Dünyanın ən çox ziyarət edilən muzeyləri
Vüsal Məmmədzadə tərəfindən "Digər yazılar" bolməsinə 13:10 09 oktyabr 2014 tarixində əlavə olunmuşdur

Dünyanın ən məşhur qadınının kim olduğunu bilirsiniz? Bu, Mona Lizadır. Hər il 8.8 milyon nəfər onu görmək üçün Luvr Muzeyini ziyarətə gəlirlər. Leonardo Da Vinçinin şah əsəri Luvrı son illərin ən çox ziyarət edilən muzeyi edib.

Vaşinqtondakı Aviasiya və Kosmos Muzeyi siyahıda ikincidir. Hər il 8.3 milyon insan Rayt qardaşlarının hazırladığı təyyarəni, Aya eniş edən Lunar Lander gəmisini, həmçinin, II Dünya Müharibəsi illərində təyyarəçilərin geyindiyi paltarları görmək üçün bu muzeyə gəlirlər.

Vaşinqtonun daha bir muzeyi – Təbiət tarixi Muzeyi siyahıda üçüncüdür. Bu muzey 200 nəfərlik alim heyəti ilə dünyada ən çox elm adamını bir yerdə toplayan muzeydir. Təbiət tarixi Muzeyini hər il 6.8 milyon insan ziyarət edir. 


... dəfə oxunub
Qiymət: 10/10(2 səs)
[qiymət ver ]
Şərh yaz
2+24=
Hesaba giriş
Müəllif

Vüsal Məmmədzadə
Haqqında
Bakalavr: Bakı Slavyan Universiteti - jurnalistika // Magistr: Bakı Dövlət Universiteti - radio-tv jurnalistikası // Doktorantura: Bakı Dövlət Universiteti - radio-tv jurnalistikası // Vaxtınız olsa, YouTube kanalıma da baş çəkin. Arabir maraqlı hesab etdiyim mövzulardan danışıram :)
Əlaqə
E-mail:
rossovusal@gmail.com
Sosial şəbəkə:
Facebook
Twitter
Ordenlər
Cəlil Məmmədquluzadə Ordeni
YouTube-da izlə
Facebook
0.0416 saniye