Bir isti əl istər soyuq əllərin
Aynur Qəniyeva tərəfindən "Şeir" bolməsinə 20:27 10 noyabr 2012 tarixində əlavə olunmuşdur

          Boşluq

 

İşıqlı  gündüzün aydınlığında

Bir gecə zülməti içinə çökər

Ürəyin sevdiyin insanı istər

Bir isti əl istər soyuq əllərin

Yalqızlıq titrədər halsız bədəni

Qolların sevgiylə sarılmaq istər

Gözlərin yollara dikili qalar

Yığarsan yollardan sevgi izlərin

Bu bom-boş ləpirlər nəyinə yarar?

Sevgilin yanında yoxdursa əgər.

              Qocalmısan

Güzgüdə görürsən üzün qırışıb,

Gözün zəifləyib, saçın ağarıb

Hisslərin koralıb duyğun dayanıb

Sözlərinsə ölüb, ağzında qalıb

Zamanın tükənir, vaxtın qutarıb

Bütün ümidlərin sınıb, yox olub

Zamandan çox ürəyin həyəcalanıb

Kədər nə üzündə, nə də gözündə

Xoşbəxt gülüşlərə yer saxlamayıb

Zaman səni gəncliyindən çıxarıb,

Atıb orta yaşın dar dəhlizinə

Dərdlərdə sürüyüb, zamansız qovub

Qocalıq qapısının önünə qoyub

Ömrün kasıblayıb, illər varlanıb

Sən çox qocalmısan, vaxt cavanlaşıb.

                  Unut..

 

Gecəmin duyğulu yarısındayam

Otağım istidir yatağım soyuq.

Ürəyim döyünür hisslərim donuq

Ayrılıq buludu dolub ağlayır

İçimin içinə yağmurlar yağır

Gözlərim dolubdur sip-silə yaşala

Duyğular yavaşca deyirki, ağla!

Məni unutmağa bu gündən başla..

                  İmtina.

Yalnızlığın, tənhalıq adlı sinonimindən,

Adamların  yalquzaq kimi təkliyindən,

Dünəndən, bu günün gələcəyindən

Bütün olacaqların olmazlarından,

İmtina etsin İnsanlıq..

Qaçsın, qaça bildiyi qədər uzağa

Bu dünyanın, insanların,

Tənhalığın parçalanıb, cütləşdiyi

İnsanların duyğularını söndürüb,

Ağlının zülmətində sərtləşdiyi,

Bu dünya kimi daşlaşdığı,

Tənhalığın olmadığı, xoşbəxt yerə.

 

 

             


... dəfə oxunub
Qiymət: 9/10(26 səs)
[qiymət ver ]
Şərh yaz
4+18=
Hesaba giriş
YouTube-da izlə
Facebook
0.0237 saniye