“Dünyanı zənginləşdirən qadınlardır” - Gülnarə Sadiq - MÜSAHİBƏ
Aysel Abdullazadə tərəfindən "Müsahibə" bolməsinə 16:28 02 dekabr 2015 tarixində əlavə olunmuşdur

Lahiyəmizin növbəti qonağı, şairə, yazıçı Gülnarə Sadiqdir.

1. Gülnarə Sadiq kimdir?
- Uzun-uzadı təqdim olunmağı sevmirəm. Gülnarə Sadiq daxili və xarici dünyasını bir arada saxlamağa çalışan sadə bir Gəncəli xanımdır.

2. "Yuxuların günahı olmur", həqiqətən belədir yoxsa, yaradıcı təxəyyülüdür?
- Məncə, həqiqətən də belədir. Çünki yuxuların tamlıqla elmə belə bəlli olmayan tərəfləri çoxdur. Hətta müqəddəs kitabımızda belə yuxular haqqında ayələr nazil olub.

3. İlk oxucunuz kim olub?
- Əvvəllər yazılarımı gizli yazardım. Bəzən anam oxuyardı. İndi isə ən aktiv oxucum 9 yaşlı oğlumdur.

4. Allah saxlasın! Ana, yaradıcılıq, iş, gündəlik həyat tərzi, ağırlıqdırmı sizə görə?
- Ağır deyil, əksinə zövq alıram həyatda fiziki və mənəvi nə qədər yorğun olsam da, yeganə dincəldiyim an oğlanlarımın baxışlarından qəlbimə yol alan sevgidir.

5. Şeirlərinizdə ağırlıq, sevgi və sevgidən doğan təskinliklər var. Doğrudanmı, həyat əzab verməkdən zövq alır?
- Allah insanı saf, təmiz, günahsız yaradır. Sonradan qazanılan əzab və əziyyətlər olur. Məncə, həyatla birgə insanın özü də özünə əzab verməkdən zövq alır.
Və onu da qeyd edim ki, əzab insana yaşamağı öyrədir.

6. "Dünyanı zənginləşdirən qadınlardır" lahiyəsi ilk baxışdan sizə nə deyir? Bu fikirlə razısınız?
- Layihəniz mükəmməldir. Dünyanı zənginləşdirən qadındır. Qadın həm ana, həm bacı, həm də ömür-gün yoldaşıdır. Qadına qadın olduğu üçün zəif baxan kişi dünyanın ən aciz insanıdır, məncə. Allah əsl xoşbəxtliyi qadının ürəyində gizlədib.

7. Bizim cəmiyyətdə qadınlara münasibət, bir qadın kimi sizi qane edirmi?
- Qətiyyən qane etmir. Cəmiyyətimiz hələ də qadınlarımızın dəyərini olduğu kimi verə bilmir. Hər addım başı qadınların üzləşdiyi haqsızlıqlar bunu sübut edir.

8. Bir qadını bütünləşdirən, hansı xüsusiyyətlərdir?
- Bir qadını bütünləşdirən tək bir xüsusiyyət var. Saflıq! Çünki daxililən, ruhən və qəlbən saf qadınlar hər zaman ətraflarını da saflaşdırmağa can atırlar.

9. İçdən saf olmaq, doğuşdan gələn xüsusiyyətdir, yoxsa sonradan qazanılan?
- Saflıq doğuşdan gəlir. Sonradan saflıq qazanılmır, sadəcə doğuşdan gələn bu neməti qorumaq lazımdı.

10. Gülnarə Sadiq , arzularını yaşamaq uğrunda nəyisə fəda edərmi, yoxsa taleyin gedişinə buraxar?
- Əslində, Gülnarə Sadiqin zamanında fəda etdiyi arzuları çox olub. Bu fədakarlıqlar zamanla ruhun dərinliyinə hoparaq təkrar həyata sıfırdan başlayaraq sırf arzularına doğru addım atır.

11. Çox gözəl və net fikirləriniz məni valeh edir. Belə maraqlı müsahibim olduğu üçün qürur duyuram.
- Təşəkkür edirəm.

12. İnsan sərrafısınız? İlk baxışdan insanları tanıyabilirsiniz?
- İnsan sərrafı fikri ilə razılaşmıram. Çünki hər bir insan qarşısındakı insana özü kimi baxır. Yalançı və xəyanətkar insanlar şübhəkar olur, düzgün insanlar isə hamıya inanır.
Bəzən də doğru danışan insanlar əks düşüncəli (yəni yalana kölə olmuş) insanların hədəfinə tuş gəlir.

13. "Şairlər ulduz kimidir, cismən uzaqlarda, ruhən yaxınlarda olurlar" fikrinə münasibətiniz?
- Şairlər cisimlərinə sığan insanlar deyil. Kiçik ürəyin içində dəli bir vulkan gizlədirlər. Bu da zaman-zaman püskürüb sətirlərə tökülür.

14. Yaradıcı olmaq stimulunu haradan alırsınız? Sizə stimul verən xüsusi an(lar) və ya şəxs(lər) varmı?
- Həyatda stimul alıb, yaşayıb-yaratmaq üçün çox nüanslar var. Bunu tək bir şəxsə və ya bir ana şamil etmək olmaz. İstər sevgi şeirləri, istərsə də, digər şeir və hekayələrin əksəriyyəti təxəyyüldən irəli gəlir. Amma bəzən ünvanlı əsərlər də meydana gəlir, təbii ki...

15. Müasir Azərbaycan ədəbiyyatında ən çox kimə ümid bəsləmək olar? Kimin dəsti-xətti daha parlaq gələcək vəd edir?
- Bu gün yaradıcılıqla məşğul olan çox gənclərimiz var. Bunların əksəriyyəti də bir-birindən istedadlıdır. Bu gün müasir Azərbaycan ədəbiyyatından MusaYaqub, Nəriman Həsənzadə, Zəlimxan Yaqub, daha gənclərdən isə şair dostlarım var ki, onların yanında özüm belə şeir deyəndə çəkinirəm.

16. Sizə, yaradıcılıq uğurları arzulayıram. Vaxt ayırıb suallarımı cavablandırdığınız üçün təşəkkür edirəm. Varolun!
- Mən təşəkkür edirəm və uğurlar diləyirəm.

Söhbətləşdi: Elməddin Rahiboğlu


... dəfə oxunub
Qiymət verilməyib...
[qiymət ver ]
Şərh yaz
9+14=
Hesaba giriş
Müəllif

Aysel Abdullazadə
Haqqında
Filoloq-Yazar -Ssenarist. Müəllifi olduğu ssenariyə "Qara Ləkə" adlı film çəkilişi davam edir. Azərbaycan və Türkiyə mətbu orqanlarında mütəmadi çap olunur, @maviidergi ilə əməkdaşlıq edir. Bir kitab yazarıdır, ikinci kitabı Türkiyədə çapa hazırlanır. Türkiyədə yaşayır, ailəlidir, bir qız övladı var. ayselabdullazade.blogspot.com blog yazarı
Əlaqə
E-mail:
abdullazade.90@mail.ru
Sosial şəbəkə:
Facebook
YouTube-da izlə
Facebook
0.0259 saniye