BİR PAYIZ XATIRƏSİ ...
Yaqut Hüseynova tərəfindən "Esse" bolməsinə 19:16 18 may 2017 tarixində əlavə olunmuşdur

   Payızı   çox   sevirəm .  Sevgi   etirafının   dilə   gəldiyi   bir   məhəbbət   nağılına  bənzəyir  bu   fəsil .  Varlığında   İLAHİ   eşqin  əsrarəngiz   zərrələrini   təbiətə   əta   edər .  Könüllərin   hüzur   dolu   məkanına   çevrilər   qızılı   payız . Gəlişiylə  içimizdəki   bütün   mənfilikləri   ayağımız   altında   xışıldayan   xəzəllər    tək   parçalayar .  Təbiətin   sükutunda  xəzəllərlə   örtülmüş   yollarda    özümüzə    hesabat   verərək   yürümək ,  mənəvi    rahatlığa    qovuşdurar   bizi.  Ruhumuz   dincələr    bu   sakitlikdə .  Özümüzə   qayıdarıq . Bəzən   də   payız    kimi   
kövrələrik ...  İç   dünyamıza   çəkilərək ,  qəlbimizlə    həmsöhbət   olarıq .  
Duyğularımızı   qətrə - qətrə   çözməyə    çalışarıq .  Fani   dünya   ilə    
əbədi   həyat   arasındakı   təzadlarda   incələr   həqiqətlər . Mənfəətimiz ,  
dünyəvi    hisslərimiz   atdığımız    hər    addımda    ONA     doğru    gedən   
vahid    yolumuzu    haçalasa   da ,  yeganə    həqiqət - hər    başlanğıcın   öz    
sonunu ,  hər    sonunsa   öz   başlanğıcını    YARADANDA   tapmasıdır !     Son   baharda   tanıdıq   bir - birimizi .  Yağmurlu   bir   gündə   söylədin   mənə  " SEVİRƏM ! "   kəlməsini .  Şahidimiz   rüzgarlar   oldu .  Tanışlıqdan   dostluğa   qədər   getdiyimiz   yollarda   sevgiyə   qucaq   açdıq .  Dostluqdan   başladı   aramızdakı   bağlılıq ,  hörmət   və   səmimiyyətdən   yarandı   məhəbbətimiz.  Yaşadığımız   hər   anı   paylaşdıq . Birlikdə   sevinib ,  birlikdə   kədərləndik .  Həyata   baxışımızda   birləşdi   duyğularımız . İnciyib   küsmələrimiz
belə ,  bizi   ayıra    bilmədi .  Gözlərimizdəki    sevinci ,  qəlbimizdəki   səadəti   izləyən    ayrılıqdan ,  istəsək   də   qaça   bilmədik !  Sonunda   sevgimizin   
imkansız   olduğunu    anladıq .  " BİZ "    kəlməsini   var   etmək    istəsək   də ,   bunun   mümkünsüzlüyünə    vardıq !..      SEVƏRƏK    qovuşan    yollarımız ,  SEVƏRƏK    ayrıldı .  Və   qəlbimizdə   xatirələr   xəzəlinə   dönən ,  BİR    PAYIZ    XATIRƏSİ    QALDI !..                                                   YAQUT     HÜSEYNOVA


... dəfə oxunub
Qiymət verilməyib...
[qiymət ver ]
Şərh yaz
1+31=
Hesaba giriş
Müəllif

Yaqut Hüseynova
Haqqında
Jurnalist...Yazar...Blogger
Əlaqə
E-mail:
hseynova.yaqut@gmail.com
Sosial şəbəkə:
Facebook
YouTube-da izlə
Facebook
0.0248 saniye