"360 dərəcə."
Giriş.
"Susquna geri dönmək" anlayışı mənə mənəvi dəyərləri zirvələrdə tutan ailənin, hardasa elə 18-19 yaşlarında tək oğlunu itirəndən sonrakı matəmşəkilli olaraq oğula məxsus oğlanın otağa kilid vurulması və də illər sonra, toz alınması üçün belə açılmadan qapının hansısa səbəbdən "yenidən oyanışıdır". Necə də tozlu hisslərdir.
Son 6 ayımdan utanıram. Hə, üzü Karl Marksdan sonbeşiyi Kənana qədər bütün iqtisadçılara lənət olsun. Hər şeyi başa düşdüm, necə də olsa qazanassan onsuz da, niyə kitabı satmaq üçün yalan deyirsən ki? Sonra da şikayətlənirik ki, kitablara qarşı sevgimiz ölür, həvəsimiz ölür. Ölər də. Bir şeyin mövzusundakı yalan oldu, dəyəri məzənnədən betər düşəcək. Yenə də iqtisadi terminlərdən danışıram. Lap, əzəli vaxtlarımı xatırladım. Baharın gəlişində qaraltında başqaldıran təzə çiçəklərsayağı dinə qarşı soyuyurdum. Ya da baş qaldırırdım. Dilimdə çoxlu "dini stereotiplər" var idi. Niyə işlətdiyimi bilmədən işlətdiklərim. Söz yığını. Dəyərsiz sözlər. İndi onları iqtisadi stereotiplər əvəz edir. Elə də fərqi yoxdur, nəyəsə sitayiş edirsiz, ya allahlara, ya da pullara. Əsas odur, yenə köləsiz.
Bölüm 1. 0 dərəcə. Başlanğıc.
Bir çevrə dolusu hekayələrimiz var. Mənə, sizə ya da kim(lər)əsə aid. Bu ilk bölümdür. Çevrənin ilk nöqtəsi. Mənimlə bir yerdə başlayın çevrənin dairəsinin ilk nöqtəsini qoymağa. Bir adamın həyat hekayəsi və "neçə dərəcə" dönəcəyini görəcəksiniz.
18 yaşımın olmağına az qalardı. Elvin var. Dostum, müəllimim, sirrdaşım. Çoxlarınızın sahib ola biləcəyindən daha da yaxşı insan. Arada bunu özlüyümdə düşünrəm ki, adam niyə bu qədər mükəməlldir? Bəlkə mənə elə gəlir? Bir nəfər tanışım var. Müəllifini bilmirəm amma qəşəng bir şey danışmışdı mənə. Deyir, bir kağız nə qədər ağdısa çirki bir o qədər də çox götürəcək. Bu misala biz "yaxşı tərbiyyədə" böyüyən uşağın misalından gəlmişdik. Amma Elvini də hardasa arada ağ kağız hesab edirəm. Deməyim odur ki, Elvinin çox amma çox az tanışı var. Bəlkə də, çox olsaydı, o da bizim kimi çirkli olardı. "Nə qədər tanışı var?" Sofiya və mən.
Labaratoriyadakı təcrübələrimizi xatırlayıram. Qeydlərimizi, işlərimizi, planlarımızı və s. Həyata keçənlərin hamısı doğru keçdi. Elə bilin ki, bir insan var, azı 100 il yaşayıb amma cavan qalıb. O təcrübəyə malikdir. "Mələk beyni" konsepsiyası ən yaxşılardan idi. Cəmilin roboprototipləşdirilməsi isə füsunkar. Hələ Azərbaycan Milli Böyük Mason Lojası ilə görüş. "Massonlar pişik yeyir" deyərək böyüyən gələcək ailə sahibləri yox, əsl insanlarla eyni otaqda idik. "Sofiyanın milyonu" isə hər gün daha da yaxınlaşırdı. Əh, Sofiya. Düz 19 manat borcum qalmışdı. Hələ də qalır. Deyəsən, qalacaq da. Talmudu ispancadan tərcümə etməyimiz, Kaballah üçün Qrammatik Fəlsəfə cərəyanına girməyimiz. Böyük A kitabının fəthi ya da "öyrənməyi öyrənmək". Tüklərimin ucuna qədər hiss edirəm. "Selfempaty" yaşayıram. Özüm-özümə qarşı. Yazılan əsərlər uğurlu gələcəyin müjdəçiləri idi. Düz 19 əsər. 19 ilin tamamında. Bu əsəri yazmağı istəmirəm. Böyüməyi istəməyən uşaqlar kimi. 19 qalsın. 20 olmasın. Bütün bunlar "Xoşbəxtlik axtarışında" ilə başlamışdı. Yarı gerçək, yarı zarafat. .
Xakerlik mənə hazır olmadığım şeyləri öyrətdi. Hələ də həzm edə bilmədiklərimdən. Nə qədər süni olmaq olar ki? Xakerlik məni ateist edən əsas səbəblərdən idi. Mən maksimum xakerlik vasitəsilə 100-200 nəfərin içini çölünü bilirdim. Allah milyardlara necə dözürmüş? Onda ən ali varlıq, ən vecsizi imiş. Ya da elə düz deyirlər, Allah nə doğandır, nə də doğulan. Qohumları olsa, belə vəziyyətdə olsa utanar lap. Hələ bu da azmış kimi, bütün insanlarla qohummuşuq. Adəm və Həvvadan. Düşünsənizə, xakerlik bir qırağa, ana və atadan ikinci nəsil törəndi. Bəs üçüncü nəsil? Elə ilk nəsillərdən insan irqi həm genetik, həm də mənəvi olaraq çirklənib. Lənətə gəlsin. İnsaniyyətmiş.
Sartır vardı. Paul Sartır. Fransız filosofçusu. Məni məndən edən "Varlığ və heçliyi". Necə də qəribə kitabdır. Hər şey var amma əslində heç nə yoxdur. Sənə də, sənin qəbilənə də lənət, Sartır. Mən söyüş söyürəm? Yox, mən yoxam, söyüşlərim də yoxdur. Heç qəbilələr də. Belə də nihilist paradokslar olar?
Nikola Tesla. Adam hər gün yeməkdən əvvəl bir, yeməkdən sonra iki kəşf edərmiş. Belə dəha olar? Oxuduqca adamı dəli eliyir. Deyirlər, hələ də üstü açılmayan sirrləri var. Əşi, çox şey deyirlər. Amma Teslaya da lənət oxumaq istəyirəm. Özü də kriptoqrafik şəkildə. Qoy 1 əsr sonra açılsın. Ən çox məni dəyişənlərdən biri Osho idi. Adını bilmirəm. Mən elə əzəldən belə tanımışam.
Osho. Təhlükənin dibi. Ən gözəl manipulist, bioterrorist, seminarist. Yaltağın dibi. Digər tərəfdən də haqqlıdır, bu qədər axmaq adamı təmizləməyin tək yolu da budur. Qırın lənətə gəlmişləri.
Azad. Köhnə dostum. Deyəsən valideynlərinin həyati azadlığının uğursuzluğunun təzahürü. "Bəlkə övladımız bizə oxşamaz, azad olar". Bağışla, Azad, dostum, sən Azad ola bilmədin. Çünki, azad olmadın. Məni sildiyin gün yaddaşımdan azad oldun. Ancaq həyatımın ən unudulmazlarındansan. Oshodan sonra gəlirsən. Görək kimdən əvvəl imişsən.
Elxan. Bu adamın iki adı vardı. Bir adı Röyal, digəri Elxan. Heç tanımamışam da. Fikirlərini sevirdim. Bir o qədər də zəhləm gedirdi. Bu qədər çoxadlılıq olar? Niyə axı bir adda davam etmirsən ki? Üçüncü dalğaymış. Əşi, dənizə sahib ol, dalğalarla qoy uşaqlar maraqlansın. Ya da Şarma demiş, "Sörfçü, patron ve de ben".
Bölüm 2. 20 dərəcə.
Həyatım dönməyə başlamışdı. 18 yaşımdan. Heç kəsə demədiyim şeylər vardı. Qorxularım. Heç kəsdə olmayan. Heç kəsin başa düşməyəcəyi qorxulardan. Elvin də bilmirdi. Tapsam Sofiyaya deyəcəkdim. O da getdi. Düzəldə bilsək Cəmilə deyəcəkdim. Adam robotdu, nəyi var ki? Hiss etmir ya da bir şey. Amma olmadı. Beynimdə fırtına gedirdi. Xakerlik, massonlar, yazılan əsərlər, pul, iqtisadiyyat, adcheat, mələk beyni, texnologiya, Mr Nineteen. Cavablar isə yox idi. Pulla qurtulmaq olardı mı? Ya qızlar? Bəlkə sevgili ya da seks-friend. Azı, stress atmağa kömək edərdi. Hansını seçəcəkdim? Hündür və gözəl olanı? Yoxsa ağıllı olanı? Əsas ağıldır? Yoxsa imkanlını? Ya dindar olanı? Axı o tərbiyəlidir. Bəs hansı dostumla bunları müzakirə edim? A? O Riyaziiyatı əla bilir. M? Onun çoxlu xarici dil biliyi var. M? O yaşca daha böyükdür. Təcrübələri var. Ə? Hələ özünü anlamır. A2? O, çox uzaqdadır. E? O anlayır? Xeyir, anlamış kimi göstərir. C? Bağışlayın, o özünü aldadır. Atam? Qardaşımın məzarı? Ən sevdiyim kitab? Oturub ağlamaq? Namaz? Yoqa? Fen-şuy? Morfin? Absent? Marixuana? Hamısı bir yerdə bəlkə?
Çox şey eləmək olardı. Susqunu isə xatırlamırdım. Tozlanırdı özü üçün. Mənim yazan sağ əlim. Yox, bu çox şablon oldu. Mən qələmlə yazmıram. Klaviaturada yazıram. Yazan əllərim. Ən səssiz anlarım. Özüm. Eqonun fiziotərk olduğu an. Tao və mən. Mən və mən. Özlüyümün dibi. Danışsam da mənasız olduğunu dərk edən biri. Danışmayan biri. Susan biri. Susqun biri. Düşüncə aralıqları ilə Mozartdan rekviyemi əzbərə göz yaddaşına çevirən beynin məhsulu. Musiqidə və astrofizikada "x", "y" və "z" tiplərini təmərküzləşdirən o beyin. 190 İQ olmalı idi. Bəs "o" tipi necə bilirsiz? ExtraNET anlayışı? Yadplanetlilərin genetik müqayisəsi necə? Özə qayıtmaq bəşəriyyətə qayıtmaqdır. Bütün varoluşla əlaqədə olmaq. Dayandığın yerdə. Sənin içində. (davamı olacaq)