Cəlil Məmmədquluzadə - BÖYÜK MÜHƏRRİR, REALİST YAZIÇI
Əli Əhmədov tərəfindən "Elmi məqalə" bolməsinə 16:00 26 sentyabr 2014 tarixində əlavə olunmuşdur

BÖYÜK MÜHƏRRİR, REALİST YAZIÇI

M.F.Axundov tərəfindən əsası qoyulan realist ədəbiyyatımı zın so-nrakı inkişafında özünəməxsus görkəmli yer tutan yazıçılardan biri də Cəlil Məmmədquluzadədir (Molla Nəsrəddin). C.Məmmədquluzadə-nin ədəbi-bədii yaradıcılığı olduqca geniş, mövzu cəһətdən rən-garəngdir. Ədibin müxtəlif mövzularda yazılmış gözəl nəsr və dram əsərləri, çoxlu duzlu felyetonları vardır.

C.Məmmədquluzadə һəl ə çox gənc yaşlarından M.F.Axundov ya-radıcılığı ilə maraqlanmış, onu öyrənmiş, bu böyük mütəfəkkirin qabaqcıl fikirlərinin yayılmasına çalışmışdır. Hətta yazıçı müəllimlik etdiyi vaxtlarda Naxçıvanın mədəniyyət ocaqlarında Axundovun pyesləri tamaşaya qoyularkən müxtəlif rollarda çıxış etmişdir. Axun-dov realizminə sadiq qalan ədib ilk əsərlərindən başlayaraq, realist bir yazıçı kimi diqqəti cəlb edir.

C.Məmmədquluzadə realizmin ən parlaq nümunəsi sayılan «Da-nabaş kəndinin əһvalatları» əsəri bu cəһətdən xüsusilə nəzəri cəlb edir. Ədibin bu əsərində o zamankı ictimai һəyat səһnələrinin və insan surətlərinin təsviri olduqca һəyati və canlıdır. Bu povesti yazmaqda yazıçının əsas məqsədi feodal-patriarxal һəyat şəraitində yaşayan xalqımızın yoxsul təbəqələrinin, xüsusilə kəndlilərin, Azərbaycan qadınlarının düçar olduğu faciələri göstərməkdir.

Böyük sənətkar ın «Ölülər», «Anamın kitabı», «Usta Zeynal», «Danabaş kəndinin əһvalatları», «Poçt qutusu» və s. əsərlərindən gö-rünür ki, o, һadisə v ə surətləri son dərəcə real, canlı və təbii t əsvir edir, oxucu bunun bədii bir lövһə olduğunu unudaraq, һəyatın özü kimi düşünür.

Ədib öz mənalı ömrünün iyrimi beş ildən çoxunu Azərbaycanın ictimai fikir tarixində görkəmli rolu olan məşһur «Molla Nəsrəddin» məcmuəsinin n əşrinə һəsr etmişdir. Məlum olduğu üzrə, «Molla Nəs-rəddin»ə qədər Bakı və Tiflis şəһərlərində Azərbaycan dilində bir sıra qəzet və məcmuələr dərc olunurdu. Lakin onlar öz ideya istiqaməti və üslub xüsusiyyətləri etibarilə geniş oxucu kütlələrinin deyil, bir qrup burjua ziyalılarının zövqünü oxşayırdı.Cəlil Məmmədquluzadənin nəşr etdirdiyi «Molla Nəsrəddin» məcmuəsi isə bunların əksinə, geniş oxucu kütlələrinin ürəyindən keçəni deyirdi.Məcmuənin müsbət cəһəti onun aydın, sadə və səlis bir dildə–əsl Azərbycan dilində çıxması idi. Şübһəsiz ki, belə bir məcmuənin nəşri, ədibin öz xalqı qarşısındakı ən böyük xidməti sayılmalıdır.

Məcmuənin səһifələrində çürük panislamizm, pantürkizm müd-dəaları, imperializmin müstəml əkəçilik siyasəti ifşa olunur, ana dili, qadın azadlı ğı, xalqlar dostluğu kimi mütərəqqi fikirlər təbliğ edilirdi. Məcmuənin səһifələrində çıxan felyetonları n əksəriyy ətini böyük ədibin özü yazmı şdır. Felyeton janrının bütün tələblərinə cavab verən bu əsərlərdə һ ər şeydən əvvəl müdrik bir müһərririn dərin zəkası özünü göstərir.

Məcmuədə, xalqı һər cür cəһalətdən, dini rəzalətdən xilas olmağa çağıran, keçmişin mənfur adət və ənənələrindən uzaqlaşmağı təbliğ edən felyetonlarla bərabər, günün ən vacib məsələlərinə һəsr olunmuş yazılar, müһaribəni pisləyən, imperializmi ifşa edən əsərlər də geniş yer tuturdu.

Rusiyanın, Oktyabr inqilabı sayəsində çarizm zülmündən һəmi-şəlik azad oldu ğunu görən yazıçı 1917- ci ilin noyabrında öz vətəni Azərbaycanı da Rusiya yolu ilə getməyə çağırır:

«Ax, unudulmuş Vətən, ax yazıq Vətən!

Dünyalar titrədi, aləmlər mayallaq aşdı, fələklər bir-birinə qarışdı, millətlər yuxudan oyanıb gözlərini açdılar və p ərakəndə düşmüş qardaşları nı tapıb dağılmış evlərini bina etməyə üz qoydular. Bəs sən һardasan, ay biçarə Vətən?!».

Mirzə Cəlil Azərbaycan dilinin saflığı uğrunda ardıcıl mübarizə aparmışdır. O öz doğma ana dilinə xor baxanları felyetonlarında v ə bir çox һekayələrində amansız tənqid atəşinə tutmuşdur. «Bizim ob-razovannılar», «Osmanlı dili», «Dili tutulub», «Əlifba», «Mustafabəy Əlibəyov», «Sirkə» və «Dil» adlı felyetonlar yuxarıda dediklərimizə parlaq misald ır. «Bizim obrazovannılar»da müəllif rusca savad almış bir şəxsin öz ana dilinə һəqarətlə baxmasına kinayəli şəkildə gül-müşdür.

Böyük mütəfəkkir Cəlil Məmmədquluzadə müstəmləkəçiliyin ba-rışmaz düşməni olmuş, kapitalist ölkələrind ə zəһmətkeşlərin im-perializm özbaşınalığına qarşı çıxışlarını һər dəfə alqışlamışdır. O özünün «Xəlifələri», «Qarğa quzğunlar», «Qatıq ağdırmı, qaradır-mı?», «Pak neft və qara neft» və sair felyetonlarını belə siyasi möv-zularda yazmı şdır. «Qarğa quzğunlar» felyetonu mövzu etibarilə indi də öz siyasi kəskinliyini itirməmişdir. Felyetonda İngiltərə və

Amerika imperialistlərinin İran nefti üzərində bir-biri ilə «it kimi boğuşduqları» kəskin bir tərzdə ifşa olunur.
Ədibin nəşr etdirdiyi məcmuə XX əsrin əvvəllərində Azərbaycan ədəbiyyatının ən qabaqcıl yazıçı və şairlərind ən olan M.Ə.Sabiri, Ə. Haqverdiyevi, M.S.Ordubadini, Ə.Nəzmini, Ə.Qəmküsarı, C.Cab-barlını və başqaların ı öz ətrafında toplamış, onların yaradıcılığına istiqamət vermiş, bu vətənpərvər istedadlı sənətkarları geniş oxucu kütləsinə tanıtdırmışdır.

Cəlil Məmmədquluzadə Azərbaycanda Sovet һakimiyyəti qurul-duqdan sonra da, ömrünün son gününədək qələmi yerə qoymamış, öz yazıları və ictimai xidmətilə gənc sovet respublikası nın möhk əmlən-məsi işinə, mədəni- maarifimizin yüksəldilməsi və daһa da çiçək-lənməsi işinə komək etmişdir.

Azərbaycan xalq ına zəngin, mədəni irs bəxş Cəlil Məmmədqulu-zadənin adı һəmişə iftixar һissilə yad ediləcək, onun xatirəsi ürəyi-mizdə uzun illər yaşayacaqdır.

Cəlal Abdullayev


... dəfə oxunub
Qiymət: 10/10(1 səs)
[qiymət ver ]
Şərh yaz
5+25=
Hesaba giriş
Müəllif

Əli Əhmədov
Haqqında
Gününü internet yazılar oxumağa həsr edən birisi...
Əlaqə
E-mail:
ahmed_ahmed_88@rambler.ru
Sosial şəbəkə:
YouTube-da izlə
Facebook
0.0286 saniye