Biz Qaçarıq
Khayyam Muhammad tərəfindən "Şeir" bolməsinə 02:18 10 may 2014 tarixində əlavə olunmuşdur

Bu xaraba şәhәrin gündüzlәri gecәlәrini sevdirәr ancaq,
Nә külәklәri üşüdәr nә günәşi qızdırar.
Buralar heç doğma gәlmir.
Atılmış körpәlәr sevgini qapılarda axtarar.
Hәr şair Bakıdan yazar.
Biz qaçarıq.

Rәngsizlәşәn şәhәrin rәssamlıqdan bezәn .
Hәr sәtrindә şair olan vәtәndaşıyıq biz.
Vә qara çantalarda daşınır bu xalq
üstündә rәqәm yazan kağızlara dәyişirlәr.
Azadlığı,
Torpağı,
Hamı azadlıq qışqırsın
Biz qaçarıq.

Bir iki rәngli parçaları qaldırdıq göylәrә ki,
Çәrpәlәnglәri uçurumlardan döndәrәk geriyә.
Arzularımızı şәffaf qutularda böyüdüb.
Qәrarları pәrdә arxasında verdik ki,
Sәhvlәrimizi görmәsin heç kim.
Nidalarımızı әlimizdәn alıb
Sualları sәrdilәr qarşımıza.
Mәn Oturub şeir yazdım.
Biz qaçarıq.
Siz qalın.


... dəfə oxunub
Qiymət: 9/10(2 səs)
[qiymət ver ]
Şərh yaz
5+21=
Hesaba giriş
Müəllif

Khayyam Muhammad
Haqqında
sadəcə  bekar  insanam  hərdən  bekarliq  şeir olur dunyani  firladan
Əlaqə
E-mail:
alone_inworld@mail.ru
Sosial şəbəkə:
Facebook
YouTube-da izlə
Facebook
0.022 saniye