Ayın qaranlıq üzü. Yaponiya və İkinci Dünya Müharibəsi
Nigar Şahsuvarova tərəfindən "Maraqlı məlumatlar" bolməsinə 13:50 19 noyabr 2015 tarixində əlavə olunmuşdur

Hiroşima və Naqasakiyə atılan atom bombalarından sonra Yaponiya hər zaman 2-ci Dünya Müharibəsinin məzlum ölkələrindən biri olaraq görülmüşdür. Faktlar isə təbii olaraq bundan olduqca fərqlidir. İndi sizlərə 2-ci Dünya Müharibəsi əsnasında Militarist Yaponiya Ordusunun işlətdiyi insanlıq cinayətlərindən biri olan və zaman-zaman Yaponiyanın da gündəmində yer alan, sistematik təcavüzü və cinsi köləliyinin qurum halına gəlməsini izah edəcəyəm.

Hərbi tarixə təcavüzlər və hətta insanların cinsi kölələri halına gətirilməsi xarici anlayışlar deyildirlər, ancaq bu iki anlayışın bir dövlət siyasəti halına gəlməsi və dövlət tərəfindən qurum halına gəlməsi 2-ci Dünya Müharibəsindən əvvəl reallaşmamışdır. 2-ci Dünya Müharibəsi əvvəlində isə Böyük İskəndərin də aralarında olduğu bir çox komandir tərəfindən əsgərləri "rahatlaşdırmaq" və "döyüşmə arzularını yeniləmək" məqsədiylə bu tərz kölələrin istifadə halları görülməkdədir. 2-ci Dünya Müharibəsi əsnasında isə bu insanlıq xarici cinayət Militarist Yaponiya Ordusu tərəfindən rəsmi və sistematik olaraq tətbiq olunmağa başlanmışdır.

Hər nə qədər bu sistemin işləyişinin zirvə nöqtəsi 2-ci Dünya Müharibəsi olsa da, başlanğıcı Yaponiyanın Sibirin işğal etməsi ilə başlanılır. 1918-ci ildə Sibirin işğalı əsnasında əsgərlərin həftə sonlarında "rahatlamaları" məqsədi ilə fahişəxanalar qurulmuşdur, ancaq bu fahişəxanalar çalışan qadınlar 2-ci Dünya Müharibə əsnasında “qurum”ların əksinə kölələşdirilmiş deyildilər. Bu yazıda bəhs edilən mənası ilə qurulan ilk cinsi kölə düşərgəsi isə 1932-ci ildə Şanxayda qurulmuşdur.

Yapon Ordusunun sistematik mənada təcavüz etdiyi və sonra kölələşdirdiyi qadınların sayı təxminən 200.000-dir. Müharibə sonrasında isə bu qadınların yalnız 30% -i həyatda qalmağı bacarmışdılar. Bu kölələşdirilən qadınların yaş həddinin 14-20 arasında olduğu təxmin edilməkdədir. Filippində doğan və kölələşdirilən qadınlardan biri olan MR Henson'un ifadəsinə görə Yapon əsgərlər tərəfindən istifadə edilərkən özü 14 yaşında idi.

Bu qadınların böyük əksəriyyəti Koreyalıdır, ancaq içlərində başqa Uzaq Şərq ölkələrindən və hətta Avropalı qadınlar da var. Avropalı və yapon qadınlar üst mövqelərdə olan əsgərlər üçün, digər qadınlar isə adi əsgərlər üçün ayrılmışdır. Avropalı və yapon qadınlardan bir alt pillədə koreyalı qadınlar iştirak edirdilər, ən alt pillədə və ən arzuolunmaz qadınlar kateqoriyasında isə digər Uzaq Şərq ölkələrinə mənsub qadınlar iştirak etməkdədir.

Düşərgələrə yerləşdirilən qadınların hamısının döyüşdə əsir düşən qadınlar olaraq düşünülməməsi lazımdır. Bu qadınların əksəriyyəti Yaponiyanın daha əvvəldən işğal etdiyi ölkələrdə çöl seqmentdə yaşayan ailələrin uşaqlarından ibarətdir. Bəzi radikal hadisələrdə isə ailələrin daha az mübarizə etməsini təmin etmək məqsədi ilə alınacaq qıza əsgərlər tərəfindən ailələrinin qarşısında təcavüz edilmişdir. Beləcə qızlarının artıq bakirə olmadığını görən ailələrin mübarizə həvəsləri qırılmışdır. Bəzi hallarda isə iş vədi ilə Yaponiyaya gətirilən qadınlar saxlanılaraq kölələşdirilmişdir. Kimiko Kaneda'nın izah etdiklərinə görə, özü atasının həbs olunmasının ardınca çalışmaq məqsədiylə Yaponiyaya gəlmiş və sonra 16 yaşında ordu tərəfindən saxlanılaraq kölələşdirilmişdir.

Düşərgələrdəki şərtləri qorxunc olaraq belə təsvir etmək mümkün deyil. Yenə seks köləsi halına gətirilmiş qadınların ifadələrinə görə günün hər saatında təcavüzə uğramışdılar. Müqavimət göstərməyə çalışanlara onlara təcavüz etməyə çalışan əsgərlər tərəfindən şiddət tətbiq isə kimsə üçün çaşdırıcı olduğunu zənn etmirəm. Bu düşərgələrdə iştirak edən qadınların bir qismi bir çox dəfə toplu təcavüzə uğramış və bu təcavüzlər təbii olaraq olduqca çoxlu sayda sağlamlıq probleminə gətirib çıxarmışdır. Əvvəlcə bu düşərgələrdə iştirak edən qadınların bir çoxunun cinsi orqanları yaşları etibarilə inkişaf etməmiş halda olduğundan ötrü bu təcavüzlər qadınların cinsi orqanlarında yaralanmalara və müxtəlif infeksiyalara səbəb olmuşdu. Digər problem isə yayılan cinsi xəstəliklərdir. Qadınların, demək olar ki, hamısı həkimlər tərəfindən nizamlı idarəyə tabe tutulurdular, ancaq bu tədbirlərin kafi olmadığı düşərgələrdə yayılan cinsi xəstəliklər nəticəsində ortaya çıxdı.

Son olaraq, Yaponiyaya qarşı açılan davalardan və bu iddiaların nəticələrindən bəhs etmək istəyirəm. Bu iddiaların başlanğıcı 1960-1970-cı illər arasında yer almağa başlanmışdı və dövrün hökuməti bu iddiaları sərt bir dillə təkzib etmişdi. Buna baxmayaraq, bir çox fərqli növdə iddialar açılmağa davam etmişdir. Bu açılan iddiaların və iddialar xaricində də müxtəlif platformalarda həyata keçirilən mübarizələrin müsbət nəticələri isə ancaq indiki vaxtda alına bilmişdir. Beynəlxalq Əfv və Koreyanın də təzyiqləri Yaponiya hökuməti və qeyri-hökumət təşkilatları vasitəsilə kölələşdirilən qadınlara təzminat ödəməyi qəbul etmişdir, ancaq buna baxmayaraq Yaponiya bu mövzuda rəsmi bir üzr və ya hüquqi məsuliyyət almağı rədd etməkdədir. Hal-hazırda isə radikal sağ fikirdə olan Yaponiya vətəndaşlarının xaricində bu insanlıq xarici cinayət və Yaponiyanın bu hadisədəki məsuliyyəti bütün dairələrdə qəbul edilməkdədir.


... dəfə oxunub
Qiymət verilməyib...
[qiymət ver ]
Şərh yaz
9+13=
Hesaba giriş
Müəllif

Nigar Şahsuvarova
Haqqında
Yazar, kitabsevər, kinoman.
Əlaqə
E-mail:
nigarshah92@mail.ru
Sosial şəbəkə:
Facebook
Ordenlər
Cəlil Məmmədquluzadə Ordeni
YouTube-da izlə
Facebook
0.0475 saniye