Bidətçinin Şeiri
Amin Mehdi tərəfindən "Şeir" bolməsinə 08:25 30 iyun 2015 tarixində əlavə olunmuşdur

Hərdən burda oturub “tanrının” eyvanından
Seyr edirəm dünyanı insanların adından.
Arada gülürəm də yerdə olan dizlərə
Alınlara baxıram rast gəlmirəm sözlərə.
Yalvarışlar,nalələr,ahları mən duyuram.
Gerçəkləri gör deyə bunu sənə yazıram.
Yerdə qalıb ordaca göylərə sən qarışma.
Ən yaxşısı gecələr sən Allahla yazışma.
O xətt çoxdan bağlanıb yoxdur elə nömrələr.
Qələm sənin əlində,qarşındadır səhifələr.
Xilaskarı gözləyir bu fərasətsiz adamlar.
Tanrı ola bilməyib tanrılar axtarırlar.
Torpaq altda heç nə var,kimsəsizlik gözləyir.
Torpaq altda nə cənnət,nə cəhənnəm gözləyir.
Çürüyən bədəninə qəddar qurdlar daraşar.
Kim tez çürüyər deyə orqanların yarışar.
Hər əvvəli olanın sonu olmalıdır mı?!
Oyunlara sığınmaq ağıllara sığar mı?!
Yoxdur elə hekayə kimlər uydurub bunu?
Nədir yoxsa tanrının əvvəli var yox sonu?
6 yaşım olardı dizim yerdə olanda.
Gerçəklərdən qaçırdım həqiqətə çatanda.
Gerçəklər heç tək deyil hamıda aşıb daşır.
Onlar o qədərdir ki,həqiqət özü çaşır.
Kitabların yazarı,yazarın da Allahı var dünyada.
Amma naşir olmasa kitab qalar kənarda.
Yaxşı mən də sizdənəm tanrılar yaradıram.
Bazar günü kilsəyə,məscidlərə qaçıram.
Yoruluram arada sizin ibadətinizdən.
Sonra nifrət edirəm iyrənc eşqlərinizdən.
Uşaq vaxtı yaşlılar qulluğu öyrətdilər.
Allah hökmdar deyib,sən də qulsan dedilər.
Düzü hökmdar bizik,çünki belə doğulduq.
Sonra sizin çoxları qul olmağa yoluxduz.
Həqiqət bir günəşdir kölgəsinə sığınma.
Əsl nurdan,işıqdan gəl,əzizim,qaçınma.
O qədər kasıbam ki,vaxtım yoxdur yazmağa.
Sizə bircə sirr deyim əldə silah tutmağa?
Həqiqət vahid olan müqəddəsin adıdır.
O elə bir məkan ki,baxsan hamı ordadır,
Fəqət indi insanlar yarı padşah,yarı qul.
Bu fürsətdə gerçəklər həqiqəti susdurur.
İndi,əziz yoldaşım,yola düzəl get axtar.
Həqiqət gözləyir bizi axtaranlar taparlar.


... dəfə oxunub
Qiymət verilməyib...
[qiymət ver ]
Şərh yaz
8+2=
Hesaba giriş
Müəllif

Amin Mehdi
Haqqında
Qafqaz Universiteti (tərcümə)
Əlaqə
E-mail:
aminmehdi01@gmail.com
Sosial şəbəkə:
Facebook
Twitter
Ordenlər
Nazim Hikmət Ordeni
YouTube-da izlə
Facebook
0.0557 saniye