Bir qəlbin hekayəsi
Afig Huseynov tərəfindən "Hekayə" bolməsinə 23:50 07 may 2014 tarixində əlavə olunmuşdur

Payız.Kiçik bir bağ.Yağışdan islanmış skamya. Sırıqlı geymiş yorğun görkəmli bir süpürgəçi  tələsmədən  bağ yoluna tökülən yarpaqları süpürürdü.

Skamya altında isə büzüşmüş bir qəlb var.Payız soyuğunda titrəyən və yağışdan islanmış adicə bir qəlb .Sahibindən 10 gün öncə eşitdiyi, onu yerindən və yurdundan edən ,heç bir zaman unutmayacağı,durmadan xatırladığı öldürücü sözlər :

“Qəlb,sən mənim yaşamağıma mane olursan.Mən daha səninlə bu cür yaşaya bilmirəm,yalvarıram ,qəlb,çıx get!” 

Soyuq bir payız günü qəlb çıxıb getdi,o gündən  yagışlar aramsız olaraq sanki bu haqsızlığa göz yaşları tökərcəsinə kimi axmağa başladi.

O hər gün nəmli,islaq həyətlərdə dolaşaraq pəncərələrdən içərilərə və insanların gözlərinə baxırdı.

Qəlb sonunda bu işdən vaz keçdi.O dünəndən bagdakı skamyanın altında özünə yer etmişdi.Soyuqdan  büzüşərək payız küləyinin  yerə saldığı saralmış yarpaqlara və onları tələsmədən süpürən sıriqlı geymiş yorgun adama baxirdı...

Axşama doğru isə qəlb ölmüşdü...


... dəfə oxunub
Qiymət: 9/10(17 səs)
[qiymət ver ]
Şərh yaz
6+8=
Hesaba giriş
Müəllif

Afig Huseynov
Haqqında
Bakı Dövlət Universitetinin Mexanika-riyaziyyat fakültəsini 1978 ci ildə bitirmişəm.
Əlaqə
E-mail:
afiq@box.az
Sosial şəbəkə:
YouTube-da izlə
Facebook
0.0223 saniye