Qoşqar Abbas
Dairəyə dair…
Bölmə:Esse Tarix:22:32 13 avqust 2016
Balaca bir uşaq. Əlində daş parçasından qopub ayırlmış mel. Öz ətrafına dairə çəkir. Çəkir və bir də üzərindən davam edir. Dayanmır. Çəkməyə davam. İlk müqəddəsini tapmışdı insan. ardı...
Qoşqar Abbas
Rəngimizi qoruyaq… Əvvəllər adət idi, başqa ölkəyə səfərə çıxmamışdan qabaq o ölkənin dilini öyrənməyə çalışırdın. Çalışırdın ki, insanlarla rahat ünsiyyət qura biləsən, azdan-çoxdan da onraların kültürü ilə tanış ola ardı...
Qoşqar Abbas
Orucunu reklam edənlər… Bir neçə gün öncə feysbukda  “Bunlar niyə oruc tutduqlarını reklam edirlərki” adlı bir satatus gördüm. Sahibi çoxlarımızın tanıdığımız yazarlardan biri idi. Yox, bu dəfə Aqşın Yenisey və ya başqa bizim ateist gözündə gördüyümüz bəzi dindarlardan daha çox Allaha sahib çıxanlardan deyildi. Dindar, imanlı bir orta yaşını keçmiş, ahıl yazıçı. ardı...
Qoşqar Abbas
SON.. Hər gün bir sonla qarşılaşırsan. Açlan bir səhər bir sondur. Sevginin sonu, dostluğun sonu yada ki, kiminsə sonu. Sonlar sənin sonunu gətirir. Gecə yuxuya dalanda səhər oyanacağına şübhə edirsən. Günəşin doğmasını, parlaq şüalarının üzünə vurmasını, sənə yaxın olanları, sevdiyini, ailəni görməyəcəksən sanki. Sarılmaq istəyirsən onlara. Amma artıq gecdi. Yuxudasan. Səhər açılır. Özünü Ərafda hiss edirsən. Və bir neçə dəqiqə sonra… Günəşin süaları oyadır səni. Qapı döyülür. Sevdiyin “dur”-deyir,”qalx” -deyir. Onu görürsən. Hələ də sağsan yaşayırsan. Sevinirsən. Qəribə düşüncələr gəlir yenə beyninə. Qurd eşələnir  sanki.  ”Bəs o?. O olmasa. Bir gün səhər onu görməsəm. Sonum bu sondan yaxşı deyilmi?”. ardı...
növbəti səhifə
Hesaba giriş
Müəllif

Qoşqar Abbas
Haqqında
Abbasov Qoşqar Qara oğlu 22.02.1993  tarixində Qazax rayonunda anadan olub. 2011-ci ildə Bakı Dövlət Universiteti Sosial Elmlər və Psixologiya fakültəsinə qəbul olub. Hazırda fakültənin fəlsəfə ixtisasında III kurs tələbəsi olaraq təhsilini davam etdirir. İctimai aktivliyə 2011-ci ildən başlayıb. “İrəli” İctimai Birliyində “Fəlsəfə Akademiyası”  , “Miras” Mədəni İrsin Öryənilməsinə Kömək İctimai Birliyində “Mənim Yeni Blogum” , “Yeni Gənclik” Tələbə Birliyində” Fəlsəfə Məktəbi”, ”İşıq”  Gənclər Hərəkatında “Azərbaycanda…” layihələrinin koordinator-rəhbəri olub. Onlarla yerli və beynəlxalq layihələrin iştirakçısı olub. Fəlsəfə və blog hüquqları, layihə hazırlanması və idarəedilməsi üzrə təlimlər aparıb, mediada müxtəlif araşdırma və  köşə yazıları yayımlanıb. Daha sonra media sahəsində çalışmağa başlayıb. ”Miras” Mədəni İrsin Öryənilməsinə Kömək İctimai Birliyində media koordinator və İT qrup rəhbəri , “Yeni Gənclik” Tələbə Birliyin də layihələr üzrə katib, ”İşıq”  Gənclər Hərəkatında mətbuat xidmətinin katibi olaraq çalışıb. NewsTime.az Xəbər Portalının təsisçisi və baş redaktoru, Thenews.az Təhsil Portalının təsisçisidir.Web ( Blog ) : http://goshgarabbas.wordpress.com
Əlaqə
Tel.:
+994555733735
E-mail:
qosqarabbaskiv@gmail.com
Sosial şəbəkə:
Facebook
Twitter
YouTube-da izlə
Facebook
0.0462 saniye