yerə ölü milçək kimi yapışmayım.

-Sənə nəsə olub, amma mənə demirsən.

Axmağa oxşasamda yenə dişlərimi ağartım. Sonra hiss etdim ki, biz dayandıq. Bu da məni narahat elədi. Əlim aşağıya doğru uzandı.

-Sən niyə...əyildin?

-Çox pis! Səndə mənə heç nə deməyib, əzabı dözürsən?

-Bağışla, mən bilirdim ki, sən yenə özünü günahkar hiss edəcəksən. Buna görə səsimi çıxartmamağı üstün saydım.

-Axı sən bütün yolu belə getməyə hazırlaşmırdın?

Mən sakit durub ona baxırdım. Bənövşəyi çiçəkləri və qara rəngi xatırlayan buludlar samada toplaşmışdı. Ay isə onların arxasına keçmək fikrindədir. Lakin onun işığı gülümsəyən simanı görməkdə kömək etdi.

-Amma sən yalnız mənə görə bu ağrını çəkməyə hazır idin?

Mən başımı inamla yelləyirəm:

-Hə, axı sən yenədə özünü boş yerə günahlandırmağa başlayacaqsan. Mən...isə bunu istəmirəm...Çünki...bu mənim səhvimdi.

-Yox axı...Mən...

Əzab məni bozaca yırtsada və məni qışqırmağa vadan etsədə, əyilib onu bərkdən qucaqlayıram. Sonda gözlərimi turşuyub qalxıram. Dişlərimi sıxıram ki, ufuldamayım. Sonra dizimin arxasına üfürməyə başlayıram. Lakin üfürdüyüm ora sadəcə çatmır.

-Sən...

Onun sərxoş avazı mənə çatır. Sonra o birdən ayağa qalxır.

-Gözlə indi baxaram orda nə olub...Hə qan axır.

-Nə!-Məni dəhşət bürüdü.-Qan...Qan axır?

-Bir az, artıq quruyub

-Quruyub!- Ucadan dedim.

-Əzizim, sadəcə balaca bir yarıq açılıb. Əgər çadıra tez çatsaq daha yaxşı olar. Ona görə burda vaxt itirməməliyik.

Mən irəli baxıb, ayağımı qaldırıram və cəld aşağı salıram.

-Çox ağrıdır?

-Axrıncı dəfə 9 yaşımda belə ağrını dözməli idim. Amma bacaracam.

Mən yeriməyi yenicə başlayan körpə uşaqlara bənzəyirdim. Onun əlini sıxaraq yaralı ayağımı yarpaqların üzünə sürtərəq gedirdim. Çadıra cəld çatıb, infeksiyanın düşməməsi üçün biz çox ləng tərpənirdik. Hər iki addımdan sonra fasilə, vəziyyəti daha da mürəkkəbləşdirirdi. Axır ki, dörd qədən qoyan kimi ufuldadım.

-Yox belə olmaz.-Deyə qollarımı tutdu.-İcazə ver mən bir şey edim. İcazə verirsən?

-İcazə verirəm.-Gülümsədim.

Onun nə etdiyini təsəvvür etməsəmdə, önəmlisi budur ki, bu zərərli olmayacaq. Çünki nə etsədə elə bil məni hər kiçik çaladan çıxarır. Hiss etdim ki, onun əli mənim belimdədir. Elə bil qolu ilə məni qucaqlayır, amma hələ ki, soyuq bədəninə sıxmayıb. Sonra digər əli ayağıma tərəf gedir. Qəflətən necə oldusa məni qucağına qaldırır.

-Gözlə sən nə edirsən. Mən çox ağıram. Qoy məni aşağı.-Bərkdən dedim.

-Xeyir vaxt yoxdu...-Deyə irəli gedir. Onun sürəti getdikcə daha da artır.-Nə danışırsan. Pambıq kimi yüngülsən.

-Xeyir qoy məni yerə.

O, qəflətən dayandı.

-Bağışla, amma yox! Mən öz kefim üçün səni qaldırmadım. Sənə belə daha rahat olar. Həm də biz tez gedirik. Yaxşı?

Sükutun uzanmağı mənim sayəmdə idi. Onun həqiqətən mənim üçün elədiyi bu hərəkətə görə minnətdaram. Həm də əgər o bunu asandlıqla bacarırsa. Onun qucağında olmaq, özünü dilbər mələyin əhatəsində olmağa bənzəyirdi.

-Yaxşı!-Deyə onun gözlərinin içinə baxdım. Orada qəribə bir sevinc hissni sezdim. Gözlər sanki aya bənzəyirdilər. Onun kimi bərq vuran, ağ və boz rənglərin qarışığı. Ayın buludlara verdiyi nur kimi məni işıqlandırırdı.

-Onda əgər istəyirsənsə başını qoy çiynimə və dərindən nəfəs al, sakitləş. Bir azdan çatacağıq.

Mən əllərimi onun boynuna burdum. Aydındır ki, onun əlləri boş deyildi, bunun sayəsində öz saçları və üzü ilə mənim başımı oxşadı. Mən cəld qalxıb güldüm və onun saçlarını bərk-bərk dartdım. Çünki içimi döyücləyən səsə son qoymaq istəyirdim.

-Bilirəm səni çox ağrıdır. Bağışla!

O, ucandan güldü.

-Yox, yox...Bu möhtəşəm idi.

Mən axır ki, onun çiyninə başımı qoydum. O da silkələnərək getməyə başladı. Başım onun çiynini döyücləsədə buna fikir vermirdim. Yuxu məni tutub özü ilə aparmaq istəyir. Lakin mən nə qədər çalışsamda qalib gələ bilmədim və sanki, əsir düşdüm. Bəs canlı? Mən yatandan sonra o gedəcək? Mənim yanımda durmayacaq? Bəs məni qucaqlamayacaq? Göz qabaqların getdikcə soyuyurdu və bağlanırdı.

-Mən…yatandan...Sonra...Sən...Gedəcəksən…

-Mən həmişə sənin yanındayam...Həmişə....       

            Gözlərimi açan kimi ilk hiss etdiyim ayağımdaki yaralar idi. Qalxıb onları gözdən keçirdim. Dizimin qatlandığı yer bintlə bağlanmışdır. Yöd izini görmək olurdu. Çünki ağ rəngdə bintə narıncı boya yayılmışdı. Yanağımdaki yara adi vəziyyətdə idi. Qurumuş qan və torpağın qarışı deyildi. Lakin indi duyuram ki, mənim yaralarım heç də məni incitmir. Məni incidən, sıxan, zəiflədən qəlbimin ağrısıdı. Çünki indi çadırın parçasından ayın işığı deyil, günəşin şəfəqləri gəlirdi. Güclə çadırdan çıxıb, ətrafa dəli tək baxdım. Yenidən həşaratlar qulağımın altında vızıldayır, yarpaqlar gecənin hadisələrini öz aralarında danışırdılar. Zülməti pisliyir, hörümçəyi zavallı hesab edirdilər. Ağacların üstünə qonmuş quşlar gecə, yarasaların qorxusunu özündən razı tərzdə və maraqla cəh-cəh vuraraq deyirdilər. Mən bunları qulaq ardına verərək, dilimdə duzdu suyu hiss etdim.  Göz yaşlarımı sanki, bir stəkan su kimi içirdim. Onlarda qəlbimdəki sonsuz ağrı kimi bitmirdilər. O dedi ki, həmişə yanımda olacaq. Axı onun üçün darıxıram, onunla danışmaq istəyirəm. Daha dərindən kim olduğunu bilmək diləyindəyəm. Mən ona ad vermədim... 

-Niyə məni atdın? -Deyə hıçqırtı sözümü kəsdi. -Axı sənə inanırdım, bilirdim ki gecə mənimlə qalacaqsan. Səhər isə yenidən meşəni gəzərdik. Lakin sən getdin. Mən... 

Mən suyun içində boğulurdum... Sanki, göz yaşlarım mənim boğazımdan tutub sıxırdılar ki, danışmayım. Lakin mən elə bil tək qanadı ilə uçmağa çalışan quş kimi, göydə çapalayırdım. 

-Amma mən sənə ad verəcəm... Verəcəm...

Dilim tir-tir əsirdi. Bərkdən bağıraraq ağlayırdım. Axı sən həqiqət deyilsən. Sən yoxsan...yoxsan və həqiqətdə mövcud ola bilmərsən. Sadəcə yalnız mənim gözümə görünürsən. Həmişə kiminsə və fərqli insanın yanımda olmasını arzulayırdım. Mənim çətinliklərimi işıq sürətində yox etməsini istəyirdim və yalnız... Yalnız sən bunu bacardın. Lakin sən nə insan, nə də həqiqətsən.Mən bağırıb, ağlayırdım. Çünki onu artıq itirmişdim.

   Hər kəsin daxilində qorxu mövcuddur və hər kəs özlüyündə onunla mübarizə aparır. Lakin bəziləri onu xəyal gücü ilə məhv edir. Başımı aşağı salıb, özümü sakitləşdirməyə çalışırdım. Duzdu su damcısı yanağımdaki yaranın üzərindən keçib, onu yandırırdı. Birdən saçıma soyuq hava toxundu.

                                                                                            Əlişli Çinarə


... dəfə oxunub
Qiymət verilməyib...
[qiymət ver ]
Şərh yaz
10+18=
Hesaba giriş
Müəllif

Çinarə Əlişli
Haqqında
Hal-hazırda mənim 16 yaşım var. Uşaqlıqdan kitablara marağım olub və onları sevə-sevə oxumuşam. Onlara qarşı olan sevgini heç vaxt, heç kim dəyişdirə bilməz. 11 yaşım olanda isə ilk əsərimi yazıb-yaratmışdım. Bu əsərin nəticələri uğurlu olduğundan həm ideyalar, həm də həvəs məni yeni əsər yazmağa vadan etdirdi. Hobbim çoxlu kitab oxuyub, onu dərindən anlayıb, bacardığım qədər gözəl əsər yazmağdır. İndi isə əsərlərimin digər dillərə tərcümə edilməsi, dünyada şöhrət qazanmaq və hərkəsin yaddaşında silinməz iz qoymaq mənim ən vacib və böyük məqsədimdir. “Sən kim olursansa ol, nə istəyirsənsə istə, əgər nəyisə bərk istəyirsənsə, mütləq əldə edəcəksən, çünki bu arzu Kainatın Ruhunda doğulmuşdur. Bu, sənin Yer üzündəki vəzifəndir.” Paulo Koelho.
Əlaqə
Tel.:
0707521730
E-mail:
alishlychinara@gmail.com
Sosial şəbəkə:
YouTube-da izlə
Facebook
0.0402 saniye