Biz niyә belә olmuşuq?
Khayyam Muhammad tərəfindən "Şeir" bolməsinə 00:49 05 may 2014 tarixində əlavə olunmuşdur

Bahalı arzularımı saxlamışam gәlәcәyimә,
Ucuzları qatışdırıram dualara,
Bir mömin insan qәdәr pakdı şeirlәrim
Misralarında qadınlar çoxdu amma günahsızdır.
Qaçacaq qәdәr gücüm yoxdu,
Amma qorxuları külәklәrә hәdiyyә vermişәm.
Cәhәnnәm qorxusundan Tanrını sevәn olmuşuq axı.

Reinkarnasiya olunmuş cismimdә belә xoşbәxt deyilәm
Elә ruhum şair bәdәnlәrinә qaçır,
Misralarımdan asılan hisslәr elә intiharı xatırladır.
Yaşamaq qorxusundan intiharı sevәn olmuşuq axı.

Balaca qapıları böyük ümidlәrlә acmaq üçün
Gözlәrimizi yuxusuz gecәlәrә dikib qalmışıq.
Bir arzu tutduğum anlarda
Ulduzlar belә süzülmür göy üzündәn.
Yozumsuz yuxuların dözülmәz ağrılarından,
Yarıyuxulu olmağı sevәn olmuşuq axı.

Sakitlikliyi ,insanlığı,dәrd elәmәyi unutmuşuq.
Bu şәhәr itirdiklәrini axtarışa vermәz olub.
Vә 16 günlük aclığa dözәr bu xalqın şәrli mәhkumları,
Düşmәnindәn yox özündәn qorxan millәt olmuşuq.
Biz niyә qorxaq olmuşuq!?


... dəfə oxunub
Qiymət: 10/10(2 səs)
[qiymət ver ]
Şərh yaz
6+10=
Hesaba giriş
Müəllif

Khayyam Muhammad
Haqqında
sadəcə  bekar  insanam  hərdən  bekarliq  şeir olur dunyani  firladan
Əlaqə
E-mail:
alone_inworld@mail.ru
Sosial şəbəkə:
Facebook
YouTube-da izlə
Facebook
0.0538 saniye