-Bu hissin qarşısında necə cavab verəcəksən bilmirəm.Düşünə bilmirəm sən necə oldu belə bir işə atıldın.Sevgi səninçün bu qədərmi asandır?O sənin beynini yeyib bitirən bir məhfumdur.O sənin ürəyini paramparça edən hiyləgər casusdur. O sadəcə özünü düşünür.O sadəcə özünü sevir.Sən bacara bilməzsən onunla.O daha güclüdü.Bilirsən.Sevgi insanları bir andaca məhv edə bilər.Qıraqdan nə qədər gözəl bir hiss kimi görünsə də ,bir o qədər də təhlükəli hissdir.Ayrılıq bir şeytan,qovuşmaq isə bir mələkdir.Sən şeytanla bacara bilməzsən.Burda olan mələk isə göydəki mələklər qədər güclü deyil.Başa düşürsən nə demək istədiyimi?
-Bəli başa düşürəm.Mənə sevginin nə olduğunu başa salmağa ehtiyac yoxdu.Bu vəziyyətdən necə çıxacağımı deməyiniz kifayətdir.
-Bu vəziyyətdən çıxmaq?Sən nə danışırsan?Həbsxanadan qaçmağa ümidi olan bir məhkumsan sən sadəcə artıq.Bunu o həbsxanaya düşməmişdən qabaq düşünməli idin.Artıq edəcək bir şey yoxdu.
-Çox sağ olun.Məni anladığınız üçün.
-Başa düşmədim.Sən mənimlə zarafat edirsən?
-Yox,heç vaxt.Sadəcə mən sevirəm.Edəcək heç bir şey yoxdu.Bunu siz də etiraf etdiniz.Mən həbsxanadan qaça bilmərəm.Mümkünsüzdü.Sadəcə bir məhbus kimi zaman ehtiyacım var.Xudahafiz.
-Ağılsız.
-Çox sağ olun.
* * *
“Gecə saat 3 idi.Mən hələ də yatmamışdım.Gözlərimi bağlayıb sadəcə sabah üçün qurduğum xəyalları necə gerçəkləşdirəcəyimi düşünürdüm.Sadəcə onu düşünürdüm.Xəyallar deyən zaman anladığınız nə idisə onu bir kənara atın.Mənim xəyalım yalnızca odur.Onun düşüncəsi mənim gecə boyu xəyalım ola bilər.Gözlərimin hər hüceyrəsində,ürəyimin hər məsaməsində,əllərimin hər toxumasında hiss etdiyim bir varlıqdır o mənim üçün.Xanım Lorenin dediklərini diqqətlə dinləmək boynumun borcudu.Amma o mənim hisslərimi anlamır.O məni axmaq,sadəlöv və dəli adlandırır.Nə qədər də kobud qadın olsa mənə qarşı amma dediyi sözlərin düz olduğuna da əminəm.O sadəcə məni düzgün bir yola dəvət edir.Mən isə səhv yolda addımlamağa davam edirəm.Sevgi yolu səhv deyil bilirəm amma sonu olmayan sevgi yolunda addımlamaq daha doğrusu sürünmək Xanım Lorenin dediyi kimi sadəcə axmaqlıqdı.Anam,atam öldükdən sonra Xanım Lorenin dediklərini dinləmək məcburiyyətindəyəm.Çünki bu günə qədər mənə baxan,məni qoruyan tək insan o idi.Hərdən özümə deyirəm : “Henri yetər artııq.Özünə gəl.Bir az da ətrafdakıları dinlə.Bəlkə də Xanım Loren düz deyir.Hər şey belə daha yaxşı olacaq”.Sonra düşünürəm və mənim bundan sonra düzəlməyəcəyimə qərar verirəm.Mən insanları yoruram.Onlar mənə nəsə izah edən zaman tər töküb,enerji itirirlər.Amma bir faydası olmur.Niyə çünki mən normal bir varlıq deyiləm.Aşiq olmuş bir insan necə normal ola bilərki?Gözləri bağlanmış bir insan gələcəkdə ola biləcək acı sürprizləri necə görə bilərki?Maraqlıdı dünyada mənimlə birlikdə neçə dənə belə insan var?Yaxşı ki içimizdə ağıllıları var.Yoxsa dünya əməlli başlı batıb gedər.Xanım Lorendə diyəsən sevgidən əzab çəkib.Sevgini bu dərəcədə alçaltması mənə qəribə gəlir.Düzdü həddindən artıq sevgi ölümə doğru sürükləyə bilər səni amma sevgi o qədər də iyrənc bir hiss deyil.Xanım Loren çox zəhmli qadındı.İndiyənədək ondan sevgiyə niyə bu qədər nifrət etdiyini soruşa bilməmişəm.Amma bir gün soruşacam.Cəsarətimi toplaya bilsəm təbiiki.Görən o da gecələr mənim kimi tənha qaldığı zaman ağlayıbdı?O da mı sevgidən bu qədər əzab çəkibdi?O da gözləri yolda qalaraq ağlayıb?Bu əzab əziyyətlər yəqin ona sevgiyə nifrət etməyi vadar edib.İnamıram ,mən də yəqin belə olacam.Mən də artıq yaşlananda özümdən kiçiklərə sevginin nə qədər çirkablı bir hiss olduğunu başa salacam.Bu ki fəlakətdir.Dəhşətdir.İnanmıram mən bu qədər qəddarlaşım sevgiyə qarşı.Görəsən axı nə olub o qadına?Onun da sevdiyi şəxs yəqin mənim sevdiyim kimi özünü qoyub sevgi adlı dağın başına.Düşmərəm deyib dayanıbmış yəqin.Mənim o qadına sadəcə yazığım gəlir.Mən onu şən,gülərüz,mehriban görmək istəmişəm həmişə.Amma mümkünsüz olub.Qaşlarını çatıb,əllərini yumruq edib bir birnə sıxıb,üzünün qırışlarını daha da çoxaldıb,dişlərini arada-sırada qıcayıb duran bir qadın görmüşəm qarşımda.Bir qadının incəliyini,təravətini,sevgisini,nazını görməmişəm.Sadəcə mən uşaq olarkən mənim başımı sığallayaraq laylay deməsini eşitmişəm.O diyəsən qadınlıq hissini satmışdı sevdiyi adama.Ona görə indi belə qəddarcasına məni tənqid edir. “ –deyə dəftərin son vərəqini oxudu.Gözlərindən yaş damla-damla gəlirdi.Özünü saxlaya bilməyib “Henri” deyərək bağırdı.Hənirtisi ta o biri qəbirlərin başı üstündə dayanan insanların qulağına getdi.Hamısı bir nəfər kimi dönüb inildəyərək əzab çəkən Xanım Lorenə baxdı.Onun göz qapaqlarındakı ağırlıq ona bəs idi artıq üç ay müddətində.Henri artıq yox idi.Yazdığı xatirə dəftərinin bütün vərəqlərini göz yaşı içində oxuyan Xanım Loren ayağa durub möhmək səslə danışdı.
-Bəli Henri bilmək istədiyin hər şeyi biləcəksən.Anlayacaqsan.Mən də əzab içində öldüm.Amma mənəvi cəhətdən.Mən sənin kimi gücsüz olmadım.İçimdə yaşadım.Bu sevgi məni mənəvi cəhətdən öldürsə də,sənə görə dayanmaq məcburiyyətində qaldm.Ölə bilmədim.Əzablarım daha da artdı.Sevdiyim bir insan öldükdən sonra onun bircə körpəsinə yiyə çıxmaq istədim.Sevgimi səninlə ovundurmaq istədim.Səni o lənətəgəlmiş sevgidən qorumaq istədim amma sən mənim kimi güclü çıxmadın.Sən mənim oğlum olmasan da səni öz oğlum kimi sevdim.Atanın tək yadigarı idin sən mənə.Səni bir xatirə kimi saxlamalı idim.Bağışla Henri edə bilmədim.Bağışla əbədi sevgim Leo oğlunu qoruya bilmədim.Onu da itirdim.Səni də itirdim.Artıq sənin bir valığınla ovuna bilməyəcəm.Mənim taqətim qalmadı artıq.Yoruldum.Henri eşidirsən məni?Qulaq as mənə.Bağışla məni.Sənə bunu sağ ikən demək istərdim amma təəssüfki heç vaxt gücüm çatmadı deməyə.Çətin idi anla məni.Bağışla.Bilmirəm indi eşidirsən ya yox amma bunu bilki mən sadəcə səni qorumaq istədim.Sadəcə sənə atan kimi vəfasızların canımızı yaxacağını izah etmək istədim.Amma sən anlamadın.Sən o qız ucbatından girdin bu torpağın altına.Sən o xatirə dəftərindəki sualları bəlkə də cavabsız buraxdın ...