Balaca Qadının intiharı..
Xuraman tərəfindən "" bolməsinə 04:11 05 yanvar 2014 tarixində əlavə olunmuşdur

Gecə evdə çaxnaşma düşdü..
Başladılar qışqırmağa.. Ağlamağa..
Elə bil ölən balaca qadın deyildi.. Elə bil ölən o deyildi.. 
Dağıntı altında qalmışdı cılız bədəni..
Xəyalları başına yıxılmışdı.. 
Bir dost var idi.. Deyirdi ki, O, "balacasız"  yaşaya bilməz.
Nə danışırdı ki.. Nə bilirdi ki O..
Heç nə..
O qadının xəyalları başına yıxılmışdı..
Eh.. elə ağır bir yük idi ki..
O, özünə söz verdi ki, ağlamayacaq..
Artıq qəbrini belə düzəltmişdilər..
Qıraqdan baxırdı o qəbrə..
Uzaqdan..
Balaca qadın qadınlığını qurban verdiyi boş xəyalların altında əzilmişdi.. O boş xəyallar idi onu həyatda saxlayan.. İndi o xəyallar da , balaca da uçdular mavi səmalara..
Çiyninə dağıtdığı saçlarını külək sovurdu.. Kül topuna çeviridyi ürəyi tapdalandı palçıqlı ayaqlar altında.. Cənnət qoxusu rüzgarla qalxdı Tanrının hüzuruna..
O bir "ümid"ə bağlanmışdı.. 
Ümidlər isə ölmür deyirlər.. O da ölməmişdi ki, sadəcə var olan , amma yaşamayan bir ümid idi..
İndi o həqiqətən Şəms kimi səmaya səpələnəcəkdi..
Ölmüş ruhuna kəlimeyi- şəhadəti onun ümidi oxudu.. 
Onu yeni əbədi bir həyat gözləyirdi. Tanrıya qovuşacaqdı..


... dəfə oxunub
Qiymət: 9/10(12 səs)
[qiymət ver ]
Şərh yaz
2+15=
Hesaba giriş
Müəllif

Xuraman
Haqqında
Çox da bi şey deyil
Əlaqə
E-mail:
memmedova.xuraman@list.ru
Sosial şəbəkə:
YouTube-da izlə
Facebook
0.0553 saniye