Art terapiya nədir?
Aysel Abdullazadə tərəfindən "Digər yazılar" bolməsinə 14:39 05 dekabr 2015 tarixində əlavə olunmuşdur

Art terapiya nədir?

Art terapiya və ya təsviri sənət terapiyası musiqi, rəsm, hərəkət-rəqs, ədəbiyyat kimi sənət növləriylə həyata keçirilən terapiya növüdür. Art terapiyanın əsas məqsədi fərdin özünü rahat və azad şəkildə ifadə etməsini, içində həbs olunmuş duyğularını üzə çıxarmasını, yaradıcılığını daha da artırıb, estetik yönlərinin ortaya çıxarmasını təmin etməkdir.

Diqqətlə baxıldığında təsviri sənət ilə psixoterapiya arasında bir bənzərlik vardır, əslində. Hər ikisi də daxilə atılmış hisslərin, yaşantıların və ya gerçək dünyadakı xəyal qırıqlıqlarının, qorxuların, insanlararası münasibətlərin kəşf edilərək ortaya çıxarılması və yenidən şəkilləndirilməsi prosesidir.

Art terapiya sözün bitdiyi, yetərsiz qaldığı yerdə başlayır, insanları fərqli yöndən dəyişdirir, öz imkanlarının fərqinə vardırıb,sağaldır. Rəsm, heykəltəraşlıq, musiqi, teatr və hekayələr yoluyla həyata keçirilən bu terapiya novü sizə özünüzə və ətrafınıza fərqli gözlərlə baxmaq və anlamaqda köməkçi ola bilər.

Terapiya zamanı çox zaman insanların problemləri birbaşa müzakirə obyektinə çevrilir, hansı ki, belə hallarda fərd ( xüsusən yeniyetmə və uşaqlar) sıxılır, danışmaqdan imtina edir, psixoloqu yanıltmağa çalışır və dolayısıyla da problemi müzakirə etməkdən, daxili dünyasını açmaqdan qaçmağa çalışır. Amma art terapiyada problemə birbaşa deyil, dolayı yolla toxunulur. Fərd probleminin istədiyi qədərini ortaya qoyur. Paylaşmaq istəmədiyini özünə saxlayır. Onun daxili dünyasına təsviri sənət vasitəsilə daha yumşaq, daha estetik yanaşılır.


... dəfə oxunub
Qiymət verilməyib...
[qiymət ver ]
Şərh yaz
1+32=
Hesaba giriş
Müəllif

Aysel Abdullazadə
Haqqında
Filoloq-Yazar -Ssenarist. Müəllifi olduğu ssenariyə "Qara Ləkə" adlı film çəkilişi davam edir. Azərbaycan və Türkiyə mətbu orqanlarında mütəmadi çap olunur, @maviidergi ilə əməkdaşlıq edir. Bir kitab yazarıdır, ikinci kitabı Türkiyədə çapa hazırlanır. Türkiyədə yaşayır, ailəlidir, bir qız övladı var. ayselabdullazade.blogspot.com blog yazarı
Əlaqə
E-mail:
abdullazade.90@mail.ru
Sosial şəbəkə:
Facebook
YouTube-da izlə
Facebook
0.0356 saniye