ALLAHA məktub
Sən An tərəfindən "Esse" bolməsinə 23:29 03 may 2014 tarixində əlavə olunmuşdur

ALLAHA məktub.( bu dəfə cırmadım)
***
Salam Allah.Gecənin bir aləmində yuxum səbəbsiz bir yerə məni tərk elədi.Əslində bəlkə də elə səbəbi var,sənə məktub yazmaq.Sənə bundan əvvəl də çox məktublar yazmışam,amma hər yazıb bitirməyimə az qalmış cırıb atmışam.Bu dəfə amma söz verirəm cırmayacam.Səninlə bir az söhbətə ehtiyacım var.Həyatımın hər dönəmində səni hiss edib duya bilmişəm.Yanımda olursan.Amma elə vaxt da olur ki, tərk edirsən məni.Bu an şeytanla mübarizə meydanına atılıram.Şeytanın mənim üzərimdə olan qələbəsini qanlı mürəkkəblə yazıram sətirlərlərə.Sətirlərimdə kədər var Tanrı.Qələmim qan ağlayır.Baxışlarımda şeytanın qanadın çırpıram divarlara,o divarlar gözlərimdə çatlayır. Çatlamış divarlar arxasında isti yay günlərində buz tutmuş otaqlar var,soyuq qış axşamlarında isinən ürəklər var, və bir də heç bir fəslin vecində olmayan insanlar var Tanrı.Mən də həmin o vecsizlərdənəm.Getdikcə vecsizləşirəm.Mən həyatı dörd təkər üstündə fırlanan dostların dəmir ürəklərində əriyib yox olmaq istəmirəm,mən həyatı uca divarlar qaldırıb özləri alçalan insanların kölgəsində oturmaq istəmirəm. İstəmirəm Tanrı..Hər zaman çalışıram ki,sənin izlərin olan küçələrdən keçim.Bu şəhərdə elə küçələr çox azdır Tanrı.Elə küçələr var ki səni orada öldürüblər.Amma fərqində deyillər ki,onlar səni yox, sən onları öldürəcəksən.Sənə yazdığım bu məktubu hisslərimlə,ruhumla göndərmək istəyirəm.Sənə yazdığım bu məktubu sənin yaratdığın insanın ifa etdiyin musiqidə göndərmək istəyirəm.Sənə mən bu məktubu körpəsini sinəsinə sıxan,əllərini görməyən o “ kor” gözlərə uzadan həmin o qadının göz yaşlarında yollamaq istəyirəm.Allah! məktubuma cavab ver.Cavab versən səninlə çox dərdləşəcəm.
İmza:Mənim "mən"im.- Kiçik yer kürəsindən göylərə-böyük sevgilərlə


... dəfə oxunub
Qiymət: 9/10(3 səs)
[qiymət ver ]
Şərh yaz
6+13=
Hesaba giriş
Müəllif

Sən An
Haqqında
küçədə oynayan uşaqların sevinci mənim kədərimə mane olur.
Əlaqə
Tel.:
055 626 01 77
E-mail:
sanan.safarov.1986@mail.ru
Sosial şəbəkə:
Facebook
YouTube-da izlə
Facebook
0.0259 saniye