Dünyanın sevgi xəritəsi
Yusif Nazim Ərəbsoy tərəfindən "Şeir" bolməsinə 16:45 02 aprel 2014 tarixində əlavə olunmuşdur

Dünyanın sevgi xəritəsi

 

Sənsiz gecələrim gün kimi aydın,

Mənim səhərimin yeri hardadır?

Sevgi xəritəsin sərin qarşıma,

Görüm kədərimin yeri hardadır?

 

Noldu “can” deyib, “can” eşidərdik!

Sevənlər bu qədər yağı olurmu?

Varmı məhəbbətin istiqaməti,

Aşağı, yuxarı, sağı olurmu?

 

Məni sevirsənsə, həsrət nişanı

Açıb ürəyinin xalını göstər.

Ürək də sinədə sol tərəfdədir,

Mənə məhəbbətin solunu göstər.

 

Məni sevirsənsə, qadası, onda

Sənə qovuşmağın yolunu göstər.

Məni sevmirsənsə, qurbanın olum,

Səndən sovuşmağın yolunu göstər.

 

Yoxmudur bu sevgi sənin gözündə?

Tək sən mi gözəlsən bu yer üzündə?

 

Mən heç nə bilmirəm, bildiyim budur;

Baş alıb getdiyim sevgi yoludur.

 

Mən sənin dərdindən ölən bəndəyəm,

Mən sənə baş alıb gələn bəndəyəm.

 

Nə ABŞ, Fransa, nə Britaniya,

Nə İran, Türkiyə, nə Çindən keçir.

Mənim sənə gedən yolum, cığırım,

Elə sənsizliyin içindən keçir...

 

Yusif Nazim Ərəbsoy


... dəfə oxunub
Qiymət: 6/10(3 səs)
[qiymət ver ]
Şərh yaz
9+7=
Hesaba giriş
Müəllif

Yusif Nazim Ərəbsoy
Haqqında
YUSİF NAZİM ƏRƏBSOY (Məmmədov Yusif Ağaəhməd oğlu, “Nazim” - nəzmə çəkən, şeir yazan deməkdir) 1988 - ci il oktyabrın 10 - da Şamaxı rayonunun Ərəbqədim kəndində anadan olmuşdur. 1995 - ci il sentyabrın 1-də Qobustan rayon Göydərə kənd 9 illik əsas məktəbin 1 - ci sinfinə daxil olmuşdur. 2004 - cü ildə bu məktəbi bitirərək, orta təhsilini davam etdirmək üçün fizika-riyaziyyat və informatika təmayüllü liseyə qəbul edilmiş və 2006 - cı ildə bu məktəbin məzunu olmuşdur.  Bakı Slavyan Universitetinin “Yaradıcılıq” və Bakı Dövlət İqtisadiyyat və Humanitar Kollecinin “Mühasibat uçotu və audit” fakültələrini bitirmişdir.         Yaradıcılığa 14 - 15 yaşlarından başlayan Yusif Nazim Ərəbsoy əsasən, satirik mövzuda yazır. 2011 - ci ilin may ayında böyük satirik şairimiz M. Ə. Sabirin vəfatının 100 illiyinə həsr olunmuş “Satira və qəzəl” müsabiqəsinin fəxri diplomuna layiq görülmüşdür. 2015-ci ildə Azərbaycan Respublikası Prezidenti yanında "Bilik" fondunun "Vətənpərvərlik" mövzusunda ümumrespublika üzrə elan etdiyi müsabiqədə "Sərçə sevgisi" adlı şeiri 1-ci yeri qazanmışdır. "Şou dünya" adlı kitab müəllifidir. Kitabda müəllifin satiraları, sevgi və digər mövzuda yazdığı şeirləri, eləcə də aforizmləri çap olunmuşdur.          
Əlaqə
Tel.:
(070) 686 - 06 - 25, (050) 993-03-60
E-mail:
yusifnazim@mail.ru
Sosial şəbəkə:
Facebook
Ordenlər
Mirzə Ələkbər Sabir Ordeni
YouTube-da izlə
Facebook
0.0375 saniye