Hesaba giriş
Müəllif

Habil Yaşar
Haqqında
Mən Habil Yaşar 1983 - cü ildə Bakı şəhərində anadan olmuşam. 2004-cü ildə Azərbaycan Dövlət Pedaqoji Universitetinin filologiya fakültəsini bitirmişəm. Hərbi xidmətdə olmuşam. 2001–ci ildə “Səni sevdim sevəcəyəm”, 2003-cü ildə “Məni sevgi yaratdı” kitablarının müəllifiyəm. Azərbaycan Yazıçılar Birliyinin(2003), Dünya Gənc Türk Yazarlar Birliyinin(Maliyyə Nəzarət Təftiş Komissiyası üzvü-2009), Azərbaycan Respublikası Gənclər Təşkilatı Milli Şurasının(Maliyyə Nəzarət Təftiş Komissiyası 2009), Dünya Azərbaycanlıları Konqresinin (2010), Seçkilərin(Məntəqə katibi) üzvüyəm. Şərqi Avropa Ölkələri Gənclər Əməkdaşlığı Konfransının(2009-Bakuruyani,Gürcüstan), Londonda keçirilən Dünya Azərbaycanlıları Konqresinin XI qurultayının(10-13 dekabr2010) iştirakçısıyam. Qazaxıstanın Türküstan şəhərində keçirilən “19 Mayıs Türk Dünyası Genclik Buluşması” nda etdiyim xidmətlərdən dolayı təşəkkürnamə almışam.(2011)."XX-XI ƏSRİN ZİYALI VƏ YARADICI İNSANLARI"ensklopediyasında, "Çağdaş Azerbaycan Şiiri"(2009-Ankara,türkiyə türkcəsində iki şer) və s kitablarda yazılarım dərc olunub. Prezident təqaüdçüsü(Ədəbi fəaliyyətinə görə 2009), "Vicdanlı Qələm"("Qafqaz"Media İctimai Birliyi,jurnalistika fəaliyyətinə görə 2008) kimi mükafatlara layiq görülmüşəm. 2013-cü ildə Türk dünyasına xidmət ödülünə(Dünya Gənc Türk Yazarlar Birliyi 2013) layiq görülmüşəm. Sultan Özateş 1. Uluslararası Ankara Kültür ve Sanat Şölenində Şiir-yazı yarışmasında 2856 şer işrə 3-cü yerə layiq görülmüşəm.(2014-26 yanvar). 2014-cü ildə Azərbaycan Yazıçılar Birliyinin Gənclər Şurasının üzvü seçilmişəm.
Əlaqə
Tel.:
055-934-78-49.050-345-90-98
E-mail:
habil.yasharhy@rambler.ru
Sosial şəbəkə:
Facebook
Twitter
YouTube-da izlə
Facebook
0.0153 saniye