Bred Pitə nəyi qadağan ediblər?
Əli Əhmədov tərəfindən "Məşhurlar" bolməsinə 14:53 03 oktyabr 2014 tarixində əlavə olunmuşdur

Bəzi sənətçilərin milyonlarla heyranı olsa da, onların müəyyən ölkələrə girişi qadağandır. Onlara qapıları bağlayan səbəblər isə olduqca maraqlıdır.

Amerikalı aktrisa və fotomodel Peris Hiltonun Yaponiyaya girişi yasaqlanıb. Səbəb isə narkotikdən istifadə etməsidir.

Amerikalı kinoaktrisa Lindsey Lohanın Hindistana girişi qadağandır. Səbəb isə onun turist vizasıyla Hindistana gəlib, bu ölkənin uşaq və qadın alveri haqqında BBC üçün sənədli film hazırlamasıdır.

İngilis aktrisa-müğənni Lili Allenin ölkənin fotoqrafını vurduğu üçün ABŞ-a girməsi qadağan edilib.

İslandiyalı aktrisa-müğənni Björk isə Tibetə dəstək verdiyi üçün Çinə girişi yasaqlanan məşhurlandandır.  

Amerikalı aktyor Bred Pitt də Tibetdə “7 il” adlı filmdə rol aldığı üçün Çinə gedə bilmir.

Digər amerikalı aktyor Harrison Fordun da Tibetə verdiyi dəstək səbəbilə Çinə  girişi yasaqlanıb. Aktyor Riçard Gir də bu sıradadır.

Britaniyalı bəstəkar-müğənni Boy Corc alfons kirayələdiyi üçün ABŞ-a girişinə qadağa qoyulub. 

İngilis müğənni Emi Uaynhausun sağlığında ABŞ-a gedə bilməməsinin səbəbi bir heyranını döyməsi olmuşdur.

Amerikalı aktyor-müğənni Kris Braunun İngiltərəyə girməsinə qoyulan qadağa isə nişanlısı Rihannanı döyməsinə görədi.

Amerikalı müğənni Leydi Qaqanın bəzi mahnılarının sözləri onun Malayziyaya girişini qadağan edib.

Amerikalı bəstəkar-müğənni Cerri Li Luisin İngiltərəyə girişi yasaqlanıb. Səbəbi isə əmisi oğlu ilə evlənməsidir.


... dəfə oxunub
Qiymət verilməyib...
[qiymət ver ]
Şərh yaz
4+35=
Hesaba giriş
Müəllif

Əli Əhmədov
Haqqında
Gününü internet yazılar oxumağa həsr edən birisi...
Əlaqə
E-mail:
ahmed_ahmed_88@rambler.ru
Sosial şəbəkə:
YouTube-da izlə
Facebook
0.044 saniye