Ağrılı Şeir
Amin Mehdi tərəfindən "Şeir" bolməsinə 08:24 30 iyun 2015 tarixində əlavə olunmuşdur

Qadınlar da gedər
Adamlar da.
Hər gedişdə səbəb varsa,
Yorulub gedəni
Qırılıb gedəni
Bir də
Gedə bilməyib sevəni var,şair dostum.
Sevgi getmək deyil.
Sevgi-yorula-yorula,
Qırıla-qırıla sevə bilməkdir.
Sevgi-ilk küləyə dalğalara təslim olub
Batmaq deyil.
Sevgi-dalğalarda üzə bilmək,
Küləklərə təslim olub
Ona getməkdir,şair dostum.
Sevgi-ilk görüşlə son görüşün
Şeiri deyil.
Sevgi-ilk görüşün başlanması
Son görüşün sonsuzluğa tutulması
Və sənin sonsuzluqda itməyindir,şair dostum…


... dəfə oxunub
Qiymət: 10/10(1 səs)
[qiymət ver ]
Şərh yaz
7+3=
Hesaba giriş
Müəllif

Amin Mehdi
Haqqında
Qafqaz Universiteti (tərcümə)
Əlaqə
E-mail:
aminmehdi01@gmail.com
Sosial şəbəkə:
Facebook
Twitter
Ordenlər
Nazim Hikmət Ordeni
YouTube-da izlə
Facebook
0.0386 saniye