3-cü Septinistlər hərəkatı
Susqun tərəfindən "Hekayə" bolməsinə 07:40 26 yanvar 2016 tarixində əlavə olunmuşdur

3-cü Septini.. (1487-1494)  

Bu dəfə Septinistlər hərəkatı İtaliyada təzahür edir. Son hərəkatın yekunları (1224-cü il, Misir) Septinosu qane etməmişdi. İnsanların orta İQ göstəricisi 75 idi. Bu isə heç 6-cı planet üçün yetməzdi. Təkmilləşmək lazım idi.

Septinos Septinislər hərəkatı üçün da Vinçini seçir. İQ göstəricisi 175 olan bu insan yaşadığı dövrdə bütün insanlıqda (sadəcə 7-ci planet) ən yuxarı göstəriciyə sahib idi və birbaşa 5-ci planetə laiq idi. Septinos isə səhv etmək istəmirdi. İlk olaraq Da Vinçiyə regional missiyalar verildi. "Renessans" proyekti ilə Vinçi sübut etdi ki, həm ona lazım şəxsləri öz ətrafına yığa biləcək ideyalara sahibdir və ölkəni də xilas edə bilər. Bununla yetməyən Vinçi "gizli ülgüc" texnikasını silah aləminə töhvə etmişdir. Daha çox Assassinlərdə istifadə olunan silah növü idi. Da Vinçi həm də planetar işlərə keçmiş, Septinosla birbaşa əlaqə saxlamışdır. "Vitruvian adam" konsepsiyası isə Da Vinçinin "bütün insanlar" necə yaradılıb sualına cavabı idi. "1.618" əmsalı ilə. Sonralar bu məlumat Vinçidən oğurlanaraq mənbəsiz şəkildə digər kitablarda, başqa adlarda qeyd edilmişdir. Lakin, insanların 7-ci planet tarixində bu məlumatı Vinçidən öncə heç kəs hesablamamışdı. İlk dəfə sürrealizmdən (hətta Salvador Dalidən də qabaq) istifadə etmiş, patentləşdirməmişdir. Yadplanetlilərlə əlaqəyə girmiş (insan olmayan varlıqlar) 7-ci planeti ilk dəfə beynəlmiləl olaraq təmsil etmişdir. İnsanlar üçün isə "Paraşüt"-ü icad etmişdir. İlk dəfə bu töhvəni də Assassinlərə vermişdir.

 

Da Vinçi "Renessans" proyektində ilk dəfə dövrün regional dehalarını öz ətrafına yığmış və Assassinlərlə iş birliyi etmişdir. İlk dəfə astrofizika elmi vasitəsilə ilə kahinlik etmiş və gələcəklərini söyləmişdir insanların. İlk dəfə yadplanetlilərlə görüşmüş və insanlıq naminə müsbət nəticələr qazanmışdır. Mona Liza isə heç vaxt onu sevməyən qızın portreti imiş.

 

Rəsmi olaraq "Free Massonary" (Massonluq) təşkilatını qeyri-rəsmi olaraq təsis etmişdir. 7-ci planet tarixində isə cəmi Nikola Tesladan geri qalır kəşflərinin sayına görə.

 

1487-ci ildə 35 yaşlı Da Vinçi dünyada Septinistlər hərəkatına başlayır. İtaliyanın birləşdirilməsində böyük rol sahiblərindən biri olur. Hərəkat elə bu məqsədlə başlayır. Sonralar Avropaya yayılır. Hərəkatın yayılmasında 10 minə yaxın Assassin iştirak edir. Da Vinçi sonralar yoxa çıxır. Bəziləri yaşadığını, bəziləri öldüyünü deyir. 1494-cü ildən sonra bir də görülməyən Da Vinçinin cəsədi 1519-cü ildə Ambuaz ərazisində tapılır.

 

Dövrün əsas kəşfi paraşüt hesab olunur. Da Vinçi hesab edirdi ki, Septinistlər ilk dəfə suyu kəşf etdilər kompass ilə. Sonra torpaq əraziləri eynək vasitəsilə və havanı kəşf etmək üçün onlara paraşüt gərəklidir.

 

Dövrün digər Septinistləri:

S - Spalvains - Qanadlı - #11032SX - Santi Rafael
E - Erzemnieks - Yadplanetli - #X21921E - Bilinmir
P - Priesteris - Kahin - #PX32241 - Bilinmir
T - Tūrnieks - Bənna - #1TX4334 - Bilinmir
İ - İzgudrotājs - İxtiraçı - #32İO535 - İserro da Vinçi
N - Nākslinieks - Rəssam - #921NX61 - Nuante Buonarotti
İ - İteratūrkritiķis - Ədəbiyyatşünas - #2511İX7 - Bilinmir

Septinidən əvvəl və ilk Septinistlər hərəkatı

2-ci Septinistlər hərəkatı


... dəfə oxunub
Qiymət: 10/10(2 səs)
[qiymət ver ]
Şərh yaz
5+8=
Hesaba giriş
Müəllif

Susqun
Əlaqə
Tel.:
+994515138413
E-mail:
ehmedlikenan@mail.ru
Sosial şəbəkə:
Facebook
Twitter
YouTube-da izlə
Facebook
0.0305 saniye