Adı Payız
Khayyam Muhammad tərəfindən "Şeir" bolməsinə 03:41 09 aprel 2014 tarixində əlavə olunmuşdur

Nә Ütopyalıq qalıb bir parça xәyal tullantısında,
Nә sәhvlәr silә bilmәz bu doğrunu.
Bu günlәrdә bir ana sevgisi axtardım bir qadının qucaqında,
Bәdәnindә bir iki intihar gizlәnmişdi,
Ayaqları altında cәnnәt,
Doğmalıqdan bir pay alıb boğazına yad tәr qoxusu hәkk elәmәk
Ruhuna bir iki şeir yazıb qaçmaq bu fәsildәn,
Bir qadın sevdim bu günlәrdә,
Adı Payız.


Sarı saçlarının hamarlığı,
Gözlәrindәki maviliklәr.
Qan qırmızısı dodaqların günah satırdı ruhuma,
Çiynindә bir nәfәrlik bir ev qurmuşdum halbuki.
Hәr siqaret tüstüsünә xәrac verir nәfәslәrim,
Ciyәrlәrim inqilabda,
Ruhum hәlә dә feodaldı qadın.

Yalnızlıqdan lal olmuşam bu diyarda
Kәdәrimi örtdüm dünәn şeirlәrimin üstünә,
Hәsrәtini әlimdәn alıb apardı külәk,
nә var oldun bu şәhәrdә nә yox oldun ürәkdә.
Ruhum yorğundu bu bәdәndә,
Solğunlaşmışam,Payızlaşmışam.


İzlәrini itirәn bu xәzan sonuncu xәzinәmdi sәndәn qalan,
Birdә bәdәnini qoyub getdiyin bu neft qoxulu torpaq,
Sәn qoxar bu şәhәr daima mәnim nәfәsimdә
Hәr gün Bakı bir az daha sәni xatırladar,yaraları qanadaraq.

Sәndәn bir parça vardı hәmişә bu fәsildә,
Bir Qadın sevdim bu günlәrdә,
Adı Payız.


... dəfə oxunub
Qiymət: 9/10(3 səs)
[qiymət ver ]
Şərh yaz
3+13=
Hesaba giriş
Müəllif

Khayyam Muhammad
Haqqında
sadəcə  bekar  insanam  hərdən  bekarliq  şeir olur dunyani  firladan
Əlaqə
E-mail:
alone_inworld@mail.ru
Sosial şəbəkə:
Facebook
YouTube-da izlə
Facebook
0.0244 saniye