Mən elə bilirdim səni sevirəm
Aynur Qəniyeva tərəfindən "Şeir" bolməsinə 22:52 14 noyabr 2012 tarixində əlavə olunmuşdur

       Elə bilirdim səni sevirəm

 

Mən elə bilirdim səni sevirəm

Sən demə bu adi bir istək imiş.

Nə bilim? bəlkə də istək deyilmiş

Ötəri bir həvəs ehtiras imiş

Bəlkə də cismimi birdən bürüyən

Sən adlı istilik, hərarət imiş,

Dağınıq fikrimi çox məşğul edən

Adınla adlanan bir duyğu imiş

Bilirəm hələ də məni sevirsən

Hər məni görəndə vəcdə gəlirsən

Ürəyin  istəyir, gözün yaşarır

Nə edim ürəyim istəmir artıq

Yox olub içimdə həmin istilik

Daha nə istək var, nə də ki, həvəs

Gedib içərimdən keçən külək tək

Həmin o ehtiras,həmin o istək

 

 

               Tənha

 Səssiz gecə kimi zülmət cildində

Əzablar qoynunda zillət içində

Tənhalıqla birgə yalqız təklikdə

Özüm tənhalığı bayram edirəm

Badə qaldırıram tənhalığıma

Bir az “həzz alıram” bir az “gülürəm”

Həm “xoşbəxt” oluram həm “sevinirəm”

Hisslərim ağlayır hisslər içində

Duyğum didikləyir fikirlərimi

Ruhum qan ağlayır vücud içində...

 

 

 

 


... dəfə oxunub
Qiymət: 9/10(28 səs)
[qiymət ver ]
Şərh yaz
3+37=
Hesaba giriş
YouTube-da izlə
Facebook
0.0312 saniye