Biz görüşürük və bəzən sonunda ayrılırıq.
Afig Huseynov tərəfindən "Hekayə" bolməsinə 01:44 08 may 2014 tarixində əlavə olunmuşdur

Biz görüşürük və bəzən sonunda ayrılırıq.

Duyarcasına,göz yaşları ilə,çılğın qışqırıqlarla,pəncərəyə tərəf üzümüzü çevirməklə,susaraq,körpü üzərində,iki ildən sonra,sabah...

Biz görüşürük və bəzən sonunda ayrılırıq.

Onlarca oxunmuş kitabları,neçə qiqabayt məktubları,yüzlərlə şəkilləri və filmləri, şifrəsi yenicə dəyişdirilən iPad da sayı məlum olmayan mahnıları ,uşaqları,dolabın 2-ci çəkməcəsində buraxdığımız ütülənməmiş qisaqol köynəyi,stəkanda içib bitirə bilmədiyimiz çayı,onlarca yerinə yetirilməyən vədləri ,bəlkə də deyəmmədiyimiz  könül ala biləcək sözləri  arxamızda buraxaraq...

Biz görüşürük və bəzən sonunda ayrılırıq.

Yaz,payız,bəzən yay,çox az qışda,16.20 də,yaxud 01.23 də,gecə yarısı qonşular futbol seyr edərkən,bokalda şərab qurtararkən...

Biz görüşürük və bəzən sonunda ayrılırıq.

Bakıda,Pirquluda,qonşu qitədə,göl kənarında,yolun o üzündəki kafedə və yaxud evdə ...

Biz görüşürük və bəzən sonunda ayrılırıq...


... dəfə oxunub
Qiymət: 9/10(18 səs)
[qiymət ver ]
Şərh yaz
5+29=
Hesaba giriş
Müəllif

Afig Huseynov
Haqqında
Bakı Dövlət Universitetinin Mexanika-riyaziyyat fakültəsini 1978 ci ildə bitirmişəm.
Əlaqə
E-mail:
afiq@box.az
Sosial şəbəkə:
YouTube-da izlə
Facebook
0.0433 saniye