Cəhənnəm Çuxuru
Aykan Hüseynli tərəfindən "Digər yazılar" bolməsinə 17:25 03 fevral 2014 tarixində əlavə olunmuşdur

“Cəhənnəm çuxuru” adı ilə tanınan bu yer Türkmənistanın Darvaza qəsəbəsində yerləşir. Çuxura “Cəhənnəmə açılan qapı” da deyirlər. 36 il bundan əvvəl aparılan qazıntı vaxtı işçilərin qarşılaşdıqları yeraltı mağaranı dinamitlə partlatmaq lazım gəlir. Bu vaxt yerin altından çıxan zəhərli qazlar yanmağa başlayır. İşçilər canlarını güclə qurtara bilirlər. Elə o vaxtdan bəri buradakı alov sönmür. İlin bütün fəsillərində yanan çuxurun ətrafına, maraqlıdır ki, gecələr quşlar yığışır. Darvazalı ziyalı qocalar isə çuxurun lənətli olduğuna inanırlar. Onlar, hətta bəzi vaxtlarda çuxurdan qəribə səslər eşitdiklərini də deyirlər. Yerli əhali artıq çuxur haqqında əfsanələr də qoşub.


... dəfə oxunub
Qiymət: 10/10(5 səs)
[qiymət ver ]
Şərh yaz
5+25=
Hesaba giriş
Müəllif

Aykan Hüseynli
Haqqında
Bakı Slavyan Universitetinin ingilis dili müəlliməliyi ixtisasını bitirmişəm. Yazı yazmağa həvəsim çoxdu. Amma biraz tənbəl olmağım bu işi reallaşdırmağıma mane olur. Əsasən hansısa əsəri tərcümə etməyi, qeyri-adi yerlər haqqında yazı yazmağı xoşlayıram..
Əlaqə
E-mail:
aykabsu@yahoo.com
Sosial şəbəkə:
Facebook
YouTube-da izlə
Facebook
0.0247 saniye