Günəş belə çıxdığı yerə qayıdır geri
Sən də ...Gəz,dolaş sonda mənə gəl.
Vurmaram üzünə
Çaxmaram başına
Gülüşümü də qataram
Göz yaşına.
Bir yasəmən çayı dəmləyərəm
Bir də səni dinləyərəm.
Kor olaram istəsən.
Görməməzlikdən gələrəm.
Əsəbini üzərimə tökərsən
Hirsini məndən çıxarsan
İstəsən...
Bir arzu
Bir istək
Bir xahiş var içimdə.
Nə olar ki,getməsən?!
Gözləyənlərinmi var yolunu?
İtirmişəm sağımı-solumu
Qüvvətdən düşmüş və bir az da yaşlı kimiyəm
Uydurduğum nağılları həqiqət sanmaq kimi bir duyğu bürüyüb dörd bir yanımı.
Bir öpsən məni
Bir də buraxmayacaq qədər qucaqlasan
Sağalar bəlkə yaralarımız...