Bulud üzərindən baxış
Murad tərəfindən "Hekayə" bolməsinə 19:03 09 avqust 2014 tarixində əlavə olunmuşdur

Yayın gəlişi hər zaman maraq doğurur. Onlar üçündə bu cür olmuşdu. Bir-birlərini ilk dəfə elə yay fəslində tanımışdılar. Əslində maraqlı bir qarşılaşma olmuşdu. Böyük bir ərazidə hündür mərtəbəli binaların yaxınlığında əkilmiş iki palıd ağacı yay günü cücərmişdi. Daha sonra bu məhlənin hər bir sakini həmin ağaclara su verərək onlara baxmağa başladı. Zaman keçdikcə ağaclar böyüyür ve dirçəlirdilər . Onlar elə yanbayan əkilmişdilər. Bir-birinin arasında çox az bir məsafə var idi.

İlk dəfə o gözlərini açdıqda yanında əks cins olan palıd ağacını görmüşdü. Yeni yetişməyə başlayan bu iki ağac əslində ilk zamanlar bunun nə mənaya gəldiyini anlamırdılar ancaq zaman keçdikcə onlar böyüdülər və böyüdükcə bir-birini qarşı hissləri dirçəlmiş kimi oldu. Bəli, eyni ərazidə əkilmiş iki palıd ağacı bir vaxtdan sonra bir-birinə aşiq oldu. Ola bilməzmi? Xeyr, oldular.

Səni görərək gözümü açdım. İlk andan etibarən yanımda oldun. Artıq sənə qarşı fərqli duyğuılar bəsləyirəm. İlk dəfə elə bu sözləri kişi cinsinə mənsub olan palıd ağacı söyləmişdi. Nə qədər gülməli görsənsə belə onların da daxillərində fərqli hisslər var idi. Hər bir qızda olduğu kimi digər qadın cinsinə məxsus palıd ağacı utanmışdı, hətta yarpaqlarını utancından bir qədər aşağı belə saldı. Ancaq onun da yanındakı ağaca qarşı sonsuz hissləri var idi. Zaman keçdikcə iki canlının bir-birinə olan hissləri sonda əsl sevgiyə dönüşdü. Onlar bir yerdə böyüyürdülər. Uşaqlar həmin iki palıd ağacının yanında fərqli oyunlar oynayar daha sonra isə həmin ağaclara dırmaşmağa başlayardılar. Arada sevgili cütlüklərdən biri yəni oğlan elə kişi cinsinə mənsub palıd ağacına dırmaşar qız isə qadın cinsinə mənsub palıd ağacına dırmaşaraq bir-birinə uzaqdan tamaşa edərdilər. Bu həm həmin cütlüklər üçün həm də elə ağaclar üçün çox gözəl duyğu olardı. Səni çox sevirəm. İlk dəfə bu qədər həyəcanlandığı aydınca hiss olunmuşdu. Yanındakı qadın cinsinə məxsus palıd ağacı isə onun bu sözlərindən sonra çox utanmışdı, ancaq birtəhər ona qarşılıq verərək sevdiyini söyləmişdi. Zaman ötdükcə iki ağacda bir yerdə böyüyür və daha da gözəlləşirdi. Sevgiləri isə getdikcə daha da çoxalmış kimi olurdu. Bəli, sevgiləri. Ağac olmaqlarına baxmayaraq bir-birlərinə qarşı hədsiz sevgiləri var idi. Onlarınkı əsl sevgi idi. Həm də hər zaman bir-birinin yanında olmuşdular. Hətta dünyaya bir yerdə gəlmişdilər.

 Bu palıd ağacını kəsməyin vaxtıdır. Artıq çox böyüyüb qocaldığı da hiss olunur. Onlar alətlərini artıq əllərinə alaraq qadın cinsinə məxsus həmin palıd ağacının yanına yaxınlaşdılar. O biri ağac isə işin tam olaraq nə yerdə olduğunu anlamırdı. Ancaq son anda sevgilisini öldürməyi düşündüklərini sezəndə dəli olmuş vəziyyətə döndü. Ancaq əlindən bir şey gəlmirdi. İnsanlar vəhşi kimi həmin palıd ağacını yavaş-yavaş kəsməyə başladılar.

Çox ağrıdır. İcazə vermə məni səndən alsınlar. Kəsilən palıd ağacı öz sevgilisinə baxaraq qışqırırdı. Ancaq onun qışqırtısını sevgilisi anlaya bilirdi.

 -Eləməyin! Yox! Sevgilisinin acı çəkdiyini görən ağac isə yerində dura bilməyərək sağa-sola əsməkdə davam edirdi. Üzərindəki yarpaqları yerə tökürdü. İndiki vəziyyətdə isə o üzərindəki yarpaqları daha da çox yerə tökürdü. Əslində o sevgilisinin acı çəkdiyini görərək göz yaşı axıdırdı. Elə yerə tökülən hər bir yarpaq göz yaşı demək idi. Çarəsiz formada qarşısındakı palıd ağacının vəhşicəsinə kəsildiyinə tamaşa edir və öz sevgilisinə yardım belə edə bilmirdi. Onlar artıq iri palıd ağacını kökündən kəsməyə nail odular. Demək olar o cür hündür ağacdan əsər əlamət belə yox idi. Son anda isə sanki yaxşı bir şey etmiş kimi ağacı kəsdikləri üçün sevindilər belə. Ancaq o biri palıd ağacı sevgilisinin ölümünə dözə bilmirdi. İnsanları gülərkən görəndə isə daha da pis olurdu. Üzərindəki yaşıl rəng yarpaqları yerə tökürdü. Ağlayırdı... Çox ağlayırdı... Zaman keçdi, ancaq həmin palıd ağacının acısı içində dinmədi. Demək olar sonrakı həyatı normal həyat kimi yaşaya bilmədi. Hər zaman öz sevgilisi ilə keçirtdikləri günləri düşünər və buna görə də daha da çox göz yaşı axıdardı. Elə bir an gəldi ki, həmin palıd ağacının üzərində demək olar yarpaq qalmamışdı. Solğun görünən palıd ağacının yaşı az olmasına baxmayaraq tam qocalmışdı. Ancaq daha da hündür olacağına və səmalardakı sevgilinsə çatacağına söz vermişdi. Uşaqların verdiyi su ilə həmin ağac bir qədər də dirçəldi. Dirçəldi... Hər gün bir az daha dirçəldi. Üzərində yarpaq qalmasa belə boyu hər saniyə daha da çox artırdı. Böyüdü... Çox böyüdü... Sevgilsini bir daha görmək üçün buludlara çatacaq qədər böyüdü. İnsanlar bu qədər hündür bir palıd ağacı gördükdə şok içində ona tamaşa etməklə yetinirdilər. O isə verdiyi sözü tutmaq üçün daha da çox böyüdü. Və sonda buludların üzərinə çıxmış kimi oldu. Buludların arasından sanki yeni bir həyata qədəm qoymuş kimi ətrafına baxındı və küncün birində sevgilisinin dayandığını gördü. O da üzərindəki bütün yarpaqları tökmüş və sevgi həsrətindən birtəhər olmuşdu.

-Səni buraxa bilməzdim. Səni çox sevdim. Üzünü sevgilisinə tutaraq son sözləri dedi. Sevgilisi isə bulud üzərindən ona təbəssüm dolu bir baxışla baxaraq `səni gözlədim` dedi. Və üzərindəki son yarpaqı da elə buludların üzərinə tökdü.

 


... dəfə oxunub
Qiymət: 8/10(1 səs)
[qiymət ver ]
Şərh yaz
9+14=
Hesaba giriş
Müəllif

Murad
Haqqında

Əlaqə
E-mail:
murad.ramazanov.66@mail.ru
Sosial şəbəkə:
Facebook
YouTube-da izlə
Facebook
0.0292 saniye