Azərbaycanın çayları (inşa)
Səbinə Məmmədzadə tərəfindən "İnşa" bolməsinə 09:44 09 oktyabr 2014 tarixində əlavə olunmuşdur

Ta qədim zamanlardan insanlar yaşayış məskənlərini çay kənarlarında salıblar. Çünki çay kənarındakı torpaqlar daha münbit olub. Təsadüfi deyil ki, çaylarla zəngin Azərbaycan da qədim yaşayış məskənlərindən hesab olunur. Quruçay dərəsinin sol yamacında yerləşən Azıx mağarası dünyanın ən qədim insan məskənlərindəndir. Güman edilir ki, Azıx mağarasının sakinləri Füzuli rayonu ərazisindəki Köndələnçayın, yaz vaxtlarında isə Quruçayın suyundan istifadə edirmişlər.

Azərbaycanın çayları haqqında danışarkən, ilk olaraq, Kür və Araza toxunmaq daha doğru olardı. Məhz bu iki çay Azərbaycanın ən böyük çayları hesab olunmaqla yanaşı, həm də torpaqlarımızın suvarılmasında əsas mənbələr rolunu oynayır. Bu çaylar, həmçinin, enerji mənbələridir. Belə ki, Araz və Kür çaylarının üzərində tikilmiş Su Elektrik Stansiyaları Azərbaycanın elektrik enerjisinə olan tələbatını qarşılayır. Xüsusilə, Mingəçevir şəhərində tikilib istifadəyə verilmiş SES-i vurğulamalıyıq.

Kür çayı bundan başqa balıq vətəgələri ilə məşhurdur. Çayın Salyan royunu ərazisindən keçən hissəsində nərə balıqlarının artırılması üçün vətəgələr fəaliyyət göstərir. Araz çayı isə daha çox suvarmada ixtisaslaşdırılıb. Bu çaydan ayrılan Baş Mil, Muğan, Yuxarı Qarabağ kimi suvarma kanalları aran bölgəsinin su ehtiyacını qarşılayır.

Samur çayı isə Abşeron yarımadasını içməli su ilə təmin edir. Bildiyimiz kimi, yarımadada şirin su mənbələrinin sayı çox azdır. Buna görə, Samur çayından Samur-Abşeron kanalının çəkilməsinə ehtiyac duyulub. Bu kanal vasitəsilə gələn su Ceyranbatan su anbarında yığılır. Buradansa Bakı şəhərinə, eləcə də, Sumqayıt və Abşeron yarımadasının digər ərazilərinə ötürülür.

Ümumiyyətlə, bu qədər bol sulu çayları Allahın Azərbaycana bəxş etdiyi bir nemət kimi görməliyik. Dünyanın çox az hissəsində belə əlverişli şirin su mənbələri var. Buna görə, çayları çirklənmədən qorumaq və ondan düzgün istifadə etmək bizim borcumuzdur.


... dəfə oxunub
Qiymət: 10/10(5 səs)
[qiymət ver ]
Şərh yaz
7+33=
Hesaba giriş
Müəllif

Səbinə Məmmədzadə
Haqqında
314 saylı orta məktəbin 9-cu sinif şagirdiyəm. Hərdən nələrsə yazıram. Qardaşımın yazıları mən də bu sahəyə maraq oyadıb. Gələcəkdə kitablarımın nəşr olunmağını arzu edirəm.
Əlaqə
E-mail:
sebine105@box.az
Sosial şəbəkə:
YouTube-da izlə
Facebook
0.0347 saniye