Əllərindəki dünyada yaşayırdı..
İsti əlləri günəşi belə geridə qoyurdu..
O da bir piano idi..
Sınıq, salxaq bir piano..
O, pianonun sevimli əlləri ilə onu çalırdı..
O əllər elə güclü idi ki..
Piano deyirdi:
"Əllərini dünyama çevirdim.."
Piano qışda bumbuz olan pillələrini əllərə vermişdi..
Sınıq, salxaq olsa da, əllər sevirdi o pianonu..
Hərdən səhv notıar çalırdı..
Hərdən elə bir küy yaranırdı ki, əllər onda "əl" çəkirdi..
Amma yox..
O pianonu bir o əllər çala bilərdi..
Əllər heç son olmayacaqmış kimi çalırdı pianonu..
Piano heç ölməyibmiş kimi sevirdi o əlləri..