10-11 may 1996-ci il tarixində Everestdə meydana gələn və 8 alpinistin ölümü ilə nəticələnən faciə bəlkə də ən çox bilinən alpinist faciələrindən biridir. Çünki “Outside Magazine” adına bu ekspedisiyaya qatılan və sağ olaraq qurtulan Con Krakauerin yazdığı “İnto Thin Air” (Nazik hava daxilində) adlı kitab həm çox satılmış, həm də filmə alınmışdı.
Bu faciədən sonra bütün dünyada kommersiyalı alpinist ekspedisiyaları da ciddi şəkildə sorğulanmağa başlanmışdı. Çünki bu faciənin qurbanları eyni zamanda Everestə çıxan və aralarında rəqabət olan iki fərqli kommersiyalı ekspedisiyanın üzvləri idilər. Qatılan alpinistlərin yetərli təcrübələri yox idi. (Con Krakauer kitabında aralarında krampon bağlamağı belə bilməyənlər olduğunu yazmışdı.)
Bu faciənin təməl səbəbini 2 kommersiyalı ekspedisiyanın rəqabəti meydana gətirmişdi. Çünki eyni anda yola çıxan firmaların biri müştərilərinə zirvə etdirib digəri etdirməzsə, nəticə etdirməyən firma baxımından bir fəlakət olacaqdı və gələcək mövsümdə müştəri tapa bilməyəcəkdi.
Əslində şəxsi həyatlarında çox yaxşı dost, amma iş həyatlarında rəqib olan 2 alpinist-yeni zelandiyalı Rob Holl və amerikalı Skott Fişer fərqli kommersiyalı ekspedisiyanın liderləri idilər.
Bir insan niyə Everestə dırmaşsın ki? Alpinistlik, macəra ehtirasları və təbiət idmanlarını sevənlər tərəfindən seçilən bir idman sahəsidir. Təbii həyatla baş-başa qalmaq, çətin şərtlərin öhdəsindən gəlmək, insan əli dəyməmiş təbii gözəllikləri görmək kimi həyəcanlar insanları alpinistliyə itələyən səbəblərdən bir neçəsidir. Təhlükəli bir idman olaraq görülsə də, qaydalarına uyğun olaraq edildiyi təqdirdə risklər aşağıdır. Məsələn, hava şərtləri və təchizata bağlı qaydalar uzana bilməzdi. “Everest” (2015) filmi alpinistliyin vaz keçilməz qaydaları uzandığı halda nə kimi nəticələr ilə qarşılaşıldığı məsələsində dərs verərək izləyiciyə alpinistliyin şirin və acı tərəflərini hiss etdirir.