Buxta
Nigar Şahsuvarova tərəfindən "Digər yazılar" bolməsinə 13:41 12 dekabr 2015 tarixində əlavə olunmuşdur

Uzun zaman öncə izləməyimə rəğmən hələ də beynimdədir. Hətta facebook-dakı səhifəsi də az qala mütəmadi izlədiklərim sırasındadır.

Ən çox səs gətirən sənədli filmlərdən biri kimi "Oskar" (2010) qazansa da, digər tərəfdən ABŞ təbliğatı kimi qiymətləndirilməkdədir: "Amerikalılar qan yeyir, yaponlar delfin. Nə fərqi var?!"

Buxta'nın gizli məqsədinin arxasındakı lider, dəniz dünyasının "axtarılan" adamı Rik O'Barri. Keçmişində delfin trenerlərindən biri idi. Hal-hazırda isə aktivistdir. Filmin rejissoru Lui Psixoyos'un tanıdığı "özünü həsr etmiş, inadçı və ehtiraslı" adam olaraq xarakterizə etdiyi Rik O'Barri nəticəsi nə olursa olsun, uzun müddət əvvəl verdiyi "dünyadakı məhbus delfinləri azadlaşdırma" sözünü yerinə yetirmək üçün hüquqla, davalarla, həbsxanalarla, gözaltılarla, təhlükələrlə və böyük ağrılarla sanki eşqbazlıq edir.

1960-cı illərdə tutduğu və öyrətdiyi 5 delfin televiziyanın sevilən "Flipper" serialında eyni adla rol aldı. Məşhur mədəniyyət fenomeni serial dünya səviyyəsində delfinlərə olan heyranlığı qızışdırdı və uşaqların onlara olan yoldaşlıq xülyalarını alovlandırdı. Lakin O'Barri bunu bir nemətdən çox bir lənət kimi görməyə başladı. Günlər sonra çalışdığı delfinlərin heyrət verici dərəcədə ağıllı və ictimai idrak sahibi olduqlarına şahid oldu, hətta delfinlərin televiziyada özlərini izlərkən reaksiya verdiklərini qarışıqlıq içində seyr etdi və nə etdiyini sorğulamağa başladı.
Delfinlərindən Keti adlı bir dişi qollarındaykən hava dəliyini öz istəyi ilə bağlayaraq bir növ intihar cəhdi edincə O'Barri həyatını dəyişdirəcək bir oyanış yaşadı. Ürəyi paramparça ikən birdən görmək istəmədiyi şeyin nə olduğunun fərqinə vardı: delfinlər yalnız dənizdəki evlərinə və ailələrinə dönmək istəyirdilər. Günlər sonra özünü Bimini adasında dənizdəki bir tələdən məhbus delfinləri qurtarmağa təşəbbüs edərkən tapdı. Bu onun ilk qurtarma cəhdi idi və həbs olundu ... və edəcəkləri bunun bir çox dəfə daha başına gəlməsinə səbəb olacaqdı.

Yaponiyanın Taydzi kəndi hər ilin sentyabrında qan qoxusu verməkdədir. Bu əməliyyat gözlərdən uzaq gizli yerdə keçirilir...
Özlərini müdafiə edərək delfinləri ətləri üçün öldürdüklərini və xalqın tələbinin olduğunu söyləyirlər. Amma delfin qırğınına qarşı çıxanlardan ibarət bir qrup xalqa delfin ətini seçim edib-etmədiyini soruşanda hər kəs delfin əti yemədiyini ifadə etdi, hətta "əgər bu ölkədə belə bir şey varsa, bu, çox ciddi bir problemimiz olduğu anlamına gəlir" deyə əlavə edirlər. Yəni, xalqın belə bir tələbi yoxdur. Yaxşı, o zaman bu öldürülən delfinlər necə olur? Bizdə at, eşşək ətinə nə olursa, orada da delfin ətinə o olur. Başqa ad altında delfin əti satılır xalqa.

Delfin əti insan sağlamlığına çox zərərlidir. Çünki ətində olan təxminən 2000 ppm civə səbəbiylə "Minamata xəstəliyi" adı verilən bir xəstəliyə səbəb olur. 1950-ci illərdə Yaponiyadakı bir fabrik tullantıları Minamata körfəzinə buraxır. Aradan bir neçə il keçdikdən sonra bu tullantılar üzündən ətrafda yaşayanlarda, xüsusilə də yeni doğulanlarda müxtəlif narahatlıqlar meydana gəlir. Narahatlıq dedikdə yürüyə bilməmək, hiss edə bilməmək, danışa bilməmək, yemək yeyə bilməmək kimi. Xəstəliyin səbəbi edilən araşdırmalar sonunda müəyyən olur. Fabrikin tullantıları və o tullantıları yeyən balıqların xalq tərəfindən istehlak edilməsi! Bu hadisədən sonra orada balıq ovlamaq qadağan olunur, amma nə çarə. Minamata xəstəliyi-insanın yüksək nisbətdə civəyə məruz qalması nəticəsində başına gələ biləcək çarəsizlikdir. Bu hadisə yalnız Yaponiyada deyil, başqa ölkələrdə də yaşanmış və çox sayda adam maneəli olaraq həyatına davam etmiş və ya çoxu dünyasını dəyişmişdi. 

- Lui'nin Buxta'da nələr olduğuyla əlaqədar uzun metrajlı sənədli film çəkməyə qərar verməsinə heyrətləndinizmi?
 -Çox heyrətləndim, çünki bunun çox sxematik ola biləcəyini düşünürdüm. Lui və Fişer Stivens inanılmaz bir şey edərək mövzunu son dərəcə əyləncəli bir hala çevirdilər. Tamaşaçılar güldü, ağladı və kino salonundan çıxarkən "Mən nə edə bilərəm?" deyirdilər. Çox təsirləndim, çünki film nə qədər məşhur olsa, Yaponiyadakı delfin ovu o qədər az məşhur olacaqdı. Mən, həqiqətən, delfin ovunu və bəlkə də bütün kiçik dəniz məməliləri ovlarını dayandırmaq üçün əhəmiyyətli bir addım atdığımıza inanıram.

 -Delfin təlimçisi olaraq işə başladınız və indi onların məhbus edilməsinə qarşı çıxırsınız. Filmdə delfin Keti öldüyü zaman nələr yaşadığınızı danışırsınız. Ancaq narahatçılığa səbəb olan bu hadisə yaşanmadan əvvəl də nataraz bir əxlaqi zəmində olduğunuzu göstərən işarələr yox idimi? 
-Bəli. "Flipper"in çəkilişləri əsnasında bu mövzudakı düşüncələrim dəyişməyə başlamışdı. Amma bizim işimizdə buna at eynəklərini taxmaq deyilir. Gənc idim, möhtəşəm bir işim var idi, "Porsche" istifadə edirdim və bu işi etmək asan idi. Keti'nin ölümündən sonra qəlbim qırıldı. Bimini'yə getmək dəli birinin edəcəyi bir hərəkət idi, amma eyni zamanda da təmiz ehtirasla edilmiş bir hərəkət idi.

-Akvariumlar və nümayişlər üçün Taydzi kimi yerlərə gəlib delfin alan təlimçilər haqqında nələr düşünürsünüz?
-Bir çox təlimçi bu işin araşdırma və təhsillə olduğunu qəbul edər. Amma mən həqiqətən 30 təlimçi necə Taydzi'də travma keçirən bu heyvanlarla birlikdə eyni suyun içində dayanıb olan bitəni bilərək onların gözlərinin içinə baxdığı sualını cavablaya bilmirəm. Balıqçıları anlayıram, onlar üçün bu bir ənənədir və delfin ətinin nə qədər zəhərli olduğunu görməməzlikdən gəlirlərsə belə delfinlərin digər balıqlardan bir fərqi yoxdur. Lakin hələ görüşdüyüm təlimçilər gözlərini bağlamağın bir yolunu tapmışlar. Necə yeni nömrələr öyrədəcəklərindən bəhs etmək istəyirlər, amma heyvanların necə tutulduğu, ya da qırğınlar haqqında danışmaq istəmirlər.

-Çox sayda insan Yaponiyada delfin ovlamağın qanuni olduğunu öyrənincə çaşacaq. Niyə belə? 
-Sözdə bir ov qadağanı var. Amma bu qadağan delfinləri və digər kiçik məməlilərini əhatə etmir. Təbii ki, ölçünün bir əhəmiyyəti yoxdur, delfinlər də məməli dəniz canlıları və onlar da eyni şəkildə acı çəkir. Təəssüf ki filmdə də görəcəyiniz kimi sükanın başındakı Beynəlxalq Dəniz məməliləri Ov Komissiyasının (International Whaling Commission) əxlaqi dəyərləri müzakirə vəkilləri yatır və komissiya iclaslarında çox kiçik şeylər bacara bilirlər. 

-Əxlaqi dəyərlərin yanında, Yaponiyada hələ bazarda yer alan və yüksək dərəcədə civə ehtiva edən delfin ətinin insan sağlamlığı baxımından təşkil etdiyi təhdidin də üzərində dayanırsınız. 
-Araşdırmalarımın nəticəsində delfin ətinin zəhərli olduğunu öyrəndik. Delfin ətində tarixin ən böyük civə zəhərlənməsi qəzalarından birinin olduğu Minimata qəsəbəsindəki bir balıqdan daha çox civə var. Yaponların bundan hələ xəbəri yoxdur. Bu film yapon qəzetlərinin və televiziyalarının bilmədiyini, yaponlara illərdir deyilən yalanı ortaya çıxarmağı bacardı. Bu gerçək bir cinayətdir, çünki Yaponiya konstitusiyasına görə yaponların bu məlumata çatma hüquqları var. Elm adamları hələ civə-yüklü delfin əti yemənin təsirləri üzərinə işləmədi, amma biz yaddaş və eşitmə itkisi yaşadığını söyləyən insanlarla tanış olduq. Bu çox narahatlıq verici bir vəziyyətdir.

-Delfin ovunun dayandırılması üçün nə edilməsi lazımdır?
-Hamısından əvvəl delfin əyləncə sektoru yalnız Birləşmiş Ştatlarda 2 milyard dollarlıq bir sənayedir və bu ovların ən əhəmiyyətli səbəblərindən biridir. Həll Yaponiyanın içindən, yapon xalqından da gələ bilər. Mənə yaponların "gaiatsu" dedikləri, xarici təzyiqin köməkçi ola biləcəyi deyildi.

-Necə bir "gaiatsu" işə yaraya bilər?
-Yaponiyanı, ya da yapon məhsullarını boykot etmək işə yaraya bilər. Bu Yaponiya və ya yapon mədəniyyəti ilə əlaqədar deyil. Danışdığımız yaponların böyük qismi delfin ovuna qarşıdır və civə- zəhərli delfin ətinin satışına davam edilməsinə icazə verən rəhbərliklərin yozlaşmışlığından xəbərdar deyildilər.
 www.savejapandolphins.org ünvanlı internet saytımızdan insanlara yapon elçiliyinə zəng vurmalarına və delfin ovunu dayandırmalarını istəmələrini təklif edirik. Ayrıca Birləşmiş Ştatların, xüsusilə prezident Obamanın Yaponiyaya daha çox təzyiq tətbiq edə biləcəyini düşünürük. Nikson'dan sonrakı bütün Birləşmiş Ştatlar başçıları məməli ovuna qarşı olduqlarını söyləyirdilər, amma dayandırmaq üçün heç bir şey edilmədi. Birləşmiş Ştatlar'dakı çoxlu siyasətçi dünyanın ən böyük delfin qırğınlarının hər il Yaponiyada olduğunu bilmir. Bizlər bu filmin gerçək bir oyanış çağırışı olmasını ümid edirik.

-Bu film Taydzi'yə getdiyinizdə həyatınızı indikindən daha çoxmu təhlükəli edəcək?
-Hal-hazırda olduğundan daha çox bir təhlükə ola bilməz. Artıq sima dəyişdirərək getmək məcburiyyətindəyəm. Bu günə qədər izimi itirmək üçün paltar geyindim, parik taxdım və pdodaq boyası belə sürtdüm. Yaponiyada bir dəfə həbs edilirsən, sonsuza qədər oyunun xaricində qalırsan. Bu səbəblə onlara məni həbs edəcək bir səbəb verməmək böyük əhəmiyyət daşıyır. Buna görə biz filmi yazarkən balıqçılar da bizi kameraya alırdılar, birini səhv bir şey edərkən tutmağı ümid edirdilər ki, polis bizi həbs etsin. Bir digər təhdid, hətta bəlkə də ən böyük təhdid Yakuzadır. (Mütəşəkkil cinayət qrupları). Yakuzalar Yaponiyadakı dəniz məməliləri ovu və balıqçılıqla çox yaxından əlaqədardır. Taydzi'də keçirdiyim zamanımın çoxunu bəladan uzaq dayanmağa çalışaraq keçirdim. Bu davam edən bir agentlərin agentlərə qarşı oyununu xatırladır.

-Delfinləri qurtarmaq üçün yaşadığınız o qədər kədər, atlattığınız ölümcül təhlükələr və həbs edilmənizə baxmayaraq hələ ümidlisiniz?
-"Buxta"nı izləmənin mənim üçün çox çətin olduğunu söyləyə bilərəm. Bunun səbəbi tamaşaçıların seyr etdikləri şeylər deyil, onların görmədikləri; doğumlar və ölümlər, həbsxana hüceyrələri və məhkəmə salonları, ekrana əks olunanlar arasında olanlar, yəni həyatımın geri qalanıdır. Amma heç bir şey filmin Sandens'də ayaqda alqışlandığını görmək və insanların həqiqi mənada can ataraq "nə edilə bilərik?" sualını eşitməkdən daha həyəcan verici ola bilməz. Söyləmək istədiyim əsl şey üfüqdə gerçək bir ümid olduğudur. Bu körfəzi bağlamaq ehtimalımız çox yüksəkdir və əgər bunu bacara bilsəniz, hər cür dəniz məməlisi ovunu dayandırmaq üçün böyük bir addım atmış olarıq. İnsanlar kömək etmək istəsə, www.savejapanesedolphins.org internet ünvanımızı ziyarət etməlidirlər.

-"Ən yaxşı sənədli film" üzrə Oskar qazanan "Buxta" Yaponiyada delfinlərə edilən işgəncələri gözlər önünə sərir. Bu film çox çətin şərtlərdə və tamamilə gizli bir şəkildə çəkilmişdi. Tutulmaları vəziyyətində həbs cəzası götürəcəkdi.

-Bəzi elm adamlarının etdiyi şərhlərə görə, əgər delfin və növləri bu sürətlə ovlanmağa davam edərsə, 40 il içərisində dünyadakı bütün balıq növləri yox olacaq.
-Yaponiya'da hər il təxminən olaraq 23.000 delfin qanuni olaraq öldürülür. Çoxu dənizdə öldürülsə də, minlərləsi sahil laqunları və kəndlərdə həyata keçirilən delfin ovlarında öldürülür. Delfin ovları Cənubi Sakit okean və Atlantik şimalındakı adalarda da görülür.
 -Delfinlər məğlub etmək üçün öldürməməlidir. Bunu yalnız əxlaqi səbəblərdən deyil, insan sağlamlığını təhdid etdiyi üçün etməliyik. 
-1986-cı ildə ticari balina ovçuluğu qeyri-qanuni elan edildi. Lakin delfin ovlamaq hələ sərbəstdir. Balinalar və delfinlərin eyni ailədən gəlirlər, eyni zəka və özəlliyə sahibdirlər, lakin Beynəlxalq Dəniz məməliləri Ovu Komissiyası üzvləri bu kiçik dəniz məməlilərini qorumaq mövzusunda eyni fikrə sahib deyil.
 -Tutulan canlı delfinlərdən biri su parkları, akvariumlar, ya da delfinlərlə üzmə proqramlarına seçilincə, inteqrasiya etdiyi ailəsindən də ayrılır, yük maşını və təyyarələrə yüklənib uzaqlardakı bir hovuza nəql edilir. 
-Su parklarına seçilməyən delfinlər balıqçılar tərəfindən ətləri üçün öldürülür. Açıq dənizlərdə ümumiyyətlə öldürülən delfinlər balıqçılar tərəfindən bıçaq, çəngəl və nizə kimi yaxın məsafədən ovlanmağa yarayan alətlərlə öldürülür. 

İnsanoğlu yaşadığı dünyaya xəyanət etməyə davam edir!!!


... dəfə oxunub
Qiymət: 5/10(1 səs)
[qiymət ver ]
Şərh yaz
4+21=
Hesaba giriş
Müəllif

Nigar Şahsuvarova
Haqqında
Yazar, kitabsevər, kinoman.
Əlaqə
E-mail:
nigarshah92@mail.ru
Sosial şəbəkə:
Facebook
Ordenlər
Cəlil Məmmədquluzadə Ordeni
YouTube-da izlə
Facebook
0.0304 saniye