Əslində onun gözlərini görmüşdüm ilk öncə.Amma hiss etməmişdim.Çox gözəl idi.Dərya bilirsiz nədi?Bax ondan idi.İnana bilmirdim.Bu neçə ayı mən axı niyə bu gözlərin fərqinə varmamışdım?Kor idimmi?Ya dərkmi eləmirdim?Bilmirəm amma indi şükür edirəmki bunu hiss edə bildim.İnsan bu qədər gözəl və dərin baxarmı?Bu günah deyilmi?Yox mən razı deyiləm.Hər şəklinə baxdığımda gördüyüm o məna məni sanki bu dünyadan ayırırmış kimi.Qaranlıqdı.Sanki gözlərində soyuq bir payız axşamı küçəsi gizlənib.Həm də gecə vaxtı.Çox qaranlıqdı gözləri.İtmiş bir uşağın qaranlıqda yolu itiməsi kimi itirəm o gözlərdə.İnanılmaz bir baxışdı.Dərindi.Bir balığın dənizin dərinliyinə vardığı kimi varıram o gözlərə.Xüsusi bir məna yatır.Bəlkə də böyük bir sirr.Dünyanın ən böyük sirri yatır o gözlərdə.Bilmirəm.Özü də gizəmli adamdı.Ağzından sözü kəlbətinlə almaq olur.Danışmaq istəmir.Yalnızca gözləri ilə yaşayır olanları.Onlar ilə ifadə edir hisslərini.O gözlərdə illərin yorğunluğu yatır.O gözlərdə insanların günahları yatır.O gözlərdə illərin sınaqdan keçmiş tanışlıqları yatır.O gözlərdə ehtirasla dolu qorxu yatır.Qorxu,bəli.Bəzi insanların dərk etməkdə çətinlik çəkdiyi qorxu.Bir az özündənrazılıq,bir az da razı olmamaq var.Bir az sevgi,bir az nifrət var.Və bir az ehtiras,daha çox qorxu var.Qorxulu bir gözlə ətrafa baxan bir adamdı sadəcə o.Amma o qorxu belə gözlərinin dərinliyinə xüsusi bir ifadə ilə işləmişdi.O qorxu belə gözəl görünürdü.Məsum idi.Uşaq olmasa da uşaq kimi məsum baxışları ilə çəkdirmişdi bu şəkli.Hal-hazırda baxıram.Doymuram.Gecənin üçüdü artıq.Yata da bilmirəm.Yatmaq günah olardı.Onun gözlərini təsvir etmədən yatmaq günah olardı.Başqa bir şəklinə baxıram.Burda daha çox sual dolu nəzərlərlə baxıb.Diyəsən qarşısında kimsə var.Və onun başını qarışdıracaq nəsə edir.Amma bu sual dolu baxışların da mənasl var.Anlamadığım bir məna.Görə bilmədiyim bir qavram.Duya bilmədiyim bir istək.Çevirirəm bir-bir şəkillərini.Ah,bu şəkli də çox gözəldi.Ayaq üstə durub.Əli cibində.Diyəsən dənizə baxır.Dərin baxır.Sanki onun dərinliklərini görəbiləcək qədər dərin baxır.Sanki orda itirdiyini tapacaqmış kimi baxır.O elə hey baxır...Amma tapa bilməyəcək.Bilirəm.O elə də güclü deyil...O sadəcə istədiyini edə bilməyən qorxaq insanlardandı...Amma onun gözləri çox gözəldi...