Bir şəhidin qadını
Bəyaz Məmmədova tərəfindən "Digər yazılar" bolməsinə 23:59 05 avqust 2014 tarixində əlavə olunmuşdur

                Qəbrin başında durub ağlamaq o qədər də asan deyildi onun üçün.Cənazəyə sonradan qatılmışdı.Heç kim görməsin deyə uzaqdan izləmişdi sevdiyinin cənazəsini. Ürəyinin tam dərinliklərinə həkk etdiyi birini indi torpağın dərinliyinə basdırırdılar.Söz vermişdi.Qayıdacaqdı.Evlənəcəkdilər.Uşaqları olacaqdı.Daha neçə-neçə xəyallarla birlikdə torpağa basdırılmış cansız bədən var idi gözlərinin qarşısında.Uzaqdan tam görünməsə də ağ kəfənin içindəkinin sevdiyi olduğunu bilirdi.Gedərkən minlərcə ümüd verib qayıtmadan ümüdləri öldürmüşdü kəfəndəki can.Özü belə olsun istərmiydi?Yox əlbəttə amma qismətində yazıldığı yazını o poza bilməzdi.Buna gücü çatmırdı.Gözü yolda qalmış onlarca insan qoymuşdu sevdiyi.Amma ən çox onu yaralamışdı qanlı kəfənin görüntüsü.Cənazəyə uzun-uzun baxıb getmişdi həmin gün ordan.

                Artıq o qoxan torpağın yanında idi.Təmiz torpaq qoxusunu da basdırmışdı əsgərin qoxusu.Sevdiyin yanında xoşbəxt idi qadın.Susurdu.Eləcə şəkli belə olmayan məzara baxırdı.Əlini torpağın üzərində gəzdirərək dəfələrlə əsgərim deyirdi.Ağlamırdı.O bir əsgərin qadını idi.O bir şəhidin qadını idi.Özünü hər zaman onun bildi.Bundan sonra da onun biləcəkdi.Güclü durmağa,əsgərinin yanında ağlamamağa söz vermişdi.Əllərini sadəcə torpağın üstündə sakitcə gəzdirirdi.Bütünlüklə hiss etmək istəyirdi.Gözləri ilə uzaqlara baxırdı.Bir gələcəyi olmadığına görə keçmişi düşünürdü.Arada bir gülümsəyir.Arada bir də gözləri dolurdu.Amma ağlamırdı.Əsgərim deyə-deyə alt çənəsinin titrəyişini sezirdi sadəcə.Dişi ilə alt dodağını dişləyərək sanki ona susmasını əmr edirdi.

                Bir mahnı oxuyurdu əsgərinə.Onun ən sevdiyi mahnılardan birini.Çox gözəl səsi var idi.Buna görə hər zaman ona oxutdurardı bu mahnını.Sevdiyini necə xoşbəxt edəcəyini tapmışdı.Torpaqda olsa belə onun sevindirməyi bacarmaq istəyirdi.Sağ ikən olduğu kimi.Ona sadiq qalacaqdı.Onun ruhuna belə xəyanət etməyəcəkdi.Qadın susurdu hələ.İçi ağlasa belə gözləri ağlamırdı.Bəlkə də gözləri fəryad qoparırdı amma o fəryadı durduran bir hiss var idi.Bir əsgər qadını kimi mərdlik,cəsurluq yağırdı o gözlərdən.Bununla fəxr edirdi sanki.Öz sevgisini içində basdıraraq,bütün soyuqqanlığı ilə qəbirin başından durmağı bacardı.Əllərini torpaqdan təmizlədi.Bir dəqiqəlik sükutdan sonra arxasını ona çevirmədən evinə doğru yol aldı.Hər addımında bir zəhm,bir güc görünürdü.O bir əsgərin qadını idi.O bir şəhidin qadını idi...O susmalı idi.Ağlamağa məcbur olsa belə susmalı idi.


... dəfə oxunub
Qiymət: 9/10(1 səs)
[qiymət ver ]
Şərh yaz
7+24=
Hesaba giriş
Müəllif

Bəyaz Məmmədova
Haqqında
Kədəri də,sevinci də layiqincə yaşayın.Yeri gəlsə qışqıraraq ağlayın,yeri gəlsə qəhqəhə çəkərək gülün.Nə ağlamaqdan,nə də gülməkdən utanmayın.Təsəllilər isə təsəlli olduğu müddətcə təsəlli kimi də qalacaq....
Əlaqə
E-mail:
beyaz.queen@gmail.com
Sosial şəbəkə:
Facebook
YouTube-da izlə
Facebook
0.0228 saniye