Bir Şeirlik Adamlara
Amin Mehdi tərəfindən "Şeir" bolməsinə 08:23 30 iyun 2015 tarixində əlavə olunmuşdur

Kəpənək ömürlü adamlar tanıyıram.
Gül-çiçəyin aşiqinə çevrilərkən
Bağbandan gələn labüdlüyə
Qəflət olub
Solan gülün xəbərindən
Əvvəl solar.
Bir qüssəlik adamlar tanıyıram.
Cüssəsin atsan dənizə,
Boğulub ölərkən
Dərinlərdə batıb itər,
Amma qüssəsində dalğıc olub
Dərinlərdən dərinlərə üzüb keçər.
Bir kitablıq adamlar tanıyıram.
Bir sətirlik adamların əllərində
Dırnaq olub
Toz-torpağın içindədir.
Tanımasan deyərsən ki,
Acizliyin kəşfindədir.
Mən bir şeirlik adamlar tanıyıram.
Tanrının belə qısqandığı adamlar siyahısında qonaqdılar.
Niyə də qısqanmasın ki?!
Sən heç kədərləri şeir edən Tanrı gördün mü?!
Mən görmüşəm.
O adamlar Tanrıdılar.


... dəfə oxunub
Qiymət verilməyib...
[qiymət ver ]
Şərh yaz
6+18=
Hesaba giriş
Müəllif

Amin Mehdi
Haqqında
Qafqaz Universiteti (tərcümə)
Əlaqə
E-mail:
aminmehdi01@gmail.com
Sosial şəbəkə:
Facebook
Twitter
Ordenlər
Nazim Hikmət Ordeni
YouTube-da izlə
Facebook
0.0273 saniye