Barselonanın tarixi
Səbinə Məmmədzadə tərəfindən "Digər yazılar" bolməsinə 21:46 15 noyabr 2013 tarixində əlavə olunmuşdur

29 noyabr 1899-cu ildə Hans Gamper özü kimi futbol oynayan 11 dostuyla birlikdə Futbol Club Barcelonanı yaratmışdır.

O, gələcəkdə bu qədər müvəffəqiyyətli olacaq bir klub yaratdığını ağlına belə gətirməzdi. FC Barcelona 100 il ərzində özünü hər sahədə tanıtdı.

1922-ci ildən 1957-ci ilə qədər, yəni Les Cortdan 1957 ilinə qədər klub bəzi dövrlərdən keçdi. Üzvlərin sayı ilk başlarda 10.000-ə çatdı. Futbol inkişaf edib, klub profesyonal olmağa başlayarkən, bu dövrə Alcantara və Samitier damğasını vurdu. Ancaq klub İspanya vətəndaş müharibəsi və ondan sonra yaranan maddi çətinliklər nəticəsində bir çox problemlər yaşadı. Bir müddətdən sonra bu vəziyyətdən çıxmağı bacardı. Ladislau Kubalanın gəlişi ilə yüksəlişə keçdi. Cruyffun kluba baş məşqçi təyin edilməsi və “Röya klubu” ( 1990-1994) hesab edilən bir klub yaratması, Wembleydə 1992-ci ildə Koemanın vurduğu möhtəşəm qolla Avropa çempionu olması həqiqətən də böyük müvəffəqiyyət sayılırdı. 1992-ci ildə Avropa çempionluğundan başqa, 1958, 1960 və 1966 illərində UEFA kuboku kimi tanıdığımız Fairs kuboku 3 dəfə Barçanın olmuşdur. Barcelona İspanya kubokunu 24 dəfə qazanaraq bu kuboku ən çox alan klubdur. 18 dəfə İspanya çempionu omuşdur. Xüsusilə də, 90-cı illərdə 6 dəfə bu adı qazanıb. 2000-ci illərdə isə 2 dəfə bu kuboku qazanıb. Bütövlükdə isə 18 dəfə bu kubokun sahibi olub.


... dəfə oxunub
Qiymət: 10/10(22 səs)
[qiymət ver ]
Şərh yaz
2+12=
Hesaba giriş
Müəllif

Səbinə Məmmədzadə
Haqqında
314 saylı orta məktəbin 9-cu sinif şagirdiyəm. Hərdən nələrsə yazıram. Qardaşımın yazıları mən də bu sahəyə maraq oyadıb. Gələcəkdə kitablarımın nəşr olunmağını arzu edirəm.
Əlaqə
E-mail:
sebine105@box.az
Sosial şəbəkə:
YouTube-da izlə
Facebook
0.0237 saniye