Apar
Elnur Osmanov tərəfindən "Şeir" bolməsinə 09:27 19 dekabr 2015 tarixində əlavə olunmuşdur

Tut əlimi, apar məni səmalara
Vermə sual, niyə, nə vaxt , dəqiq hara?
Seçim etmə, bu əllərim ağ ya qara
Övladınam, bəs etməzmi bunca yara?

Bax artıq qul deyiləm hisslərimə,
Yox artıq döyməyəcəm dizlərimə,
Qoy olsun apar məni lap dərinə,
Dönüb baxmaram artıq izlərimə,

İtirməsən qazanmarsan, bildim bunu,
Öyrət mənə, axı nədir bunun sonu,
Yaşamaqsa arzularla onda onu,
İstəmirəm, geyinmirəm oyun donu

On ikidən doqquza qədər
Dörd hissədə qurtarsın kədər
Öyrət mənə keçməsin hədər
Ayırdığın vaxt? Yoxsa çəpər?


... dəfə oxunub
Qiymət verilməyib...
[qiymət ver ]
Şərh yaz
9+18=
Hesaba giriş
Müəllif

Elnur Osmanov
Haqqında
Hər kəs ona verilən qədər yox, daxilindəki qədər azaddır
Əlaqə
Tel.:
+994558390527
E-mail:
doktorelnur@mail.ru
Sosial şəbəkə:
Facebook
YouTube-da izlə
Facebook
0.0276 saniye