Azərbaycan ziyalısının yetişməsində, düşüncənin formalaşması, milli intlegensiyanın formalaşmasının arxa fonunda dayanan adam Hacı Zeynalabdin Tağıyev. Gah xeyriyyəçi, gay da neft maqnatı kimi hallandırılır adı, amma, nədənsə milli düşüncənin oyanışında əməkçi kimi tanınmır. Yəqin ki, fikir adamı olmamağından gəlir. Hacı, fikir adamı deyildi.
Sadə başmaqçı ailəsində dünyaya gəlib, gənclik illərində fəhlə kimi çalışmışdı. Varlanması təsadüf, təhsili yox. Fikir adamı kimi tanınmadı. XX əsr Azərbaycan tarixinin ziyalı əsri oldu. Əhməd bəy Ağayev, Əli bəy Hüseynzadə, Məmməd Əmin Rəsulzadə, Cəlil Məmmədquluzadə və.s ziyalılar qurdular Azərbaycan Xalq Cümhuriyyətini. Xalqa səsləniş, milli oyanışı yaratmağın çətinliyini bir tərəfdən azğın xarici müstəmləkəçilik siyasəti bir tərəfdən. Hacı Zeynalabdin Tağıyevin edə biləcəyi bircə şey var idi ki, onu da etdi. Azərbaycandan istedadlı gəncləri xaricdə təhsil almağa göndərdi, burda təhil alanlara şərait yaratdı. Maddi imkanını çap olunan jurnallara sərf etdi. Milli, ictiami və sisyasi şüurda önəmli yer tutan “Füyuzat” jurnalı və digər jurnallar onun hesabına nəşr olunurdu. Yığıncaqlar Hacının evində keçirilirdi. Mülkünü Azərbaycançılıq uğrunda fəda edirdi Zeynalabdin Tağıyev. Bilirdi ki, firki olmayan uğur qazana bilməz, gələcəyi olmaz. Fikir isə milli olmalı idi. Milli fikir isə formalaşmalı. Onlar da Hacının ətrafındakı adamlar Cümhuriyyət savaşçıları.
Hacı Zeynalabdin Tağıyev bu gün heç kimin etmədiyini edirdi. O milli fikrin yaranmasına xidmət edirdi.
Cənubi Azərbaycandakı 1905-1911-ci illər milli azadlıq hərəkatına böyük qatqısı olmuşdur. Bu hərəkat Hacının onalara göndərdiyi silah və qida səbəbindən ayaqda dururdu.
Əhməd bəy Ağayev tərəfindən Azərbaycan dilinə çevrilmiş 1864-cü il “Əsasnaməsi”, şeyxülislam Əbdüssəlam Axundzadənin “Tarixi-müqəddəs”, Sultanməcid Qənizadənin kitabları, “Əşari-Seyid Əzim Şirvani” kitabı, Nəriman Nərimanovun “Nadir şah” dramı nəşr etdirir. “Kaspi” qəzeti alınır və yayıma başlanışılır, “Həyat” və “Füyuzat” juranlları onun hesabına işıq üzü görür. İsmayıl bəy Qaspralının “Tərcüman” qəzetinə Qafqazdan abunələr təşkil etmiş, abunəçilərin pulunu özü ödəmişdir. Əlimərdan bəy Topçubayşov, Nəsif bəy Yusifbəyli kimi Cumhuriyyət qurucuları onun pulları hesabına təhsil almışdır. “Müsavat” partiyası o vaxt əsas siyasi mərkəzlərdən biri idi. Gizli fəaliyyətdə göstərən“Müsavat” partiyasına və “Difai” təkilatına da maddi yardım göstərir. Cumuriyyətin qurulmasında onun da payı olmuşdur bax bu formada.
Müstəqilliyin yaramasında böyük pay sahibi olan Hacı Zeynalabdin Tağıyev bundan sonarda Cümhuriyyət üçün əlindən gələni əsirgəmir. Hacı Hökümətinin başçısı N.Yusifbəyliyə məkrub göndərir və hökümətin maliyyə vəiqtisadi siyasəti ilə bağlı mülahizələrini bildirmiş, tövsiyyələr verir. Milli pulun dəyərdən düşməsi səbəbləri, ixracata qoyulan qadağaların ölkə iqtisadiyyatına vurduğu zərər, Azərbaycan valyutasını gücləndirmək tədbirləri, yerli sənaye sahəsində hökümət orqanlarınn yeritdiyi siyasətin tənqid edir. “Mənim sizə müraciətim tacir və sənayeçinin şəxsi marağından deyil, səmimi vətənpərvərlik hissindən və dövlətin əsl siyasi müstəqilliyinin yalnız onun mayiyyə və iqtisadi müstəqilliyi əsasında mümkünlüyünə dərin inamımdan irəli gəlir ki, bunsuz siyasi mənada azad vətəndaşlar özlərinin sənaye və ticarət baxımından daha güclü qonşularının quluna çevrilirlər.”
1922-ci ilə növbəti dəfə hökümət başçısına N.Nərimanova məktub yazarak şikayətini bildir.
“Qocalığıma və böyük tarixi hadisələr səbəbindən Əşir Bəşiroğlu 36 müvəqqəti olaraq, indiyədək ölkəmizin iqtisadi həyatında nişanələrini saxlamış əmək fəaliyyətimdən uzaq düşməyimə başmayaraq, artıq fəaliyyətsiz qala bilmərəm, xüsusən hökümətin səsi və xalqın maraqları iqtisadi siyasətin yeni yoluna qədəm qoyaraq, bütün canlı qüvvələri xalq təssərrüfatınn və sənayenin bərpasına səslədiyi bir vatda”.
Hacı Zeynalabdin Qızlar Məktəbini təkcə açmamışdır. Qızların burada təhsili üçün əlindən gələni etmişdir. Islam dini xalq arasında dominant olaraq qaldığından, ruhanilərin hələ də söz sahibləri olduğundan Hacı əvvəlcə ruhaniləri razı salır. Daha sonra burada təhsil alamq istəyən qızların ailələrini razı salmağa başlayır. Əlbətdə ki, asan olmur. Narazı ruhanilər razılığa gəlmiş ruhailərləri sıxışdırmağa başlayır. Qazı Mir Məhəmməd Kərimin qapılarına ağ neft töküb evi yandırmaqla təhdid edir, axund Mirzə Abuturabın qapısına nəciz yaxırlar. Tağıyevin özünü dindən çıxmaqda günahlandırıb, hədə-qorxu gəlirlər. Ancaq, uzun vargəldən sonra Hacı Qızlar Məktəbini açmağa və qızların orada təhil almalarına nail olur. Yığncaqlardan birində isə o belə deyir : “Bu qız məktəbini gələcəkdə gimnaziyaya çevirməliyik, bu mənim arzum və amalımdır.”
Bu çür yanaşma təhsilsiz böyüyən Hacı`nın təhsilə olan sevgisindən gəlir. Milli oyanışın arxa fonundakı adamdır Tağıyev. Ola bilsin dərin elmi bilgiyi yox idi, amma, sahib olduğu yeganə şeylə-pulu ilə milli mücadilənin ayaqda durmasına, savaşmasına böyük xidmətləri oldu…
Tarixçi deyiləm. Fərqli bir mövzuda oxuduğum bir kitabda Hacı`nın oğlunun qısa həyatını oxumaq qismət oldu. Melanxolik həyat tərzi yaşayan oğlu çox gənc yaşında intihar etmişdi. İntihar məni Tağıyevə apardı. Axtardım, axtardım və əlimə keçən bilginin nə qədər az olduğunu anladım. Utandım açığı. Özümdən, yalnızca özümdən. XIX əsrin sonları XX əsrin əvvəllərini Azərbaycanda ictimai-siyasi həyatı və fəlsəfəni araşdıranda gözüm Hacı`ya ilişməyib. Ortama fəlsəfə bəxş etməsə də, düşüncə yaymasa da yayılmasına bu qədər yardım edən biri mənim üçün işıq saçanlardandır. Axtarmağa davam edirəm. Şəxsi kitabxanamda əlimən gələni edəcəm ki, Hacı haqqında qaynaq əsərlər toplansın. Nə tapsam…