Böyük şəhərlər
Mərdan Əzimov tərəfindən "Digər yazılar" bolməsinə 11:23 29 iyul 2014 tarixində əlavə olunmuşdur

İnsanların yaşayışı üçün nəzərdə tutulmuş hündür və alçaq mərtəbəli binalar, maşınlar, motosikletlər, yenicə çəkilmiş asfalt qatının altında qalmış konalizatsiya qapaqları, metrolar və bu sadaladıqlarımın içərisində, üzərində, oturan, gəzişən insanlar çoxluğu. Yenicə kənddən gəlmiş, geyimini, tərzini, danışığını, davranışını dəyişmiş “qaqa”lar və onlarla eyni pillədə dayanmış “qızcığaz”ların səhərdən axşama kimi milçəklərini  ordan-orda, burdan-bura qovduğu bir şəhərdən, Bakıdan söz açacam, daha doğrusu açılmış sözlərin davamını gətirəcəm bu yazımda…

Kənddə yaşayan valideynlərinin boğazlarından kəsərək göndərdiyi pulları verərək müqavilində”Yetim”, “Ağalı”, “FBİ” kepkaları alıb taxan, hamısıda paytaxtdan uzaq kəndlərdən gəlmiş, realda adları Vahid, Rübabə, Canməmməd, Gülağa, Narxanım, Gülxanım, Qəndaf olan, amma müəyyən tanışlıq saytlarına girəndə, sosial şəbəkələrdə qeydiyyatdan keçdiklərində Vahidi – Vako, Rübabəni – Rubuş, Canməmmədi – Cano, Narxanımı – Naroçka, Gülxanımı – Güliçka (bəzən də “flower lady”) , Qəndafı – Ayka kimi qeyd edən, dillərində əzbər edib; “biz yalnız namazda diz çökürük” deyən, amma heç namaz belə qılmayan, “paqon priznavat eləmirəm” deyib polis başına dönən “debil” dəstəsinin gəzmək üçün çıxdıqları şəhərin küçələrinə eyni zamanda  bizim dünya şöhrətli insanlarımızında çıxmasına, baş bilənlərimizin əqli cəhətdən irəli atılmış hər addımında geriyə getdiklərini bilməyən bir sürü ilə eyni oksigeni udması ədalətsizliyinə dünya birliyi niyə hələdə dözür?!.

Bilmirəm bilirsiniz ya yox, amma mütləq bilmənizi istəyirəm. Nədənsə bu şəhərdə hər şey tərs gedir. Ağıl başda olur demişdi atalar, amma başlar sadəcə bədənin ayrılmaz hissəsi kimi, içi boş olaraq qalıb. Bu şəhərin yaşlıları ağıl verən, müəyyən bir doğru istiqamətə yönləndirən deyil . Sizi uçuruma sövq edəndi…

Bu şəhərin fahişələridə dəqiq, bir çoxunun o ada yaraşdırmadığı vicdanlı deyillər. Evinə çatdınmı polis çağırıb tutdurar səni… Polisləridə anlayışlı, mərd, cəsur, ləyaqətli deyil. Səni şərləyən, bir göz qırpımında həyatını, planlarını, gələcəyini alt-üst edərlər.

Və mən ona görədə bu şəhəri sevə bilmədim. Çox istədim ki, dəli kimi sevim bu şəhəri. Amma olmadı, irəli atdığım hər addımda şəhər mənə yad gəlir. Hər açılan sabahımda şəhərdən daha çox mənfi enerji alıram. Ona görədə hər həftə sonu, hər bayramda kəndə getməyə, bu şəhərdən uzaqlaşmağa can atıram. Kənd yeri ayrı dünyadı…

Bəzən çox xoş, bəzən də sıxıcı olan bu şəhəri sevə bilmədim. Bəlkə sevərdim səni, Bakı. Amma üstündə oynaşan yadların, qurdların həddən ziyadə çoxdur, onların sənin köksün üzərində oynaşmaları məni çox sıxır, mən kədərlənirəm və səni sevməməyə qərar verirəm…

 

P.S. Bu yazını yazarkən canlandırdığım obrazlarla onların tərəf müqabillərini bir tutmutam. Sadəcə hər kəs pis biri deyil. Meşəmiş də çaqqalsız deyil. Amma çaqqalımız çoxdu və mən ömrümü çaqqallıq üzərə yükləmiş, doğru bir yolu addımladığını zənn edən şəxslərin halına acıyıram…


... dəfə oxunub
Qiymət: 8/10(1 səs)
[qiymət ver ]
Şərh yaz
8+32=
Hesaba giriş
Müəllif

Mərdan Əzimov
Haqqında
Mən Əzimov Mərdan Ələddin oğlu 1994-cü ilin iyul ayının 29-da Cəlilabad rayonunun Alar kəndində anadan olmuşam. Elə doğulub boya başa çatdığım kəndin keçmiş Tarqulu Bayramov, indiki Heydər Əliyev adına olan Alar kənd 1 saylı orta məktəbini bitirmişəm. Jurnalist, şair, publisist ailəsində böyüyüb ədəbiyyatçıların ətrafında böyümüşəm. Yazar deyiləm, ara da yazı yazıram. Memarlıq və İnşaat Universitetinin 3-cü kurs tələbəsiyəm.
Əlaqə
Tel.:
0555579595
E-mail:
mardan.azimov@gmail.com
Sosial şəbəkə:
Facebook
YouTube-da izlə
Facebook
0.0391 saniye