
 
 
 Aynur Qəniyeva
 
 
 
 
 Dərd poliqonu
 
 
 
 
Bu həyatı başdan çevirib, yenidən-yenidən 
oxuyur kimiyəm. Həyatıma yeni olanlarla gələn günlər,  təkliyimin içərisində gizlətdiyim tənhalığımdan 
uzanan əllərə verilmiş, ümüd kimidir. Hərdən ömrümdən dəqiqələri qovur, gözümün 
qarası ilə divarda asılmış saatın əqrəblərini dartar kimi çəkib gətirirəm 
növbəti rəqəmin üzərinə. Bu anlarda yaşamağı- yaşamağa məcbur olduğumu ürəyimin 
və ağlımın ən məhrəm duyğuları  ilə 
anlayıram. Bu vəziyyətimi dəyişə bilməməyin acizliyini yaşayıram. Beynimin içi 
dərdlərin paliqonuna bənzəyir. Ətraf səs-küylüdür, tanımadığım və tanıdığım 
insanlar çoxdur. Susuram, dərdlərimi beynimin bir küncündən o birisinə qovuram. 
Beləcə, dərd qaçdı-qovdusunda ürəyimi bürüyən əzab duyğusunu yox etməyə 
çalışıram. Məni tanıyanlar yanımda olanda susqunluğumdan qulaqlarının batdığını 
deyirlər. Nə olsun?  Bu məni narahat 
etmir kim nə deyir desin. Hər insanın özünün, öz dünyası, həyatı, sevinci,  xoşbəxtliyi və bədbəxtliyi olduğunu dərk 
edəndən sonra insan üçün çox danışmaq asan olmur.  Danışıb sözlərimlə bir-iki dərdi sürüyə-sürüyə 
dartıb fikirlərimin kəndarına gətirmək beynimin dərd paliqonundan qovub 
çıxarmaq istəsəm də, bunun baş tutmayacağını bilib, sakit qalıram.  Mən özümü başqasının yaşamına qoşqu etmək 
istəmirəm. Onsuzda bilirəm ki, belə sadəlöv hərəkətlərlə həyatımın çiyinlərimə 
yüklədiyi, hərdən məni  “bu qədər dərdin altında 
əzilib məhv olacağam” düşüncəsinə salacaq qədər ağır,  əzab yüküm azalmayacaq. Həm də insanlar problemlərindən 
danışanları xoşlamırlar. Hara çevrilirsən- çevril, tənhasanki, tənhasan dərdin 
olsa da olmasa da.  Artıq yaşamımın gözlərinin 
içinin- içinə baxmaq, oradakı giziltili,  hər an yox olmağa hazır olan ümüdsüz, ümüdlərə 
ümüd verməyin zamanıdır.  Bu həyata,  yaşama olan istək və arzularımı təzədən kəsib  biçməyim lazımdı. Yaxşı və dərdsiz sabaha ümid 
etmək istəməliyəm.  Niyəsə elə bilirəm ümid 
yaxşı hissdir. Bəlkə də hisslərin ən yaxşısıdır. O özünü görə bilmədiyin, ancaq 
işığını sezdiyin, bəlkə də görmək istədiyin, köhnə görkəmli kerasin lampası 
kimidir. O lampa günəşə də çevrilə  bilər, qəfildən yerə çırpılıb çilik-çilik də 
ola bilər. İnsanların parça-parça olub yoxa çıxan ümidləri kimi.
 ardı...
 
  
 
  
 
  
  növbəti səhifə  
 
 
 Hesaba giriş
 
 
 
 
YouTube-da izlə
Facebook