Daydaylı ədəbiyyat
Rufat Yaqubov tərəfindən "Digər yazılar" bolməsinə 16:39 03 iyun 2015 tarixində əlavə olunmuşdur

Son bir neçə ildə Azərbaycan ədəbiyyatında gənc yazarlar, şairlər və təbii ki yeni yeni saytların açılmasını müşəhidə edirik. Əslində bu, əladır, amma gəlin bir məqama da toxunaq. Hər bir ədəbiyyat saytında, ya bir yazar, ya bir şair redaktorluq edir, və yalnız öz tanışlarından yazılar götürür, buna özüm də şahid olmuşam. Bir gənc yazıçı və şair dostumla söhbətimdə mənə deyib ki, o saytlara nə isə göndərməyinin mənası yoxdur, qəbul etməyəcəklər. Bir çox belə saytların adını da sadalaya bilərəm, çəkinəcəyim də yoxdur. Amma etməyəcəm. Fikrimcə bu böyük problemdir, çünkü bu gün internet şəbəkəsi kitab satışlarından daha çox inkişaf edib və kitabını çap etdirməyə imkanı olmayan bir gənc yazar üçün bu tipli saytlarda öz yazıları ilə tanınmaq çox gözəl fürsət olardı, ama nə etməli? Bu saytlarda tanışın olmasa sənin yazına heç baxan da deyillər. Bu ki kitab çapı deyil və bunun üçün pul lazım deyil və yazının aktual olub olmamasını yoxlayıb sadəcə gündə bir neçə gənc yazarın yazısın paylaşmaq, "Dayday", tanış lazım olmadan, lakin bunun üçün çox gözəl çıxış yolu var, elə bir sayt açmaq ki, orada hər bir yazar öz yazısını dərc edə bilsin, bu şəxsi bloq da ola bilər, lakin sayt olsa daha yaxşı olar. Yazar.in saytı da bu tipli saytlardan biridir. Artıq bir ildən çoxdur ki, mən və mənim timsalımda gənc yazarlar öz yazıları ilə oxunur, tanınır, buna görə sayt rəhbərliyinin ölkəmizin ədəbiyyatı və gənc istedadları üçün yaratdığı bu imkanın böyük təmənnasız zəhməti olub. Bunun üçün maddi dəstək də böyük rol oynayıb, PR və sairə işlər üçün. Və artıq saytın yaranmasından bir il də keçib, indi biz böyül bir ailəyik, yazar.in ailəsi...


... dəfə oxunub
Qiymət verilməyib...
[qiymət ver ]
Şərh yaz
10+7=
Hesaba giriş
YouTube-da izlə
Facebook
0.03 saniye