Rəngimizi qoruyaq…
Qoşqar Abbas tərəfindən "Digər yazılar" bolməsinə 17:00 21 dekabr 2014 tarixində əlavə olunmuşdur

Əvvəllər adət idi, başqa ölkəyə səfərə çıxmamışdan qabaq o ölkənin dilini öyrənməyə çalışırdın. Çalışırdın ki,  insanlarla rahat ünsiyyət qura biləsən, azdan-çoxdan da onraların kültürü ilə tanış ola biləsən, məişətini biləsən. Və bununla da insanlar başqa dövlətlərin dilini, mədəniyyətini, məişətini öyrənir. Onları dəyişdirmək istəmirdilər, öz xatirələrində dönə-dönə fərlilikdən yazırdılar. Səfər etmiş məmləkətlərdən təbiət portreləri çəkər, yazılarından yazardılar. Rəngararəng kültür davam etməkdə idi. Hər etnosun öz dili, kültürü, yaşantısı insanların xarakterlərinin rəngliliyi kimi idi.

Bu gün isə insanların xarakterləri, yaşantıları eyniləşdiyi kimi dilləri, mədəniyyətləri də eyniləşir. “Homo robotos” yaratmışıq. Robot yaradaq deyərkən özümüz robot olmuşuq. Daha əski zamanlardakı kimi fərqliliyi sezmək olmur insanlarda. Elə mədəniyyətlərdə də. İş o yerə qalıb ki, ədəbiyyatlarda oxumalı, dərin köks ötürə-ötürə qalmalıyıq. Görəsən zaman keçdikcə necə olacaq. Allah bilir…

Az qala ölkəmizdə bütün obyekt adları ingiliscə, rusca, italyanca, ispanca və əski dövr insanımın dediyi kimi “firəngcə”dir. Bu nə ki Dövlət idarələrinin adları binalarının önündə birinci ingiliscə sonra ana dilimdə yazılır. Əski zamanalarda başqa məmləkətlərin dilini öyrənirdilər ki, oralara gedəndə asan olsun. Daha çox başqa məmləkətlərin ədəbiyyatlarını oxumaq üçün öyrənirdilər. Bu gün isə ən azı ingilis və rus dilini bilməlisəən ki necə deyərlər “işə girə biləsən”. Hələ harası əlavə dillər də tələb edirlər. Yəni bu dillər yoxdursa sən heç kimsən. Dəxli yoxdur, san “kəndi” öz dilində mükəmməl danışa bilirsənmi, dilinin tarixini bilirsənmi, sistemini bilirsənmi…

Biz özümü çox alçatmışıq arxadaşlar. Vallahi alçatmışıq. Elin ingilisi gəlib ölkəmizdə bizimlə ingiliscə danışır və bizdən nəsə soruşanda biz onunla qırıq-qırıq danışanda utanıb, qızarırıq. Nə var , nə var onun kimi danışa bilmirik. Hətta bizə baxıb: “siz hələ də beynəlxalq dili bilmirsiniz?…” deyirlər. Qalxıb deyən yoxdur ki: “siz kəndi məmləkətinizdə olanda bizdən belə bir şey tələb edərsiniz. Və bir də beynəlxalq anlayışı nə mənə olan şeydi. Yəni, bu beynəlxalq olan dil  ingilcsəx və ya ruscaxdı?. Bu beynəlxalq olan xlax ancax bunnardı. Bə bix xalz döyülüyyy. Yəni, yəni türk aşağı xalxdı beynəlxax ola bilmir?…”

Başqa başqa məmləkətlərdən adlar qoyuruq övladlarımız, gələcək kültür davamçılarımıza. Son zamanlarda “Con” adlı bir ad eşitdim. Və də eşitdiyimə görə “avropai” adlar qoymaq adət alır. Vallahi onlar da “Con” adından beziblər. Hara baxırlar “Con”,,, “Con”,,, “Con”,,, “Con”,,,. Deyəndə “Hey Con”, “Oooo Con”, Nou Con”. Bizim kültürümüzdə axı belə deyil… Türk öz övladına Uzaq Şərdən Yu Yey adı verəndə, Uzaq Şərqdə yapon qardaş öz övladına Teymur adı verəndə alınmır. “Con”u eşidəndə ingilis, “Teymur”u eşidəndə türk, “Yu Yey”i eşidəndə Yapon olduğu bilinməli….

Hər nə qədər Avropa qiyafəsi geyinsək də öz libaslarımıza da sahib çıxmalıyıq. Unutmamalıyıq. Bu gün Hind kültürü saxlaya bilib, Çin, yaponiya, Koreya və başqaları kültürünü saxlaya bilib. Onlar da “avorpai libas” geyirlər, amma, keçmişləri ilə də sintezləşdiriblər.  Bizdə isə heç kültür evlərində də əski libaslarımız çətin ki tapılsın.  Ama, uzaq şərqdə belə deyil. Demək olar ki, hər evdə öz qədimi geyimi var, əski kültüründən  bir iz var. Bizim kültür evlərimiz isə “acıxanda” tarixi satıb qarnına qulluq edir, sonra saxtasını yerinə qoyur. Avropa da ailələrdə belə adət çətin tapasan, olsa olsa renessans dönəmindən nəsə. Uzağı çətin. Həm bu onların adəti deyil. Biz ki belə deyildik. Bu nəyin kafası arxadaşlar. Bizlərdə kafalar belə deyildi.

Hərdən vaxt tapanda səyahət xatirələri oxuyuram. Adamın ruhunu dincələdir. Təbiətin hər bölgəsinə verdiyi gözllik xalqların yaşantısına təsir edib. Müxtəliflik hiss olunur və insan beyninə nəsə əlavə, təzə kültürlər qatılır.

Bu günsə belə deyil.

Hər kəs eyni dildə danışır, eyni dildə yazır, eyni geyim geyinir, eyni tipli məişət həyatı qurur özünə, eyni…eyni… Bir az fərqlilik qalsa da onu da eyniləşdirəcəklər. Fərqli olsan səni məcbur edəcəklər ki, onlar kimi olasan. Əks halda sənin izini siləcəklər tarix qatından..

Ən tük ürpədici bizim kültürümüzə də  “multi kultura” adı ilə səslənmələridir. Əfsuslar bizim özümüz özümüzü onların deyimi ilə özümüzü multi kultura cərigəsinə aid edirik.

Kültürümüzü unutmuşuq arxadaşlar. Milliətimizi, tariximizi, kimliyimizi, dilimiz, inac yerimizi, yaşantımızı unutmuşuq… Unutmaq, nə kəlimə kültürümüzü yaralayırıq. Məhv edirk. Tarixin qatlarında öz yerini ən ön səflərdə tutan kültürümüzü multi kultura kimi təqdim edəndə və başqa məmləkətdən  biri belə deyərkən ağızından çıxan hər axmaqlığı alqışlayarkən milliyimizi, kəndimizi bıçaqlayırıq. Deyə bilmiri ki, “my friend, nə vaxtan sizin kültür böyük kütür oldu da bizim kültür balaca kültür oldu…”

Bir millət millətini tanımalı, kültürünü tanımalı, inanc yerini tanımalı və onu qorumalıdır. Bizi biz yapan bunlardır, arxadaşlar.

Təbiətdə müxtəlif fəsillər var. Hər fəsil fərqli olar. Fərqli aylarda fərqli təbiət gözəllikləri olar. Əlizi torpağa toxundundurun. Torpaqların qoxusu, dadı, rəngi fərqlidir.  İnsanlarda fərqli inaclar olub və hələ yaşamaqdadır. Fərqli geyimlər olub. Hər insan fərqli danışıq tərzinə sahib olub. Hər insanın fərqli barmaq izləri var. İki insanda eyni barmaq izi tapmaq olmaz, arxadaşlar. Yaradılış belədir. Rəngarənglik….

Rəssam çəkdiyi tabloda müxtəlif rənglərdən istifadə edir. Hər rəngin öz anlamı, öz gözəlliyi var. Hər rəngin öz vəzifəsi var. Rənglər birlikdə tabloda çox gözəl görüntü yaradır. Həmin rənglərin üzərindən bir rənglə rəsmi yenidən işləyin. Sonda iki rəsmi yan-yana qoyun və  fərqi görəcəksiniz.

Və ya ətrafınıza iyicə baxın sonra gözlərinizi yumun. Gözlərinizi açdığınız zaman hər şeyi eyni rəngdə düşünün. Olmur deyilmi… Hər rəngin öz gözəlliyi deyilmi… Demək istədiyim də bax, budur.

Rəngimizi qoruyaq…


... dəfə oxunub
Qiymət verilməyib...
[qiymət ver ]
Şərh yaz
3+28=
Hesaba giriş
Müəllif

Qoşqar Abbas
Haqqında
Abbasov Qoşqar Qara oğlu 22.02.1993  tarixində Qazax rayonunda anadan olub. 2011-ci ildə Bakı Dövlət Universiteti Sosial Elmlər və Psixologiya fakültəsinə qəbul olub. Hazırda fakültənin fəlsəfə ixtisasında III kurs tələbəsi olaraq təhsilini davam etdirir. İctimai aktivliyə 2011-ci ildən başlayıb. “İrəli” İctimai Birliyində “Fəlsəfə Akademiyası”  , “Miras” Mədəni İrsin Öryənilməsinə Kömək İctimai Birliyində “Mənim Yeni Blogum” , “Yeni Gənclik” Tələbə Birliyində” Fəlsəfə Məktəbi”, ”İşıq”  Gənclər Hərəkatında “Azərbaycanda…” layihələrinin koordinator-rəhbəri olub. Onlarla yerli və beynəlxalq layihələrin iştirakçısı olub. Fəlsəfə və blog hüquqları, layihə hazırlanması və idarəedilməsi üzrə təlimlər aparıb, mediada müxtəlif araşdırma və  köşə yazıları yayımlanıb. Daha sonra media sahəsində çalışmağa başlayıb. ”Miras” Mədəni İrsin Öryənilməsinə Kömək İctimai Birliyində media koordinator və İT qrup rəhbəri , “Yeni Gənclik” Tələbə Birliyin də layihələr üzrə katib, ”İşıq”  Gənclər Hərəkatında mətbuat xidmətinin katibi olaraq çalışıb. NewsTime.az Xəbər Portalının təsisçisi və baş redaktoru, Thenews.az Təhsil Portalının təsisçisidir.Web ( Blog ) : http://goshgarabbas.wordpress.com
Əlaqə
Tel.:
+994555733735
E-mail:
qosqarabbaskiv@gmail.com
Sosial şəbəkə:
Facebook
Twitter
YouTube-da izlə
Facebook
0.0564 saniye