Azadlıq Arzuları
Khayyam Muhammad tərəfindən "Şeir" bolməsinə 03:07 15 aprel 2014 tarixində əlavə olunmuşdur

İki kütlә min azadlıq arzusu
Qorxaq baxışlar arasında,
Cәsarәt sevgilәri yaşadarıq biz.
İnsanları sızladar vicdanları,
Birdә Bakının lәnәt külәklәri.
Şairlәr sevgidәn yazar biz dә,
Azadlıq arzuları

Sonsuz yatan xalqin,
Yorğun inqilabçısıyam mәn.
Qeyrәtini qara qәpiklәrlә boyadan,
Varlıqla boşluq sәrhәdlәrini aşan,
Mürtәci bir ruhun sahibiyәm mәn.
Yollarım elә sәnsiz meydanlara qaçarkәn,
Parçaları Boyayıb qayalardan uçurdarıq.
Hәr musiqi sәni öyrәdәrkәn bu cismә,
Şeirlәr ancaq sevgilәrdәn, qadınlardan yazılar
biz dә isә,
Azadlıq arzuları.

Bütün Fәsillәri bir qutuya yığıb,
Bu şәhәrdәn qaçmaq,
Yozumsuz yuxuları danışaram şamanlara
Hamısı bir sәni,bir azadlığı günahlandırar.
Otaqların künclәrinә xoşbәxtlik,
bir iki intihar mәktubları basdırmışam.
Gecәlәri boş sabahlara yoxluqlara açmaq.
Buraxıb getmәklәr sorğusuz müstәmkilikdәn daha dәrin yaralar.
Hәr gün bu lәnәt sәnsizlikdәn,soyuqluqdan yazmaq.
Nә sәn varsan,
Nә azadlıq arzuları.


... dəfə oxunub
Qiymət: 8/10(3 səs)
[qiymət ver ]
Şərh yaz
5+10=
Hesaba giriş
Müəllif

Khayyam Muhammad
Haqqında
sadəcə  bekar  insanam  hərdən  bekarliq  şeir olur dunyani  firladan
Əlaqə
E-mail:
alone_inworld@mail.ru
Sosial şəbəkə:
Facebook
YouTube-da izlə
Facebook
0.0266 saniye