Abşeronun ən qədim bağları - Novxanı bağları
Əli Əhmədov tərəfindən "Digər yazılar" bolməsinə 17:03 11 oktyabr 2014 tarixində əlavə olunmuşdur

Abşeron bağlarının yaranma tarixi 5 min il əvvəllərə gedib çıxır.

Ərazidə yerləşən bağlar arasında ən qədimi Novxanı bağlarıdır. Halbuki, bəzi tarixi mənbələrdə onun orta əsrlərdə yarandığı göstərilir. Lakin kənd müxtəlif tarixi dönəmlərdə başqa yerlərə köçdüyündən onun tarixinin uzaqlığına gedib çıxmaq mümkünsüzləşib. 

Bir çox yazılarda Novxanı kəndinin adının "nov” və "xanə” tərkibli fars sözlərindən əmələ gəlməsi ilə əsaslandırırlar. Bu sözlərin azəri türkcəsinə tərcüməsi "yeni bina", "yeni məkan", "yeni yer” mənasını verir. Bu da zəlzələdən və Xəzər dənizinin su səviyyəsinin artması ilə əlaqədər dağılmış Siyan kəndinin təzə əraziyə köçməsi və siyanlıların təzə kəndlərinə verdikləri adla izah edilir.

Bu torpaqlar 500 il əvvəl Siyan kəndi adlanırdı. Bu ifadənin hərfi mənası “yanmaq” kimi tərcümə olunur. Siyan adı “sis”, “his”, “tüstü” sözlərinin deformasiyaya uğramış variantı kimi yozulur. Ona görə kəndə Hisyandıran deyirlərmiş. Binəqədi duz gölünün xəzrisində yerləşən kəndin 17-ci əsrin ortalarında dəniz suyunun artması (güclü zəlzələ də istisna olunmur) nəticəsində batdığı qeyd olunur. Əhali “Aşağıbaş” deyilən ərazidə məskunlaşmaq məcburiyyətində qalır.

Burda yenidən tikilən evlərə farsca “ nov xanı”, yəni “təzə evlər” adı verirlər.


... dəfə oxunub
Qiymət verilməyib...
[qiymət ver ]
Şərh yaz
5+7=
Hesaba giriş
Müəllif

Əli Əhmədov
Haqqında
Gününü internet yazılar oxumağa həsr edən birisi...
Əlaqə
E-mail:
ahmed_ahmed_88@rambler.ru
Sosial şəbəkə:
YouTube-da izlə
Facebook
0.0225 saniye