Balaca Adamam Kiçik Evimdə
Amin Mehdi tərəfindən "Şeir" bolməsinə 01:46 10 noyabr 2015 tarixində əlavə olunmuşdur

Balaca adamam kiçik bir evdə.
Kağız parçasındakı arzu-istəyim
Bükülüb,yırtılıb evin tinində.
Sənin çox sevdiyin,
Göylərə çatmayan göydələnlərin
Xəyal qırıntılarını yığıram yerdən.
Mən…
Balaca adamam kiçik evimdə.
Bəs edir
Tütünüm,külqabım,çayımla qəndim.
Sadəlövh masamın bir köşəsində.
Dünyanın neçə bucaq olduğunu da
Öyrədir adama evin küncləri.
Mən…
Balaca adamam kiçik evimdə.
Hərdən
Qapısı döyülən qonşu səsini
Ölçürəm gecikən doğma zəngiylə.
Darıxmaq ölçüsü lap böyüdükcə
Adam lap üşüyür külək səsiylə.
Balaca adamın da gözlədikləri,
Gedənləri var.
Elə kiçik evlərin pəncərələri,
Qapıları tək.
Odur ki,
Balaca adama demə dur gedək.
Yarımçıq adamlar yeriyə bilmir.
Anadan gəlmə əlillər kimi.
Sadəcə balaca adamlar yeriyə bilmir.
Anadan gəlmə əlillər kimi.


... dəfə oxunub
Qiymət verilməyib...
[qiymət ver ]
Şərh yaz
2+37=
Hesaba giriş
Müəllif

Amin Mehdi
Haqqında
Qafqaz Universiteti (tərcümə)
Əlaqə
E-mail:
aminmehdi01@gmail.com
Sosial şəbəkə:
Facebook
Twitter
Ordenlər
Nazim Hikmət Ordeni
YouTube-da izlə
Facebook
0.0249 saniye